Это видео недоступно.
Сожалеем об этом.

Əli Mirəliyev & Ruhəngiz Musəvi - Deyərmi (1987)

Поделиться
HTML-код
  • Опубликовано: 12 фев 2022
  • sözləri: Vaqif Səmədoğlu
    musiqisi: Emin Sabitoğlu
    müşayiət: “Xatirə” ansamblı, 1987
    I
    Quşlar bağça-bağa girməzdən qabaq,
    Bağbana elçilər heç göndərərmi?
    Bənövşələr dağda boyun bükəndə,
    Dumana elçilər heç göndərərmi?
    Nəqarət:
    Göy çəmənə yağış yağanda səhər,
    Otlara, güllərə yağım deyərmi?
    Ay işığı al yanağa düşəndə,
    Qara gözlərinə baxım deyərmi?
    Deyərmi, deyərmi,
    Qara gözlərinə baxım deyərmi?
    II
    Qışı əridəndə hər yanda Günəş,
    Gəlim, ya gəlməyim soruşmaz bahar.
    Çiçək nəfəsiylə, körpə səsiylə,
    Gülüm, ya gülməyim soruşmaz bahar.
    Nəqarət:
    Göy çəmənə yağış yağanda səhər,
    Otlara, güllərə yağım deyərmi?
    Ay işığı al yanağa düşəndə,
    Qara gözlərinə baxım deyərmi?
    Deyərmi, deyərmi,
    Qara gözlərinə baxım deyərmi?

Комментарии • 16

  • @filyarhuseyinova4608
    @filyarhuseyinova4608 2 года назад +24

    Ağzımızın dadı ləzzəti o vaxtlarda qaldı Allah bu kimi sənətkarlarımıza can sağlığı versin Amin

    • @cbraylqnbr8061
      @cbraylqnbr8061 Год назад

      Salam olsun Sizə .. Əgər şeirləri musiqi ilə dinləməyi sevirsizsə Sizi kanalımda etdiyim klip tərtibatıma baxmağa dəvət edirəm ..
      ruclips.net/video/XPhFLvfsWwM/видео.html

    • @t.m.m.6157
      @t.m.m.6157 7 месяцев назад +1

      Mən yalnız you tube -dan köhnə müğənnilərə ,xanəndələrə qulaq asıram .
      Tv -yə baxmıram .
      Məlumatları da you tube -dan oxuyuram .

  • @mehdihuseynzad254
    @mehdihuseynzad254 Год назад +4

    Super ifa,var olun!

  • @emilorucov4722
    @emilorucov4722 2 года назад +10

    Super əla

  • @solmazakhundova9152
    @solmazakhundova9152 2 года назад +14

    Allah Ruhəngiz xanıma və Əli bəyə can sağlığı,uzun ömür versin🙏🙏🙏🙏 Çox dəyərli və bənzəriolmayan Müğənnilərimizdi.Mahnıları bizləri yaşadır. Heyflər olsun, səhnələrimız və ekranlarımız indi görün kimlərin meydanıdır .....

  • @ruhangizmusavi2891
    @ruhangizmusavi2891 2 года назад +18

    Xalq artisti Adil Baqirovun rehberliy etdiyi Xatire Xalq calqi aletleri ansamblinin musayeti ile ifa olunub.

    • @cbraylqnbr8061
      @cbraylqnbr8061 2 года назад +2

      Şad oldum Sizinlə .. Var olun Ruhəngiz xanım .. Əgər poeziya və bədii qiraətə də marağınız varsa buyurub kanalımda şeirləri mənim ifamda dinləyə bilərsiniz 🙏 Bəyənsəniz abunə və layk etməyi dəstək olmaq üçün bir keçmiş döyüşçü və hərbi pedaqoq kimi Sizdən çox rica edirəm 🙏🤲🤝

  • @ceyhunmirov5342
    @ceyhunmirov5342 Год назад +5

    ƏLA

  • @nuranesalmanova7040
    @nuranesalmanova7040 5 месяцев назад +2

    ruhum dinceldi.ne gozel oxuyublar😊

  • @fexreddinelsever2679
    @fexreddinelsever2679 Год назад +6

    Yaşa Əli yaşa Ruhəngiz . Şedevrdir

  • @user-fg7zs5it1l
    @user-fg7zs5it1l 6 месяцев назад +2

    Eli mellim allah omur versin ruhangiz xanimida 100yasa

  • @SamsungAs-ll3sx
    @SamsungAs-ll3sx Год назад +1

    Gözəllər gözəli Ruhəngiz xanım və əvəzolunmaz Əli bəy!👏👏👏👍🌹Allah sizə can sağlığı versin!

  • @user-py5yg3jh7w
    @user-py5yg3jh7w 2 года назад +15

    Oxumağ, mahni bax belə olur ay hindiki ədabazdar..

  • @eslieliyeva649
    @eslieliyeva649 Месяц назад +1

    EBEDİ YADDAŞLARDA QALAN , RUHU OXŞAYAN , UNUDULMAZ İFALAR, MAHNILAR. RUHENGŞZ MUSEVİ VE ELİ MİRELİYEV. XALQIN BÖYÜK SENETKARLARI. BİZ SİZİ HEMİŞE SEVMİŞİK VE SEVECEYİK DE.