Amina ft. PRoMete - Görmədim / Lyrics, karaoke version /

Поделиться
HTML-код
  • Опубликовано: 8 фев 2025
  • Amina ft. PRoMete - Görmədim
    [Nəqərat: Amina]
    Mən bu dünyada ədalət görmədim ki, görmədim
    Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
    Mən bu dünyada ədalət görmədim ki, görmədim
    Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
    [Bənd 1: PRoMete]
    Hər gün daha çox tarıma çəkilir həyat bağlarım
    Çətinə düşməmiş görünmür heç kimin iç üzü
    Və daha çox dəyərə minir keçmiş çağlarım
    Tanıyıram, insanların iki üzü var, dövranınsa var üç üzü
    Çoxdan qar götürüb üstünü güvənilən dağların
    Görən hər kəs yumub gözün
    [Bənd 2: Amina]
    Mən sənə qəmxarikən sən həmdəm oldun özgəyə
    Bel büküldü, üz qırışdı, sal nəzər hər cizgiyə
    Turi ömrüm keçdi hicranında, baxdım güzgüyə
    Gəncliyimdən bir əlamət görmədim ki, görmədim
    [Nəqərat: Amina]
    Mən bu dünyada ədalət görmədim ki, görmədim
    Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
    Mən bu dünyada ədalət görmədim ki, görmədim
    Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
    [Bənd 3: PRoMete]
    Axtardım - tapa bilmədim, ona görə qapandım içimə mən, (Axtardım)
    Öyrəndim - kəşf etdim özümü, illər boyu bələdəm gücümə mən, (Öyrəndim)
    Dərs oldu - hər səhvim, ödədim zamanla əvəzini, gücləndim (Dərs olsu)
    Bəs oldu - deyəcək qədər səhv etdim, hazıram hücuma mən (Bəs oldu)
    [Bənd 4: Amina]
    Eşqimi qəlbimdə bilməzdim qərib eylər fələk
    Hər nə qədri aşinalar var rəqib eylər fələk
    Çox ümid etdim ki, xoş günlər nəsib eylər fələk
    Gözlədim saətbəsaət, görmədim ki, görmədim
    [Nəqərat: Amina]
    Mən bu dünyada ədalət görmədim ki, görmədim
    Dözdüm hər zülmə, səadət görmədim ki, görmədim

  • ВидеоклипыВидеоклипы

Комментарии •