Hər saatdan dəqiqələr Saniyələr enir gedir. Yaşayarkən ölürük biz Saat ölür, ömür gedir Bura gəlmir burdan gedən Zərər görür xeyir güdən Vaxt gələndə cansız bədən Tabutuna minir gedir Sürətlidir illər aydan Xəbərsizik hay-haraydan Dünya adlı bu saraydan Gedənlər də demir gedir Üz gözünde sevinc kədər Biraz gülüş biraz xəhər Şux bedenler gül çöhrələr Qara daşa dönür gedir Yaxın olur uzaqlarda Susuz qalır bulaqlar da Yandığın ocaqlar da Yavaş yavaş sönür gedir Məlum olmur xeyrin şərin Həyat qəliz məna dərin Bir gün gəlir sevdikləri Səni yerə gömür gedir.
Sağ ol şair. Çox mənalı sözlər.
Allah ömrünə bərəkət versin.
Çox gözəl mənalı şeyrdi, çox sağolun ❤
Hər saatdan dəqiqələr
Saniyələr enir gedir.
Yaşayarkən ölürük biz
Saat ölür, ömür gedir
Bura gəlmir burdan gedən
Zərər görür xeyir güdən
Vaxt gələndə cansız bədən
Tabutuna minir gedir
Sürətlidir illər aydan
Xəbərsizik hay-haraydan
Dünya adlı bu saraydan
Gedənlər də demir gedir
Üz gözünde sevinc kədər
Biraz gülüş biraz xəhər
Şux bedenler gül çöhrələr
Qara daşa dönür gedir
Yaxın olur uzaqlarda
Susuz qalır bulaqlar da
Yandığın ocaqlar da
Yavaş yavaş sönür gedir
Məlum olmur xeyrin şərin
Həyat qəliz məna dərin
Bir gün gəlir sevdikləri
Səni yerə gömür gedir.
👍🤲
Əssələm əleykum
Çox gözəl
Hocam uğurlar.
Allah sizi salamat eləsin
Cox ela dostum Eldar