Şou-biznes nümayəndələri hansı universitetləri bitirib? - SİYAHI

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • Araşdırmalara görə tanınmışların bir çoxunun ali təhsili olmur. Amma Azərbaycanda ali təhsilli bir çox məşhur var. Onlar, müxtəlif universitetlərin, müxtəlif ixtisasları üzrə təhsil alıblar.
    "Kanal Şou" ali təhsilli məşhurlarımızı təqdim edir.
    Məşhur rəqqasə və aktrisa Oksana Rəsulova Azərbaycan Tibb Universitetini bitirib. O ginekologiya ixtisası üzrə təhsil alıb.
    Məşhur aparıcı Vüsalə Əlizadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetini bitirib. Gözəl aparıcı rejissorluq fakültəsi üzrə təhsil alıb.
    Sevilən aktrisa Fidan Axundova isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsindən məzun olub.
    Tanınmış müğənni Elnarə Xəlilova isə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsindən qırmızı diplomla məzun olub.
    Məşhur aktrisa Pərvin Abıyeva Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
    Hiss kimi tanınan müğənni Röya Məmmədova da 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.
    Məşhur aparıcı və aktrisa Dilarə Əliyeva isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin teatr kollektivinin rəhbəri fakültəsini bitirib.
    Asya Atakişiyeva da həmkarı kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti bitirib. O, da Teatr kollektivinin rejissoru fakültəsi üzrə təhsil alıb. Asya həmçinin, rejissorluq fakültəsi üzrə magistr təhsili də alıb.
    Tanınmış müğənni Rüfət Axundov Azərbaycan Mədəniyyət və İncəsənət universitetində təhsil alıb.
    Məşhur müğənni Rəşad İlyasov da həmkarı kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində təhsil alıb. O, Rejissorluq fakültəsini bitirib.

Комментарии • 2