Azərbaycanı tərk etdi, anasını qocalar evinə qoydular - Amerikana ərə gedən “Bəxt üzüyü”nün Sevdası
HTML-код
- Опубликовано: 15 мар 2022
- Əksərimiz onu Bəxt üzüyünün Sevdası kimi tanıdıq. Ancaq əslində Azərbaycan estradasının ən sanballı nümayəndələrindən, ən fərqli səslərindən idi... Əksər mütəxəssislər düşünür ki, o səsdən hələ də estradamıza gəlməyib...
Bir var, estrada musiqilərinin misilisiz ifaçısı, uzun illərdi ABŞ-da yaşayan müğənni Firəngiz Rəhimbəyova...
Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olan Firəngizin uşaqlıqdan incəsənətə həvəsi olub.
Firəngizin anası Raisa xanım çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım Elmlər akademiyasının işçisi olub. Firəngizi, demək olar ki, həmin qadın böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olub, toyunu edib.
80-ci illərin sonunda Firəngiz Azərbaycan müasir estradasının əsas üzvlərinindən birinə çevrilir. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” kimi bir-birindən gözəl, yaddaqalan mahnılar ifa edir. Onun ən yadda qalan mahnıları da məhz Eldar Mansurovun bəstələri olur.
Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirir. Bu obrazdan sonra azərbaycanlı tamaşaçılar onu daha da çox sevir.
Birinci ailə həyatı uğurlu olmayan müğənni müstəqillik dövrünün ilk illərində Amerikaya səfər edir. Amerikadan qayıdandan sonra o, qəfildən, həmişəlik ABŞ-a köçmək qərarı verir. Azərbaycanı tərk edərək Amerikanın Los-Anceles şəhərinə yerləşən Firəngiz 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurur.
Uzun illədir ABŞ-da yaşayan azərbaycanlı aktrisa və müğənni özü haqqında müsahibələrinin birində belə deyir:
“Mən təsadüfən Amerikada deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Qohumlarım öz ailələri ilə uzun müddətdir Amerikada yaşayırlar. Amerikaya köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır. Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır.
Firəngiz bununla da sənətini, Azıərbaycandakı karyerasını Amerikaya qurban verir. Təbii, yəqin ki, buna görə onu hazırda qınayan çox az adam tapılar. O, həmçinin qeyd edir ki, o bu addımını həm də bir Azərbaycan qadını olaraq verib:
“Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi - gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır. Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur.
Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Sevda roluna çəkilir.
Aktrisa ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı "Qırmızı planet" fantastik filminə, həmçinin rusiyalı qaydasız döyüş ustası Oleq Taktarovun Kriss Kleyn, Rebekka Romin, Cin Reno kimi Hollivud ulduzları ilə birgə çəkildiyi "Rollerboll" filminə dəvət edilib.
Aktrisanın analığı 87 yaşlı Sona Rəhimbəyova isə uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır. O, müsahibələrinin birində ora düşməsi ilə bağlı məsələyə belə aydınlıq gətirib:
"Heç zaman yolumun buradan düşəcəyini, həyatımın belə olacağını düşünməmişdim. Yeganə övladım olan qızım Sevda həyat yoldaşı ilə birgə İsrailə köçmək məcburiyyətində qaldı. Kürəkənimin qohumları yaşamaq üçün onları İsrailə dəvət etdilər. Buna görə hətta evimizi də satmalı olduq. O zaman kürəkənim dedi ki, gəl sən də bizimlə get, gözüm üstə yerin var. Hətta İsrailə getmək üçün bütün sənədlərimi düzəltmişdilər. Amma mən ora getməkdən imtina etdim. Çünki orada 50-60 dərəcə isti olur. Kirayə qalmaq üçün tək yaşayan qonşu qadının evinə sığındım. O, məni çox incidirdi, aldığım pensiya ilə məni saxlayırdı. Hətta qızımın göndərdiyi pulları da mənimsəyirdi. Firəngiz mənim ikinci həyat yoldaşımın övladıdır. Ona və qardaşına da mən baxmışam. Onun toyunu mən etmişəm. Onun üçün darıxıram”.
Hazırda 60 yaşı olan müğənni əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olur. Onun Rachel adlı bir qızı, iki nəvəsi var.
Aktrisa "Azərbaycana qayıdaraq yaradıcılıqla məşğul olarsınız?" sualına isə belə cavab verir:
“Bu, mənim üçün ağrılı sualdır... Yəqin ki, uzun müddət üçün qayıda bilmərəm. Lakin bundan sonra tez-tez Bakıya gəlmək niyyətindəyəm”.
Bu gün səhər telefonu açar açmaz Firəngiz Rəhimbəyovun vəfat xəbərini oxudum. Sevənlərinin başı sağ olsun.
Düzzzz 😭😭
Dünən artıq Googıe -da yazılmışdı .
Həqiqətən də Firəngiz xanımın çox gözəl səsi var.Ondan bir də olmayacaq.
Eldar Mansurovun mahnilarini mence en gozel ele Firengiz xanim ifa edib. Cox sevirem bu xanimi, sesini, ifalarini 🥰.
Həəə
En güzel səs en gözəl xanım ..estradanın ulduzu idi...Allah rəhmət eləsin Amin 🤲
Azərbaycanı elə günə qoydular ki heç kim bu məmləkətdə qalmaq istəmir
İnsana deyer yox
@Şerlok Xolms
*Konan Doylun əsərinin qəhrəmanının soyadı Xolms yox Holmsdur. Məmləkətdən danışanda isə hamının əvəzinə danışmayın...*
@@azeristyle1718 ay sağ ol ❗Naşükür və nankorlar hamının adından danışırlar .
Firəngiz Rəhimbəyli dünyasını dəyişdiyi xəbərini eşidəndən sonra bu videonu izlədim çox təssüf ki , belə bir sənətçini itirdik..
Bugün artıq aramızda yoxdur İncəsənətimizin daha bir gözəllik İkonası, İrasimin 62 yaşlı Sedası məkanı nurla dolsun, ruhu şad olsun daim musiqimizə, kinomuza bəxş etdiyi töhfələrə görə minnətdarlıq hissi duyacayıq xalq olaraq 🙏🏽😔
Doğurdan Allah rəhmət eləsin🙌pis oldum cox
Yasını sərf deyirlər deyir 1966ildə anadan olub indi 56 yası var idi
56 yaşında
@@lalemirzeyeva5459 yawi 62 di.Siz sehv edirsiz men onun yawini ozunu yaxindan taniyiram.Bir qesebede yawamisiq
Firəngiz xanım bəzi manısların əlindən didərgin düşdü bu ölkədən. İndi həmən manıslar at oynadır. Firəngiz xanım Bakıda olarkən ürək edib onun mahnısını oxuya bilməyənlər, həmən mahnıları məhv etdilər. Allah rəhmət eləsin böyük sənətkarımıza.
Nə yaxşı bu verlişi çəkmisiniz. Amma yaşını düz demədiz.Alıah o xanıma rəhmət eləsin.25 ildən cox Amerikada yaşadı amma heç unudulmadı...
Cox sadə gözəl, istedadlı xanınımdı👏🏼👏🏼👏🏼❤🇦🇿🇦🇿🇦🇿
İndi başa düşdüm ki Azərbaycandan getməsəydi indi Azərbaycanda 1 nömrəli est. Müğənnisi ola bilərdi
Beli Brilyant Dadasovanin sesine oxsatsalar da Brilyantdan cox guclu sesi var esil estrada sesi
Dûzdũr
Gurbet hayatı cox cetindir
Ana torpaq mahnisin Cox gozel oxuyur. .umumiyetle ureyim esdi xsnimin sesini ewidende. ..heyif ki yoxdu burda
Rəhmətə getdi
Gözəl, istedadlı mügənni idi.Allah rəhmət etsin
Əvvəla Firəngiz 1966 yox 60 cı ildəndi..62 yaşı var.Sonrasında onun ağıllımı,ağılsızmı həyat qurmasından öncə Sona xanımın qocalığı məni məyus etdi..1 doğma , 2 ögey övladın olsun sonun qocalar evi olsun..Deyəkki qızlar köç etdilər bəs oğlu..Axı o öz balasından seçməyib bunları..Haqsız ,ədalətsiz dünya...
Mən razi 66 ci ilin 55 yaşi var
Allah. Komekleri. Olsun. Mehriban. OlsunlR. AnLarinida. Goturub. Ozleri. Bax. Bilsiin
66 deyil
Size ejdaha başı lazımdır!? neyimize lazımdır yaşı ???!!!insan olsun gozel xanim olub yaxsi mugenni daha ne lazımdır yox bir 100 yaşı var
@@leylamammadli7542 niyede lazım deyil axı.biri özü ilə o zamanı muqasiyə edəndə qalır belə ki bu necə olur?
Cox gözel və istedatli müğenni.Cox heyfslənirem ki,belə gözəl səs bizden cox uzaglardadi.
Başllq səhvdir Sevda yox SEDA erməni adıdır
@@sevdaquliyeva3540 ay sağ ol . Mən də fikir verdim . Başqa səhvini yazdım . Bu sonra yadıma düşdü . Sevda məncə üzüyünü itirənin adı idi . Bəlkə də səhv bilirəm . Amma bunun filmdəki adı Seda idi .
Artıq dünyasını dəyişdi ,üstünüzə sağlıq . Adam inanmır .
@@t.m.m.6157 Üzüyünü itirən Sara olur. Firəngiz xanımın rolunun adı isə Sədaqət olur, Seda çağırırlar.
@@t.m.m.6157 9
Mərhum sənətkarımız Firəngiz xanım 7 avqust 1960 cı ildə anadan olub və çox təəssüf ki, 16 avqust 2022 ci ildə infarktdan dünyasını dəyişdi. Onu da deyim ki, Firəngiz xanım ailədə iki bacı , bir qardaş olublar və hamısı ailələri ilə birlikdə Amerikada yaşayıblar. Firəngiz xanımın doğma anası Raisə xanım 1976 cı ildə 46 yaşında vəfat edib.
1980 ci ildə ailə həyatı qurub, 1981 ci ildə yeganə övladı qızı dünyaya gəlib. Adını da öz anasının adını qoyub; Raisə. Qızı da ailə həyatı qurub və ailəsi ilə Amerikada yaşayır, iki qızı var.
🤗🤗🤗🤗🤲🤲🤲🤲🤲🤲
Dünyanın hec bir yerini.Öz Vetenme.deişmerem.
cox sag olun melumata görə. Ancag aparici axirda nedense onun gizinin adini Raisə deyil nəsə ingilis adi deyir. Yəni ingilisdən də övladı olur?
AĞLİ OLDU ,VAXTİNDA GETDİ
Eynen
100 илми яшады?
Да, правильно сделала что уехала.
@@elmael2906 100 iı pis yaşamaqdansa, 5 gun yaxşi yaşamaq yaxşidi .
@@reyhanquliyeva4398 Ахыры ки олюмдю.Инди анламадым бу яхшымы яшайыб сиз дейирсиниз?
Я знаю Фирангиз ханум с детского сада, учились в одной школе.Год ее рождения 1958, как и всех одноклассников. Родилась Фирангиз ханум в г.Баку, в род. доме им. Н.К.Крупской, а не в Агдаме. Мама Фирангиз ханум умерла в 1976 г.На тот момент ей было уже 18 лет. Брат на 6 лет старше. Он был обручен и также в опеке не нуждался.Отец Фирангиз ханум женился через 5 лет, после смерти жены. На тот момент Фирангиз ханум вышла замуж. Я была на ее свадьбе.Так называемая ,,Сона" ханум, на самом деле ее звали Наргиз.Кого же она ростила ,воспитывала?Откуда у автора такая искаженая информация?Никого Фирангиз не бросала и тем более не сдавала в дом престарелых. Со слов автора, ее родная дочь жива и проживает в Израиле.Почему она не позаботилась о матери?Ведь именно ее Наргиз ханум растила и выспитывала, благополучно выдала замуж.И вообще можно ли не проверив информацию публиковать ее в соц. сетях и окутывать ложью Фирангиз ханум. Это по меньшей мере не профессионально. Автору есть о чем задуматься...
Cox xow oldu bu gozel sesli xanim barede melumat ewitmek ..cox istedadlidi..
Sənətini sevdiyim müğənilərdən idi cox heyif ki yeni mahılarını dinləyə bilmirəm cox isdəyərdim ki indiki halını cəkib biz pərəstişkarlarına gösdərən olaydı
Birdə cox pis oldum onu böyüdən qadın indi qocalar evində qalır üc övladdan biri Anaya yaxın durmayıb Allah bizləri elə şeylərdən qorusun Amin !!!
60 yaşım var həmişə düşünürdüm ki görən Firəngiz xanım haradadır çox sağ olun ki...
Çox istedadlı ifaçı gözəl xanımdır niyyəti hara mənzilidə ora ürəyincə ailə qurub başqa vətəni seçib Allah qorusun qismət ancaq bu gün qocalar evində əmək zəhmətinin əvəzi qaytarılmayan bir ana çox təssüflər olsun
Gurbet hayatı çok zor
@@denizerler5493 amma cox insanlar bele demir.deyirler cooox gozeldir buralar.burda yasamaq
Firəngiz xanımı müğənni kimi çox sevirik.Bütün mahnılarını gözəl ifa edib
Allah rəhmət eləsin gözəl xanıma!
Gözəl səsi var hayıf çıxıb getdi
Guldurlar Azerbaycani ele gune goydular ki,yasanilasi yer olmayib.Insanin hec bir deyeri yoxdur.
Səsi və õzü gözəldi Firengizin👏👏👏
Ağıllı adamdı çıxıb gedib burdan 💁💓
Allah rəhmət eləsin , uşaqlıq xatirələrimizdən bir kino 😞
Səsi və İste'dadı Mükəmməldir⚘Uzunömürlü Olsun♥️♥️♥️
Heyif ki ,duanız düşmədi 😔. Artıq ,üstünüzə sağlıq dünyasını dəyişdi .
Allah Rəhmət Eləsin🤲🕋⚘İfa Etdiyi Mahnılar və Seda Rolu Onu Hər zaman yaşadacaq⚘⚘⚘⚘
@@aydinaydin8923 Amin !
Mən istəyərdim ki ,o bizim yaddaşımızda gözəl müğənni kimi qalsın . O rolda erməni rolunda gedir . Rol abır -həyadan kənara çıxdığı üçün istəməzdim o cür çəkilsin . Fikrinizə hörmətlə yanaşıram .
@@t.m.m.6157 Nə "erməni rolu" salmısız. Onun oynadığı personajın adı Sədaqətdir, qısaca Seda çağırırlar. Yadınıza salın Tanrıbəy kişi ona müraciət edəndə deyir: "Sədaqət, qızım...".
Təəsüflər olsun ki indiki halini çəkib göstərmədiniz
Allah rehmet elesin amin mekani cennet olsun amin
Mende o xanimi sevirem ❤️ Allahdan can sağlığı arzu edirem 💋🌹
Firangiz dyunyasin deyiwib 😢😢 ALLAH REHMET ELESIN 👐👐👐👐
İndi istemeyesiz, rehmete gedib
🤝🇦🇿.😱Mowu besceletdir eee yeni Firengiz xanim. Saq olsun Firengiz xanim👍😁
Sonra deyirler ki qız ovladı yaxşıdı. Halbuki Allahdan her ikisinin de ya oğul ya qız ferq etmez xeyirlisini istemek lazımdır. Allah xeyirsiz ovladdan qorusun
Cox beyenirem bu xanimin sesini..
Ele bil birinci defe bu sesi esidirem bu sesden de yoxdu cox tesirlendim Allah rehmet elesin
Gözel sesli uşaqliq xatiremin eziz muqeni ve aktirisasi
11 ci snifde oxuyurdum,😊
Maraqli qadindir. Heyati kimi.
Allah rehmet elesin gozel Firengiz xanima
Azərbaycanda hansı karyera ola bilərdi ki. Ondan da güclü,professional aktyorlar güclə dolanır.Əcəb edib gedib.Gözəl qadın, xoş ifalı müğənni, yadda qalan "Söda" rolu.Xoş arzularla,Firəngiz xanım!🌹👍
Valah bu ses ucun cox darixmisiq
Məkani cənət osun Allah rəhmət eləsin
1966 ildəndir, deməli 55 yaşı var. Ömrü uzun olsun. Allah qorusun! ❤️🌺👍👏
Yawi 55'den yuxaridir
1958-1959 Ilərdə anadan olub. Lökbatanda yaşayıb. Anası yəhudi olub. Yoldaşı yəhudı olub. Ondan bir gızı var.
@@rayadadayeva3127 sen sehv deyirsen 58 den deyil Anasi yehudi deyil eri yehudi deyil Ogey bacisiyla sehv saldin Onun eri yehudidi
@@gulnarcavadova1033 sev salmıram, gonşumuz olub
@@rayadadayeva3127 qizi amerikali erindendi Birinci erinden usagi yoxdu
Gözəl qadın ,gözəl aktrisa və müğənni
Mən də 66-cı ildənəm,Allah yol versə 26-cı ildə 60 yaşımız olacaq.
Firənğiz xanımın yaradıcılığına şahidəm 80 ci illərin axırlarına televiziyada ğördünməyə başladı.Səsi biraz Briliyantın səsinə bənzəyirdi. İllər sonra onu Bəxt üzüyü filmində ğördüm.Çox düzğün seçim olub.Həmdə sağ olsunlar ki onu öz səsiylə oynadıblar.Çünki bizim keçmiş filimlərə baxsaq əksər oyunçuların səsini öz millətimiz də olsa dublyajla səsləndiriblər.Allah can sağlığı versin.
O menden boyukdur e, men 64 dem)
Allah rəhmət etsin
Cox duz hereket edib. Bu memleketde yasamaga deymez. Ugurlar size gelecek heyatinizda .
Firəngizin səsi gözəldir bu gün de oxuyur Qızı da gözəldir 16 yaşında fotomodel idi Nəvələri olduğuna sevindim
КАШ РАФАЕЛ ДАДАШОВ ИЛЕ ЕВЛЕНЕРДИ. ЧОХ УЙГУН ОЛАРДЫ
Ne. Olar. Menede. Tapinda. Kimise. Evlenimmmm
@@samirsuleymanov2088 🤣🤣🤣👍👍
@@samirsuleymanov2088 ay senun toyun olsun
Yadaki MUBARIZ TAQIYEVLE
Cox gozel sese malik bir insandir.Allah can sagliqi versin.
İlahamə Qasımovanın səsi hardasa bənzəyir Firəngiz xanıma.
Duzdu
Çox benziyir hetdda deyerdim eynisidi onun sesinin cox doğru vurğulamısız
Bənzəsə də Firəngiz xanımın səsi daha gözəl və təkrarsızdır.
COX TEESSUFLE BILDIRIK KI,BU GUN SEVDA XANIM DUNYASINI DEYISIB.ALLAH REHMET ETSIN.
Çox sevirəm bu xanımı 👍🌹
Bu xanımın nə gözəl səsi varıymış məlahətli səsdi
Ve bu gün 17avgust 2022 de kalp krizinden dünyasını dəyişdi. 🥺🥀
Heyif😢çox pis oldum😢məkanı cənnət olsun
Allah rəhmət eləsin.ruhun şad olsun.
Ağdam səsin vətənidi..
super sesi var coox teessufki yarlmclq qoyub
Çox düz edib burda qalsa bizim günümüzdə idi
Аллах рехмет этсин сизи
Aparıcı bəy 1966cı ildə doğulmuş şəxsin bu gün 60 yaşı necə olur ay bədbəxtlər.....
😁😁😁
56 yaşı var
Men 66 danam.Firengiz 66 deyil cunki menim 17yasim olanda onun 25 yasi vardi Hardasa 59 60 illerdendi
*yaşın düz deyir, amma doğulduğu ili yanlış söyləyir. ümumiyyətlə Firəngiz Bakıda doğulub, Ağdamda yox, Bakının Lökbatan qəsəbəsində, milliyətcə dağ yəhudisidir. Anası isə hələ 70-ci illərdə atası tərəfindən qısqanclıq zəminində qətlə yetirilib. Bu kanal başdan ayağa fuflodur...*
Allah rehmet elesin
Allah rəhmət eləsin 🤲😔😥🥀
Gözəl səsi var xanımın özüdə gözəldir 😍
Allah rehmet elesin. Sehnemizin gozel sima olub.
MENIM UWAQLIQIMIN GOZEL IFACISI.COX GOZEL TEMIZ SESI VE SEHNE VIDI VARDI 🇰🇿👍🇦🇿
cox pis oldum arzusu vətənə tez tez gəlmək idi alinmadi allah rəhmət eləsin bəxt uzuyunə baxanda bizi cox guldurur
Cox gözəl.müğəniydi heyif ki xaricə getdi
Aparıcı qardaşın səhvini düzəltdiyinə görə Kəmalə adlı xanıma çox sağ olsun deyirəm , Birdəki onları saxlayan xanım çox heyifki qocalar evindədi , 3 uşaq böyüt axrında bu
Allah rəhmət eləsin!
Aygun kazimova teze cixanda ozun firengize oxsadirdi
1958ilde dogulub Firenqiz Rahimbeyova .64 yawi var idi rehmete qedende .Lòkbatan qesebede uwagligi kecib .Bùtùn bayram wenlikleri ,elencileri aparardi Qaradaq medeniyat sarayinda .
22-23 Yawinda əre qedib 1981 ilde qizi Raya dogulub ...Ruhun wad olsun Fira 🤲
Allah rəhmət eləsin yaşı gedikcə artırılır yəqin bu düz olar,yəqin aktrisalar yaşların dəqiq demədikləri üzündən belə səf yazılır,məncə bu düzdü yaşı var idi onun bilinirdi
Allah rəhmət eləsin...
Allah rəhmət eləsin
Çox unikal səsi var. Getməyi də əla düz eləyib.
ela
Gözəlliyin və siltaqliqin səni sevdirmisdi ,həyat dolu sevgi gölü Firəngiz xanım,amma qürbətdə ölümü heç kəsə arzulamıram Allah rəhmət eləsin sənə, kaş vətənində qalardımn bu da yaşayıb burda oləydin
Ay oğlan ,1960 -cı ildə anadan olub . Niyə səhv danışırsan ?
Bu qız Ağdamda doğulubmuş .
Şəkildə bilinmir ana hansıdır ,bala hansıdır ?
Səsi çox gözəl idi ,amma abır -həya deyilən şeydən çox uzaq idi . Amma istəməzdim dünyasını belə tez dəyişməsini . Heç gözləməzdim də . Mənə həmişə cavan gəlib . İnana bilmirəm . Ölüm yaraşmırdı ona belə tez . 🥀🥀🥀🥀🥀🥀
Gozel sesi var gozel xanimdi bu cox yaxwi aile qurub buda onun secimi lap yaxwi ama onu saxlayib boyudub arxasinda duran anadan xeberi olmsyan vaxt kelecek onun da gozu kz qizini axtaracaq onu saxlayan ana olmasaydi o bu kun amerikada olmazdi bunu unutmasin
Allah hemishe komeyinde olsun Inshallah.❤️🇦🇿🌹👏
Rəhmətə getdi 😔
@@vafamisirova2939 Allah rehmet elesin ❤️ Ruhu hemishe shad olsun Inshallah.❤️
Bu verilişdə məlumatlar cox vaxt qeyri dəqiq olur...
Azərbaycan üçün böyük itki.. təəssüf..
Çox gözəl səsi var
Oluremde. Bu xanim. Ucunnnn
Cox qeseng verlisdi
Hem de gozel xanimdi
Firəngiz xanım çox yaxşı edib ki vaxtında burdan canını qurtarıb
Niyəı 😉😊
Firəngiz mənim qonşum olub. Haqqında deyilənlərin heç biri həqiqət deyil.
Doqrunu yazarsizmi zehmet deyilse eger? Maraqli olardi. Evvelceden tesekkur.
@@Black_Pearl_076 şəxsi həyata müdaxilə duz deyil məncə
Firengiz xanım ve ailesi lökbatanda yaşayıblar! Anadan bir bacısı var Zoya. Bacısı önce gedib Amerikaya sonra da Firengiz xanım. Nenem gilnen darvazaları qarşı qarşıya olub! Bacısında evveller bibimle yaxın refiqe olublar.
Ata evində qonşu olub ya ər evində?
@@yeganaismayilova5087 ata evinde! Atasının adı Faik, qardaşı Çengiz.
Allah Qorusun
Beyenilen filmlerden bir olkemizda..🌹♥️🎬📽🎞🎥📹📼💿axirki bizdende kimsa AMERIKADA KINOYA CEKLIB
Hansı kinoda
Xowbext olmaq her bir insanin haqqidir.Eger agilnan fikirlewirse
Allah rehmet elesin.1960 cl ildi Firengiz xanlm.. Men onu istedadll mûĝeni kmi xatlrlayacam.
Allah rəhmət eləsin amin inşallah
Bəh bəh güclü səs gözəl ses
Allah rəhmət eləsin. Bu qədər
Agilli gadin .ela kino.👍
Allah rehmet elesin.
Salam. Xaricdə cəkildiyi filmlərin adlarini yaza bilərsiniz? Baxmaq istəyirəm