Xəyanətə görə ailəsi dağılan aktyorumuz - GÜNDÜZ ABBASOV HAQQINDA MARAQLI FAKTLAR

Поделиться
HTML-код
  • Опубликовано: 23 сен 2022
  • Bu gün aktyor Gündüz Abbasovun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir:
    Anası Mələk xanım Cəfər Cabbarlının qardaşı qızı olub. Cəfər Cabbarlının iki yaşı olanda atası rəhmətə gedib. Onu Gündüz Abbasovun babası Qafar kişi böyüdüb.
    İmkanlı ailədə böyüyüb. Gənc vaxtı çox yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, onu elə küçədə görüb filmə dəvət ediblər. Elə o vaxtdan ard-arda filmlərə çəkilməyə başlayıb.
    ***
    Sonralar özündən doqquz yaş balaca olan gələcəyin aktrisası Ofeliya Məmmədzadə ilə tanış olur. Xanımın yaşı nikaha düşmədiyi üçün onun yaşını üç yaş böyük yazdırırlar. Bir müddət sonra Gündüz Abbasovun xəyanəti ucbatından ailə dağılır. Ofeliya Məmmədzadə oğlunu özü ilə aparsa da, qızları aktyorun anasının yanında qalır. Bir müddət sonra Ofeliya xanım da aktrisa kimi fəaliyyətə başlayır. Qızı Dildar xanımın sözlərinə görə, atası bundan acığa düşür və prokuror işləyən qardaşının köməyi ilə oğlunu da keçmiş xanımından geri alır.
    Sonralar uşaqlarını keçmiş həyat yoldaşının tamaşalarına aparsa da, onunla görüşməyi hər iki tərəfə qadağan edir. Ofeliya xanım uşaqlarını görmək üçün ondan xəlvət bağçaya gəlirmiş. Uşaqlar yalnız böyüyəndən sonra hansı isə məclisdə təsadüfən analarını yaxından görə bilirlər.
    ***
    Dildar xanım müsahibələrinin birində atasının dövrün məşhur aktrisalarından biri ilə münasibəti olduğunu qeyd edir: “Atamın o dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidən anam bunu qəbul etməyib atamdan ayrıldı. Atam həmin aktrisa ilə anamla ailəli ola-ola tanış olub, görüşüb. Onlar ayrılandan sonra belə atamın onunla münasibəti uzun illər davam edib. Hətta yadıma gəlir ki, biz də hərdən atamla o qadının evinə gedirdik. O, bizi çimizdirir, bizim üçün xörək hazırlayırdı”.
    ***
    Aktyor 1969-cu ildə ikinci dəfə ailə qurur. Bu evlilikdən isə onun bir oğlu, bir qızı olur. Ancaq 10 ildən sonra ikinci evlilik də ayrılıqla nəticələnir. Aktyor bir də heç vaxt evlənmir. Ömrünün son günlərinə qədər tək yaşayır. Universitetdə oxuduğu zaman bir qızla tanış olur. Bir-birlərini çox sevirlər. Gündüzdən bir kurs yuxarı oxuyan sevgilisi onunla eyni kursda oxumaq üçün bir il kursda qalır. Lakin qızın valideynləri ayrıldığı üçün anası sevdiyi qızı ona almır. Onlar ayrılmalı olurlar. Sonralar öz taleyi gətirməyəndə aktyor anasını günahlandırıb deyirmiş: “Məni sən bədbəxt elədin”.
    Sonralar başqa adamla ailə quran qadın öz oğlununa Gündüzün ən məşhur obrazlarından birinin adını verir - Elşən. Amma sonralar Elşən cavan yaşda dünyasını dəyişir.
    ***
    O qadınla Gündüz uzun illərdən sonra, ahıl yaşlarında cəmi bircə dəfə görüşürlər. Təsadüfən Gündüzün ata evinin yaxınlığından keçən qadın evin qapısını döyür. Kiminlə rastlaşacağını ağlına belə gətirməyən aktyor yazı masasından qalxıb qapını açanda ilk məhəbbəti ilə qarşılaşır.
    ***
    Sağlamlığı barədə heç vaxt şikayəti olmasa da ölümündən iyirmi gün əvvəl ayaqları tutulur, yatağa düşür. İlkin həkim müayinəsindən sonra məlum olur ki, aktyor serrozdur. Vəziyyəti getdikcə daha da pisləşir, komaya düşür. Ölümünə bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyib deyir: “Peşman olmuşam”.
    Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Aktyorun sonuncu filmi "Yuxu" olub. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçılar tərəfindən hər zaman xatırlanır.
    #gunduzabbasov #gunduz #abbasov #gündüz #aktyor #elşən #birqalaninsirri #birqalanınsirri #azerbaycanfilmleri #maraqlifaktlar #maraqlıfaktlar #araşdırma #maraqlı #faktlar #ailə #aile #cefercabbarli #cəfərcabbarlı #ofeliya #məmmədzadə #memmedzade #ofeliyaməmmədzadə #dildar #yuxu #onunboyukureyi #onunböyükürəyi #kulisaz #kulis

Комментарии • 11

  • @Namik6819
    @Namik6819 8 месяцев назад +3

    Qızı Dildar xanım artıq rehmete gedib

  • @elcinsxliyev8357
    @elcinsxliyev8357 Год назад +4

    Məzarını ziyarət etmişəm ruhu şad olsun

  • @mircingizagazad8516
    @mircingizagazad8516 Год назад +3

    Allah rəhmət eləsin...

  • @emrahemrahli6487
    @emrahemrahli6487 8 месяцев назад +1

    Gözəl. Aktyor olub. Mənim cox sevdiyim Aktyor..

  • @ibrahimovaliasgar6585
    @ibrahimovaliasgar6585 Год назад +2

    Allah rehmet elesin!Unudulmaz Aktyor!melumat ùçùn çox saqolun.

  • @dato6029
    @dato6029 2 месяца назад

    Ruhun şad olsun senetkar

  • @gullualiyeva9845
    @gullualiyeva9845 Год назад +3

    Heyigki 3uşaginin anasina xeyanet edib ailesin dagidib.Allah rehmet elesin gunahlarin bagişlasin.Hem oz ailesin hem başqa eribolan qadina yanaşaraq onunda ailesin sonlandirib

  • @Noname-yb7xf
    @Noname-yb7xf 11 месяцев назад +1

    2-ci defe niye başanir?

  • @samireorucova1877
    @samireorucova1877 Год назад +2

    Hökümə Qurbanova ilə eşq yaşayıb 17il

  • @dato6029
    @dato6029 2 месяца назад

    göte vedre baqlamızdan ötrü ıııılürükde ))