Dosye - Əzim Əzimzadə 10.10.2020

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Əzimzadə Əzim Aslan oğlu - Azərbaycanlı rəssam, Azərbaycanın Xalq Rəssamı, Əmək Qəhrəmanı, Azərbaycan karikatura sənətinin banisi.
    Doğum Tarixi: 7 may 1880
    Vəfat Tarixi: 15 iyun 1943
    Əzim Əzimzadə 1880-ci ilin may ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
    Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.
    Bizim Kanallar :
    Xəzər Media ► goo.gl/aZkV2v
    Xəzər Music ► bit.ly/2Cp9QoT
    Xəzər Film ► goo.gl/v7cuIF
    Xəzər Xəbər ► goo.gl/2ChtjL
    Dalğa TV ► goo.gl/HzZz6T
    #xezermedia #dosye #EzimEzimzade

Комментарии • 3