Bir dəfə bağlanan məktəb... Bir də açılacaqmı?! - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2023
  • #APATV #məktəb #Sumqayıt #Pedaqojiheyət #Təhsilİdarəsi #türkliseyi #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Bir dəfə bağlanan məktəb... Bir də açılacaqmı?! - APA TV
    Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbin şagirdlərinin valideynləri məktəbsizlikdən şikayətçidirlər.
    Vətəndaşlar bildiriblər ki, məktəb 4 il əvvəl təmirə bağlanıb. Pedaqoji heyət və şagirdlər müvəqqəti olaraq Sumqayıt şəhəri 16 nömrəli məktəbin yanındakı köhnə türk liseyinin binasına köçürülüb. Lakin 4 ildir ki, məktəbin təmiri bitmir.
    Valideynlər dəfələrlə yeni məktəb binasının təmiri və ya inşası ilə əlaqədar məktəb rəhbərliyinə, Sumqayıt Şəhər Təhsil İdarəsinə və digər aidiyyəti qurumlara müraciət etsələr də həmişə eyni cavabı alıblar: “Cari ildə təmir ediləcək”. Vətəndaşlar hər il yanvar ayında məktəbin təmir-tikinti işlərinə başlanacağı barədə vədlər alsalar da nəticə göz qabağındadır.
    Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA TV-yə verilən məlumata görə, 1296 yerlik məktəb qəzalı vəziyyət səbəbi ilə 25.12.2019-cu il tarixindən təmirə bağlanıb.
    “Abşeron-xızı regional təhsil idarəsinin tabeliyində olan sumqayit şəhər 36 nömrəli tam orta məktəb, 1989-cu ildə tikilən məktəbdir. məktəb 1296 şagird yerlikdir. yaranmiş qəzali vəziyyətlə əlaqədər olaraq 2019-cu ildən təmirə bvağlanib. bununla yanaşi bildirmək istəyirik ki, məktəb binasinin əsasli təmiri cari ildə nəzərdə tutulub.”
    İdarədən o da bildirilib ki, hazırkı vəziyyətdə şagirdlərin məktəbə gediş gəlişini rahat və təhlükəsiz təmin etmək üçün yaxın günlərdə ödənişsiz servis xidmətləri istifadəyə veriləcək.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 10

  • @gunaygunay1094
    @gunaygunay1094 Год назад +5

    4ildi ne işe baxirlar...Çox maraqlidir .Valah cox cetindir

  • @aygunmeherremova....7684
    @aygunmeherremova....7684 Год назад +6

    HEÇ VAXT DUZƏLMƏYƏCƏK MƏKTƏB... SARAYDAN 6:55 DƏ EVDƏN ÇIXIRAM UŞAĞIDA ÖZUM APARIRAM ÇANTANIN AĞIRLIĞI 6 KQ YARIM QAZANDIĞIMIZ QƏPİQ QURUŞUMUZ MAŞINLARDA GUNƏ 3AZN YOL PULUM ÇIXIR HARA BAXIRLAR MƏN BİLMİRƏM..SERVİSDƏ BAŞLARINA DƏYSİN GƏLİB KEFİN İSTƏYƏN YERDƏ DAYANACAQKİ USAQLAR BURA YIĞILSIN BURDAN GEDƏK..SARAYDA YOLLAR BƏRBAD PALÇIĞIN İÇİNDƏ..YOLA ÇIXMAQ UÇUN 1 KLOMETR YOL GETMƏLİYİK SERVİS QAPIDAN GƏLİB GÖTURMUR...XARABA QALSIN BEZMİŞİK DAHA

  • @afaqsiriyeva4670
    @afaqsiriyeva4670 Год назад +4

    Molla Nesreddinin sabahı (cari ili ) çoxdu, hansini deyirler goresen

  • @sl7712
    @sl7712 Год назад +5

    O məktəbi bitirmişəm,indi o təmirsiz bina narkoman yuvaslna çevrilib,
    Maarifin nümayəndəsi Səbinə xanımda eyni məlumatı təkrarladı,düzələcək
    Nə vaxt?
    Çıxmaz ayın son çərşənbəsi

  • @svilorucova8076
    @svilorucova8076 Год назад +3

    Boşdur duzəlməyi hec servisdə iki ildi verirler ama yoxdu .öz pulumuzla göndəririrk

  • @vuqarselimov2373
    @vuqarselimov2373 Год назад +1

    Artıq 3 gündür uşaqlar məktəbə getmir. Təhsildən yayınırlar. Hər tərəfə müraciət eləmişik. Mən şəxsən 7 yə qalmış qaranlıqda telefon işığına məktəbə gedirik. Amma halbuki məktəb bizə daha yaxın idi.

  • @elnarenagiyeva3708
    @elnarenagiyeva3708 Год назад +1

    Neftcala rayonun Bankə qəsəbəsində də tikiblər artıq hazırdı yeni məktəb amma istifadəyə vermirlər 2 ildir Bilmirəm nəyi gözləyirlər

  • @elnarenagiyeva3708
    @elnarenagiyeva3708 Год назад +1

    Sizdən xahiş edirəm gəlib bizidə çəkəsiz

    • @severstar3868
      @severstar3868 9 месяцев назад

      yol pulu ver ...geley çekey🤣