Cəlilabadda həmkəndlilər məsciddən və 10 evdən oğurluq etdi - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2022
  • #APATV #Cəlilabad #məscid #oğurluq #Alar #Ocaqlı #kənd #araşdırma #polis #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Cəlilabadda həmkəndlilər məsciddən və 10 evdən oğurluq etdi
    Cəlilabadda məsciddən və 10 evdən oğurluq edən həmkəndlilər saxlanılıb.
    Cəlilabad rayonunun Alar kəndindəki yaşayış evlərinin birindən 7000 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqillərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
    Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ocaqlı kənd sakinləri Taleh Əhmədov və Kənan İsgəndərov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onların Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində yerləşən ümumilikdə 10 yaşayış evi və 1 məsciddən məişət əşyaları və təmir-tikinti alətləri oğurlayaraq müxtəlif ünvanlarda satdıqları müəyyən edilib.
    Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 9

  • @sebuhirzal4885
    @sebuhirzal4885 Год назад +1

    Məsciddən ogurluq agıla gəlməzdi ayıb olsun

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 Год назад

    Oğurlug haramdır.Günahdır.Özgənin zəhmətinə sahiblənməkdir.Naəlaclıgdan oğurlug etmək sadəcə bəhanədir..
    Çətin zəmanıyə düşmüşük.Amma insan çalışmaga səy etməlidir.

  • @Braunyelloukuku
    @Braunyelloukuku Год назад

    2015-ci ilin dekabr ayında da bu sarıbaş kənddən oğurluq etdiyinə görə tutulmuşdu. Evlərdən samovarlar inşaat gedən evlərdən elektrik naqilləri və s. kəsib talayırdılar.