Bizim məqsədimiz ancaq bunlardır… | Rusiya Müdafiə Nazirliyi məlumat yaydı

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Bizim məqsədimiz ancaq bunlardır… | Rusiya Müdafiə Nazirliyi məlumat yaydı
    Rusiyanın müdafiə naziri Andrey Belousov Belqorod, Bryansk və Kursk vilayətlərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair iclas keçirib.
    Nazir bildirib ki, sözügedən ərazilərin müdafiəsi üzrə Koordinasiya Şurası yaradılıb.
    Onun sözlərinə görə, burada məqsəd dövlət sərhədini əhatə edən qoşunların təminatının səmərəliliyini artırmaqdır.
    “Söhbət ilk növbədə digər hüquq-mühafizə orqanları və Belqorod vilayətinin administrasiyası ilə qarşılıqlı əlaqədə qoşunların komandanlıq və idarəetmə sisteminin səmərəliliyinin artırılmasından, məsul vəzifəli şəxslərin müəyyən edilməsindən, əsas vəzifələri yerinə yetirmək üçün əlavə qüvvə və vasitələrin ayrılmasından gedir. Bizim məqsədimiz dövlət sərhədinin mühafizəsi, əhalinin təhlükəsizliyi vəzifələrini həll edən qoşun qruplarına hərtərəfli dəstəyi artırmaqdır. Koordinasiya Şurası tələb olunan silah, hərbi və xüsusi texnika ilə hərbçiləri təmin edəcək, dövlət sərhədlərində təhlükə artdığı zaman qoşunların yığılmasını, təhlükənin aradan qaldırılmasını həyata keçirəcək”, - deyə A.Belousov qeyd edib.
    Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətinin sərhəd rayonlarına hücum edib. Bu səbəbdən də Kursk və Belqorod vilayətlərinin bir sıra sərhədyanı rayonlarında insanların təxliyəsinə başlanılıb. Avqustun 15-də isə Belqorod vilayətində federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Bizim məqsədimiz ancaq bunlardır… | Rusiya Müdafiə Nazirliyi məlumat yaydı
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #rusiya #ukrayna #mn #belqorod #rusiyamn #rusiyaukraynamüharibəsi #bryansk #kursk #ukraynarusiyasavaşı #ukraynarusiya #andreybelousov

Комментарии • 1

  • @Ayaz-dn7ke
    @Ayaz-dn7ke 25 дней назад +3

    Rusun halvası pişir yavaş yavaş....