Həkimlər Sizdən Bunu GİZLƏDİR - Əslində Xəstə Deyilsiniz

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • #BirBax #xalqtəbabəti #ipoxondriya
    Birbaşa əhval ruhiyyənizə təsir edən, sizi depressiv, aqressiv hala salan bu problemin izahı belədir: Bir insan kiçik ağrı hiss edir, həmin anda beyninə bunun çox ağır bir xəstəliyin simptomu olduğunu gətirir. Özü öz həyatını cəhənnəmə çevirir. Belə insanlar özlərinə diaqnoz qoyur, hamıya “xəstəyəm” deyirlər. Yüngülvari ağrıları ağır bir xəstəliyin əlaməti kimi görməyə başlayır. İpoxondriya problemindən əziyyət çəkən insanlar, adətən, özlərini qayğıya möhtac, yazıq, zavallı adam kimi göstərməyə çalışırlar. Çünki özlərini həqqiqətən də elə hiss edirlər. Əslində bunu bilərəkdən etmirlər.
    İpoxondriyaya meyilli insanlar özlərini xəstə hiss edirlər. Lakin müşahidələr göstərir ki, onların orqanizmi heç bir ciddi xəstəliyin simptomunu daşımır. Xəstəlik xəstələri tez-tez həkimə gedirlər, müayinələrdən keçirlər, analiz verirlər, şübhələndiyi xəstəliklə bağlı uzun-uzadı araşdırmalar aparırlar. Müayinələrdə, analizlərdə hər hansı ciddi problem aşkar edilməsə belə, onlar xəstə olduqlarına inanırlar. Yaş artdıqca, stressli vəziyyətlərdə onlarda bu meyil daha da çoxalır. İnsanın gündəlik həyatına, karyerasına, şəxsi münasibətlərinə mənfi təsir edən ipoxondriyadan qurtulmaq asandır, amma zaman alır.
    İpoxondriya böhranı nədir?
    Öz xəstəliyinə inanan insanın dərin depressiyaya düşməsi durumu “ipoxondriya böhranı” adlanır. Böhran keçirən insanlarda bu hallar müşahidə edilir:
    -ürək döyüntüsünün artması;
    -ölüm qorxusu;
    -təngnəfəslik;
    -tərləmək;
    -ürəkbulanma;
    -baş gicəllənməsi;
    Hər an infarkt olacağı ehtimalı ilə yaşayan, yaxud xərçəng olduğuna inanan insanın bu cür çətin vəziyyətə düşməsi təbiidir.
    İpoxondriyanın meydana çıxma səbəbləri bunlardır:
    Fərdi olaraq, zəif iradəyə, narahat ruh əhvalına sahib olmaq;
    Uşaqlıqda ciddi xəstəlik keçirmək;
    Çox sevdiyi birini itirmək;
    Ailədə ciddi irsi xəstəliyin olması;
    Narahat, naşükür insanların əhatəsində olmaq;
    Stress və ya çarəsiz görünən hadisəylə üzləşmək;
    Uşaqkən böyüklərdən zərər görmək;
    İnternetdə tibbi araşdırmalar aparmaq;
    Ətraf mühitdən qaynaqlanan faktorlar;
    Özünəinamın və özünə verilən dəyərin az olması;
    İpoxondriyanın əlamətləri arasında ən geniş yayılmışı rahat yaşaya bilməməkdir. İndi sadalayacağım əlamətləri göstərən insan, əlbəttə ki, rahatlıq tapmaz:
    Xəstələnməkdən qorxmaq;
    Hər hansı bir xəstəliyin mövcudluğu barədə tez-tez araşdırmalar aparmaq;
    İnternetdə adına, əlamətlərinə rast gəldiyi xəstəliyin orqanizmdə olmasına inanmaq;
    Müntəzəm olaraq, həkimə getmək, müayinələrin, analizlərin nəticələrinə şübhə ilə yanaşmaq;
    Xəstə olduğuna inanaraq stress keçirmək;
    Ötüb keçməyən nigaranlıq;
    Xəstəliyə tutulmamaq üçün özünü insanlardan təcrid etmək;
    Panik atak keçirmək;
    Dayanmadan xəstəlik simptomlarını araşdırmaq;
    Stressdən qurtula bilməmək;
    Sosiallaşmaqda çətinliklərlə qarşılaşmaq;
    Tez-tez ürək döyüntüsünü, təzyiqi yoxlamaq;
    Xəstə olduğunu düşünərək yuxusu çəkilmək;
    Gördüyünüz kimi, bu əlamətlərin hamısı psixolojidir. Amma ipoxondriyanın fiziki əlamətləri də var:
    Tərləmək;
    Əzələ ağrıları, qarın ağrısı;
    Baş gicəllənməsi;
    Ürək döyüntüsünün artması;
    Əldə, alında, üzdə uyuşmalar;
    Təngnəfəslik;
    Tez-tez əlini ürəyin üstünə qoymaq;
    Psixoloji əlamətləri yaşayanlar, adətən, öz həyatlarını çətinləşdirirlər. Fiziki əlamətləri yaşayanlar isə ətrafdakıları da narahat edir, həkimlərin qapısını da tez-tez döyürlər. Hətta getdikləri həkimləri, xəstəxanaları mütəmadi olaraq dəyişirlər.
    İpoxondriya üçün yaş fərqi yoxdur. Həm qadınlar, həm də kişilər xəstəlik xəstəsi olur. Yaşlı insanlarda yaddaş zəifləməsi ilə paralel şəkildə peyda olan ipoxondriyanın kökündə qorxu dayanır. Son dönəmlərdə 20-30 yaş arasında olan insanlarda bu halın müşahidə edilməsi artıb.
    İpoxondriyanın müalicəsi üçün psixoloji dəstək önəmlidir. İndi isə xəstəlik xəstəsi olmaqdan qurtulmaq üçün bəzi ipucuları verəcəyəm:
    Psixoterapiya əsasdır. Mütəxəssis dəstəyi ilə xəstəlik qorxusunu yenmək olar;
    Əhvalı şən tutmaq, ümidsizliyə qapılmamaq;
    Narahatlıqların həyatınıza necə təsir etdiyinə fikir vermək;
    Stressin öhdəsindən gəlməkçün üsullar kəşf etmək;
    Hisslərin, həyəcanın davranışlara təsirini azaltmaq;
    Tanıdığınız ipoxondrik insan varsa, ona dəstək olmağa, əhval-ruhiyyəsini yüksəltməyə, ona dəyərli olduğunu anlatmağa çalışın. İnsanın öz canının qeydinə həddən artıq qalması ipoxondriya deyil. Xəstəlik xəstəsi olanlar, əksinə, özlərinə həm psixoloji, həm də fiziki zərər vururlar, bunu fərqinə varmadan edirlər. Onları normal həyata qaytarmaq məsuliyyəti mütəxəssislərlə yanaşı, ətrafındakı insanların, ailə üzvlərinin də üzərinə düşür.
    İpoxondriyanın nə qədər çəkəcəyi barədə ehtimal irəli sürmək mümkünsüzdür. Çünki vəziyyət insanın fərdi düşüncələrindən, fərdi yaşam tərzindən, daha doğrusu, bu durumu yarada bilən yaşadıqlarından qaynaqlanır.

Комментарии • 22

  • @birbaxkanal
    @birbaxkanal  4 месяца назад +3

    Bizi haradan izləyirsiniz? 🙂

  • @vaqifseyidov4354
    @vaqifseyidov4354 4 месяца назад +3

    Salam. Həyatda çox insanların qarşılaşdığı mövzuya toxundunuz. Maarifləndirmə işinizə görə minnətdaram.

  • @zibarzayeva7605
    @zibarzayeva7605 4 месяца назад +2

    Ruh yüksəkliyi yaratdız.Təşəkkürlər

  • @naila_aliyeva
    @naila_aliyeva 4 месяца назад +3

    Salam, Bakıdan izləyirəm.
    Psixoterapiya əsasdı amma bununla yanaşı insanın özü də düzəlməkçün cəhd etməlidir. Mən psixoterapevtin yazdığı güclü dərmanlar qəbul edirdim bir neçə il, psixoloq seanslarında da olmuşam, dərmanı buraxdıqdan sonra yenə eyni vəziyyət taa ki özüm özümə mübarizə aparıb disiplinli davrandıqca bunun azaldığını hiss edirəm. Hal hazırda əvvəlki kimi deyiləm çox azalıb. İnşallah mənim kimi bundan əziyyət çəkənlər cəhd edib tamamilə qurtularlar içi özüm qarışıq❤

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 4 месяца назад +2

    ÇOX SAĞOLUN XƏYALƏ XANIM

  • @sunbulaliyeva-nt4iu
    @sunbulaliyeva-nt4iu 4 месяца назад

    Bu halları yaşamışam çox şükür atlatdim🙏 Qardaşımın dəstəyi ilə

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 4 месяца назад

    Mən eləyəm😂😂😂
    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад +1

      Mən təşəkkür edirəm

  • @AynureHuseynova-p9k
    @AynureHuseynova-p9k 4 месяца назад +1

    Sumqayıtdan salamlar, uğurlar sizə

  • @asifesgerov3284
    @asifesgerov3284 4 месяца назад +2

    Coxlu -coxlu sag olun.

  • @mehemmedeli_22
    @mehemmedeli_22 4 месяца назад +1

    Məndə eləyəm şubhə ilə yanaşmaq tez tez maraqlanıram xəstəliklərlə

  • @amilhuseynov2842
    @amilhuseynov2842 4 месяца назад +1

    Şukur. Hele. 60. Dr

  • @sevincismayilova9982
    @sevincismayilova9982 4 месяца назад +1

    Baki

  • @zibarzayeva7605
    @zibarzayeva7605 4 месяца назад +1

    Bakı

  • @sunbulaliyeva-nt4iu
    @sunbulaliyeva-nt4iu 4 месяца назад

    Həkimə gedirdim deyirdi sizdə heç nə yoxdur deyirdim həkim siz heç nə bilmirsiz

    • @birbaxkanal
      @birbaxkanal  4 месяца назад

      Allah şəfa versin, Sünbül xanım

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 4 месяца назад +2

    SİZİ QOBUSTAN RAYONUNUN BƏKLƏ KƏNDİNDƏ N İZLƏYİRƏM