”Ağlama, Şəhid Anası!" (Şeir)
HTML-код
- Опубликовано: 19 сен 2024
- Müəllif: Gülnarə Sadiq
”Ağlama, Şəhid Anası!
Sil göz yaşlarını, ağlama heç vaxt,
Şəhidlik ucadan ucadır, ana.
Toyumçün aldığın o tər xınanı
Qoy ağ saçlarına elə gəl, ana.
Uca tut başını, əymə heç zaman,
Yanımda gözlərin gülsün, ay ana.
Yarıma de məni gözləməsin o,
Mən gələ bilmirəm o gəlsin, ana.
Söylə ağlamasın mənsiz gecələr
Ulduzla yolladım eşqimi, ana.
Onu tənha qoyub gedərəmmi heç,
Nəfəsimi köksünə həkk etdim,ana.
Sən gəl heç darıxma, nigaran qalma,
Mən ərşin qoynunda xoşbəxtəm, ana.
Kor bir qurşun dəydi qəlbimə mənim,
Ruhum səmalara ucaldı, ana.
Cismimi bürüyüb yumşaq ipəyə,
Mələklər cənnətə apardı, ana.
Allah esgerlerimizi qorusun
Şəhidlərimizi de rəhmət eləsin amin 😌
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin
😔 Allah rəhmət eləsin şəhidlərimizə ruhları şad olsun inşallah qanları yerdə qalmayacaq amin 🤲😢
AMIN INSALLAH
Möhtəşəm şeirdir😔🥺😥
Allah wehidlerimize rehmet elesin
Caaan Elmirimiz səndə o Şəhidlik zirvəsində ucaldın. Ruhun şad olsun😢😢😢. Zunud kəndinin ilk şəhidi.
🥀🥀🥀💔
Məndə vətən üçün hazıram şəhid olmağa Laçında Azərbaycan bayrağı dalğalansın taki
😭
😭😭😭😭😭😭😭😭😭😭😭