Gəmi saatının sirri (1983)
HTML-код
- Опубликовано: 5 ноя 2024
- 6+
Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir. Əsl səyyah olmağı arzulayan 10 yaşlı Alik (Anar Tağızadə) valideynlərsiz, təkbaşına Kiyevə əmisinin yanına gedir. Oğlan istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. Alik Ukraynanın kiçik şəhərlərindən birində çox adamla tanış olur. Mühəndis Aleksandr İvanoviçin (Nikolay Volkov) evində onun diqqətini köhnə gəmi saatı cəlb edir. Sən demə bu saat təkcə Aliki deyil, qarətçiləri də maraqlandırırmış. Nə üçün? Oğlan gəmi saatının sirrini açır: o, saatın içindən yazılı kağız tapır. Bu kağızda qiymətli daş-qaşların saxlanıldığı yer göstərilirdi. Milis qarətçiləri həbs edir. Gənc səyyahın ardınca valideynləri gəlir. Alikin ailəsində əmin-amanlıq yenidən hökm sürür.
Rejissor: Rüfət Şabanov
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Operator: Nikolay Juravlyov
Bəstəkar: Leonid Vaynşteyn
Rəssam: Georgi Prokopets
İstehsalçılar: "Azərbaycanfilm" Kinostudiyası
Dovjenko Adına Kinostudiya
Baş rollarda: Anar Tağızadə, Nikolay Volkov, Elmira Şabanova, Hacımurad Yegizarov