Gmib, bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən layihə yekunlaşdı.

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • Gənc Mühasiblər İctimai Birliyi bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “Maliyyə Təlim və Təcrübə Mərkəzi Layihəsi”: Cəmiyyətin həssas qrupları arasında məşğulluğun dəstəklənməsi” adlı layihəsi yekunlaşıb.
    Layihənin məqsədi təcrübə yönümlü bacarıq və biliklərin təmin edilməsi yolu ilə işə ehtiyacı olan yerli işçi qüvvəsi ilə ixtisaslı işçi qüvvəsinə ehtiyacı olan əmək bazarı arasında yaxınlaşmaya töhfə vermək, cəmiyyətin həssas təbəqələrinin maliyyə qabiliyyətini (mühasibat uçotu, vergitutma) artırmaqdır. Bu istiqamətdə Bakı və Gəncə şəhərlərində yaşayan gənclər üçün maliyyə uçotu, maliyyə menecmenti və vergitutma üzrə treninqlər və təcrübələr keçirilmişdir. İştirakçılar şəhidlər, qazilər və müharibə iştirakçıları ailələri, aztəminatlı ailələr, müharibə zamanı Gəncə şəhərinin bombalanması nəticəsində zərər çəkmiş ailələr (mülkiyyət və psixoloji zərər görən vətəndaşlar) və universitetin son kurs tələbələri və məzunları, eləcə də hal-hazırda işsizlər olmaqla dörd əsas həssas icmadan ibarət olmuşdur. Layihənin sonunda kursu bitirən kadrların işlə təmin olunmasına dəstək göstərilməsi nəzərdə tutulmuşdur.
    Belə ki, Gəncə şəhərində Aqrar Universitetində kursu bitirən tələbələrin sertifikat təqdim etmə mərasimi keçirilib. Tədbirdə bp və tərəfdaşları iştirakı ilə sertifikatlar təqdim edilib. Layihənin nəticəsi olaraq 38 potensial kadrdan 28 nəfər işlə təmin olunması diqqətə çatdırılıb.

Комментарии •