7 Gün Sarımsaq Suyu İçdim - Görün Başıma Nələr Gəldi...
HTML-код
- Опубликовано: 5 сен 2024
- #BirBax #Azerbaycan #sarımsaq
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Sarımsağın faydalı olduğunu hər kəs bilir. Bəs yarımsaq suyunun necə, faydalarından xəbərdarsız? Bu gün sizə ev şəraitində sarımsaq suyunun hazırlanması və faydalrı haqda məlumat verəcəm. Diqqətiniz məndə olsun. Videomuz başlayır.
Sarımsağın sağlamlığa faydaları hələ qədimdən insanlara məlum idi. Bir çox xəstəliklərin müalicəsində effektiv vasitə kimi istifadə olunmasının tarixi də qədimdir. İndi də, diqqət etsəniz, xalq təbabətində sarımsaqdan hazırlanan müalicəvi vasitələrin sayının çox olduğunu görərsiniz. Hətta vərəm və vəba kimi infeksion xəstəliklər zamanı belə, sarımsaq köməyə çatıb. Kimyəvi tərkibi sayəsində mikrob əleyhinə, iltihab əleyhinə, bəzən ağrıkəsici kimi də çıxış edə bilir. İndi də keçək sarımsaq suyuna:
Bu vasitə bütün orqanizmin sağlamlığını dəstəkləyir. Tərkibindəki C və B vitaminləri, antioksidantlar və kalium, maqnezium, natrium kimi mikroelementlər sayəsində sarımsaq suyu həzmi yaxşılaşdırır, iştahı açır. Həmçinin, mədə yanmasından və köpdən yaxa qurtarmağa kömək edir. İçki ürək-damar xəstəlikləri, qan dövranının pozulması, pis xolesterolun səviyyəsinin yüksəlməsi zamanı da müsbət effekt verir.
Pozulan yaddaşı bərpa edən və səbəbsiz baş ağrılarını aradan qaldıran sarımsaq suyu soyuqdəymə və bakterioloji xəstəliklərlə mübarizə aparmaqda da mahirdir. Tərkibindəki antioksidantlar orqanizmi bədxassəli şişlərdən qoruyur, hüceyrələrin həyat döngüsünü dəstəkləyir. Açıq yaraların yuyulması və dəridəki problemlərin öhdəsindən gəlinməsi üçün də sarımsaq suyundan istifadə etmək mümkündür. Mikrobları məhv etməklə qalmır, üstəlik, toxumaların özünü bərpasına da kömək edir.
Sarımsaqdakı allicin damarları xolesterin yığıntılarından təmizləyir, onların təkrar toplanmasına mane olur. Efir yağı isə virus əleyhinə xüsusiyyətə malikdir. Buna görə də, elə sarımsağın ətri bəs edir ki, nəfəs yollarındakı hər hansı virus məhv olsun.
Sarımsaqdakı bütün xeyirli elementlərdən faydalanmaq üçün sarımsaq suyu hazırlamaq məqsədilə seçilən tərəvəzə nəzarət etmək lazımdır. Belə ki, seçilən sarımsağın dişləri orta ölçüdə, quru, rəngi daha ağ olmalıdır. Nəm və büzüşmüş dişlər çürümənin ilkin siqnallarını verir. Yaxşı olar ki, bu cür məhsuldan imtina edəsiniz.
Sarımsaq suyunun hazırlanması:
Sürtgəcdən keçirilmiş 2 diş orta ölçülü sarımsağı, 2 dilim limonu, yarım çay qaşığı zeytun yağını 1 stəkan qaynar suya qatın. 10 dəq dəmlənməsini gözləyin. İlıq halda günün istənilən saatında içə bilərsiniz. Gördüyünüz kimi, resept çox sadədir və inqridientlər ilin bütün aylarında əlçatandır. Limon sarımsağın faydalarını daha da artırır. O, orqanizmi vitaminlərlə təmin edir, toksinləri bədəndən atır, maddələr mübadiləsini yaxşılaşdırır. Zeytun yağı isə damarları möhkəmləndirir, dərini təravətləndirir. Sarımsaq suyunu hər gün içmək mütləq deyil. Həftədə 1-2 dəfə içilməsi yetərlidir. Daha çox faydalarını görmək istəyənlər səhər acqarına içməyi seçə bilərlər.
Sarımsaq suyunun qəbul edilməsi:
Vasitə daxilə qəbul edilməklə yanaşı, xaricə də tətbiq edilə bilər. Artrit zamanı ağrıları kəsir, immuniteti möhkəmlədir, soyuqdəymədən qoruyur. İçki bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmi parazitlərdən təmizləyir.
Oynaqlardakı ağrılar zamanı. Sarımsaq suyunun kimyəvi tərkibi oynaq toxumalarını və bağlarını qoruyur. Osteoartrozun profilaktikasında işə yarayır. Bundan əlavə, içki B qrupu vitaminləri, selen və mis ilə zəngindir. Bunlar da, öz növbəsində, oynaq toxumalarının sintezində iştirak edirlər. Sarımsaq suyu artrit zamanı iltihablanmanı aradan qaldırır, ağrını kəsir. 4 diş sarımsağı sürtgəcin xırda gözündən keçirin. 1 stəkan təmiz suya qatın. 10-20 dəqiqə dəmlənməsini gözləyin. Sonra gün ərzində kiçik porsiyalarla qəbul edin.
Soyuqdəymə zamanı. Sarmsaq suyu orqanizmin infeksiyalara müqavimət göstərməsinə kömək edir. Fitonsidlər bakteriyaların hərəkətini məhdudlaşdırır, onları öldürür. Əgər hansısa nahiyədə iltihablanma başlayıbsa, sarımsaq suyu həmin nahiyənin immunitetini yüksəldir. Bəlğəmgətirici xüsusiyyəti sayəsində bərkimiş bəlğəmi yumşaldır və tökülməsini təmin edir. Sarımsaq suyunu yalnız daxilə qəbul etmək üçün deyil, xaricə tətbiq etmək üçün də hazırlaya bilərsiniz. Qazançanı su ilə doldurun və içinə 3-4 diş sarımsaq atın. Qaynadın və azca soyumasını gözləyin. Başınıza dəsmal,yaxud isti şal salaraq nəfəs yollarınızı sarımsaq suyunun buxarı ilə inqalyasiya edin.
Çox sağ olun gözəl xanım səsinizin vurğunuyam.Mən sarımsaq yeməyi xoşlayıram.Oğlumda xoşlayır.İndi inşAllah suyunu içərəm.Əsəblərim çox narahatdır.
Alimlər, logmanlar sagalda bilməyən xəstəlikləri sarımsaq sagaldır. ALLAH kömək olsun.
Supersiniz bir soz yeter
Çox sağ olun
Allah sizə kömək olsun düzdü
Cox sag ol ALLAH sizdən razı olsun
Beyendim bayramnizin mubarek olsun
Hepatiti olanlar çox diqqetli olun,bu qarışım ziyan verir
Men nedense sarimsaq yeyende mene pis tesir edir ,amma suyunu yoxlayaram size teshekkurler 👍
Super 👍👍
Cox sag olun
Məcazi mənada desək, sarımsağın suyu ölünü də dirildər. Bir sözlə təbii antibiotik.
Bəli
Super super bir bax davamlı olsun ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Təşəkkürlər sizə .👍🌷Amma mədə--bağırsaq yarası olanlara sarımsaq olmaz.
DƏYƏRLİ MƏSLƏHƏTLƏRİNİZƏ GÖRƏ COX SAQ OLUN.
Bana yillar öncei gastrit teshisi konulmustu. Bugune kadar hiç ama hic bir zararini gormedim.Doktorun verdigi ilaçlar midemi daha kotu yapmisti sanki... Ustelik helicobakter pylori oldugu da soylenmisti. Ne yasak konuldu ise, tam tersini yaptim, hala da yapiyorum. Ne aci, ne tursu, hergun 1 kafa soğan , 1 kafa ( 1 dis değil ) sarimsak tuketiyorum. Nazar degmesin bir zarari oldugu da yok, tersine kendimi saglikli goruyorum. Önce sizlerde benim gibi dikkatli kullanin, az az yavas yavaş zaman içinde birşey olmuyorsa arttirin. En iyi doktor insanin kendisidir unutmayin. Arkadaslar, hepinize sağliklar dilerim , güzel bir video...
SIRKE SARIMSAX TURWUSUNUN FAYSASINDAN ZERERINDEN MELUMAT VERERDIZ ZEHMET OLMASA HEDDEN COX TURWUSUNU ISTIFADE EDIREM GUNDE 2 BAW TURWUSUNU YEYIREM ZIYANINI MEN GORMEDIM
Super Allah köməyiniz olsun
Salam xanim sizi cox isteyirem.deyerlisin8z Sizdennduzlari nece eritmey olar zulali menim cqnaq bud sumuyumde inplant var men yumurta yeyen kimi sumuyume ele bil aci biber surtmusen ele zoqquldayirki ne etmeliyem
"Dəmləməyə qoyun" nə deməkdir? Sarımsaq, adi suyun içində necə dəmlənir ki?
Sarımsaq mədə altı vəziyə zərəldi.Nə edək bizə zərəl etməsin.Məsləhət verəsiz..
Axı eitmişəmki sarımsaqın qara ciyərə xeyri var , nəinki zərəri
👍👍👍
Tutaq. ki. ikigündən. Sonra. Qaz. kəsilib. balansda. Qazn. olmaĝn. Xeyri. nə
Men günde 5-6 eded yeyirem 3 ildi yeyirem. Her gece yatanda
😊
Bəs iyi necə olur gəlmir sonra
Salam Xanım. Dəmləməli 1 stəkanı bir dəfəyə içmək olarmı? Yoxsa o 1 stəkan gün içində içilməlidir?
Usaqlara vermek olarmi 14 yaş 10 yaş
Yahşi sualdir
❤
Mədə yanmasında həkim sarımsaq soğan yemə deyir.siz deyirsiz suyu kömək edir.hansınıza inanaq
Axıra qədər baxmamış şərh yazanlar diqqətlə qulaq asın.Şəxsən mənə sərf elədi məlumat.Sağolsun Xəyalə zəhmət çəkib.
🌹🙌🙏🤲🇦🇿
Salam bəs mədəsi xəstə olanlar?
Görəsən süd vəzi xəstəliyinə də təsir,xeyir edərmi?😔😊
Bir bax da danışan xanım, sen bilmirsen ki, sarimsaq qara ciyeri mehf edir.Ele ağzinıza geleni danışırsız
Özlərinə klent axtarırlar
Amma hansisa video carxda qara ciyere pis tesir etmeyinden danishmishdilar
Demir ki, gündə 1 letr iç.
🧄🧄🧄🧄🧄🧄🥦🥦🥦🧄
Çox sürətlə danışırsız,eləbil qovurlar sizi səhv danişmaga görə.
Men hele birazda tez teze qoyuram.normal danışır..siz normanı astaya qoyub qulaq asa bilersiz
😂
Mən bu xanım an çox razıyam düzgün informasiya öturduyuüçun
Sizde herseye bir söz tapirsiz
🇹🇷🇹🇷🇰🇿🇰🇿🇦🇿🇦🇿🇺🇿🇺🇿🇹🇷🇰🇿🇦🇿🇺🇿🇹🇷🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘