ASAN könüllüləri aylıq mükafat alacaqlar

Поделиться
HTML-код
  • Опубликовано: 26 окт 2016
  • “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bütün könüllülərə bank kartlarının verilməsinə başlanılıb. Bu gündən başlayaraq ASAN könüllüləri bir il aylıq mükafat alacaqlar. Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan 5 milyon manatlıq vəsait ASAN könüllülərinin özünüinkişaf proqramına dəstək və onların həvəsləndirilməsinə sərf olunacaq.
    Insan Resursları və Təlim şöbəsinin müdiri Müavini CAHANGİR HACIYEV: “Könüllülər aylıq olaraq 100 manat civarında pul alacaqlar. Bu vəsait könüllülərin özünə inkişaf proqramına yönələcək. Avqustun 1-dən fəaliyyətdə olan könüllülərin hər biri bu vəsaiti əldə edəcək. Ümumilikdə, Asan Xidmət mərkəzlərində işləyən - fərqi yoxdur, səyyar xidmət, istərsə də, stasionar Asan xidmət mərkəzlərində fəaliyyət göstərən bütün könüllülərə şamil olunur”.
    “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 800-ə yaxın könüllü bu vəsaiti əldə edə biləcək. Bundan sonrada fəaliyyətə başlayacaq könüllülər də bu vəsaitdən yararlana biləcəklər.
    Könüllü ÜLVİYYƏ MƏHƏMMƏDLİ: “Buradakı fəaliyyətimizə görə bizə pul veriləcəyini fəaliyyətə başlayanda bilmirdik. Motivasiya oldu. Ən azı yol pulumuzu ödəyə biləyəciyik. Bundan əvvəl də mən işə həvəslə başlamışdım, pul veriləndən sonra daha həvəsliyəm. Mən bura praktik biliklər qazanmağa gəlmişdim, maddiyatı heç düşünməmişdim”.
    Könüllü MÜŞFİQ ABBASOV: “Könüllülərə pulun veriləcəyindən xəbərim yox idi. Eşidəndə, mənim üçün böyük motivasiya oldu. Həmin pulun müqabilində öz fərdi inkişafım üçün kurslara yazıla bilərəm, hansısa kitabları ala bilərəm”.
    Könüllü MAYA MƏMMƏDOVA: “Bunu eşitdik, çox sevindik, bizə bir stimul oldu. Məlumdur ki, tələbənin kitablara, müəyyən şeylərə pulu gedir. Bizdə ən azından bura avtobusla gəlirik. Bu məbləğin ayrılması bizim üçün çox yaxşı oldu. Xərclərimizi ən azından qarşlıayır. Könüllülər sanki daha həvəslə məsuliyyətlə işələyirlər”.
    Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı ilin sentyabrın 5-də Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilərin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılıb.

Комментарии •