Akif İslamzadə - Alagözlüm (lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • İfa: Akif islamzadə
    Söz: Nigar Rəfibəyli
    Musiqi: Emin Sabitoğlu
    Ala gözlüm, səndən ayrı gecələr,
    Bir il kimi uzun olur neyləyim?
    Bağçamızda qızıl güllər hər səhər
    Tezdən acır, vaxtsız solur, neyləyim?
    Nərgizlərin gözü yaşla dolanda,
    Bənövşələr baxıb qəmgin olanda,
    Qərənfilin gözü yolda qalanda,
    Yasəmənlər saçın yolur, neyləyim?
    Tez gələsən, bəlkə əlac verəsən,
    Sünbüllərin saçın yığıb hörəsən-
    Çiçəkləri gəlib özün dərəsən,
    Yolda qalır, baxışları neyləyim?
    Çiçəklərin çəkir gözü intizar,
    Ayrılıqdan betər dünyada nə var?
    Yaz axşamı səni bilki bu Nigar
    Həzin-həzin yada salır neyləyim?

Комментарии • 3

  • @emiliyanagieva8814
    @emiliyanagieva8814 9 месяцев назад +5

    Əvəzsiz ifa!!! Allah cansağlığı versin Akif İslamzadəyə!

  • @Susanna-x2d
    @Susanna-x2d 9 месяцев назад +3

    Mahnı 3 dahinin böyük ürəklərinin məhsuludur❤Nigar Rəfibəyli,Emin Sabitoğlu,Akif İslamzadə😍

  • @wako_0455
    @wako_0455 7 месяцев назад +1

    🤌👏👏