Hamiləlikdən qorunmaq üçün dərman həbləri, yoxsa???

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2018
  • Kombine oral kontraseptiv adı verilən hamiləlik əleyhinə həblər - estrogen ve progesteron təsrkibli hormonal həblərdır. Mini həblərin-tərkibinə qadında təbii olaraq olan qadın hormonunun yalnız biri (progesteron) daxildir. Ana südünü təsir göstərmədiyi üçün əmizdirən qadınlar da istifadə edə bilər. Kontraseptiv həblər- yüksək nəticə və az yan təsirinə görə ən çox istifadə olunan qorunma usuludur. Kontraseptivlərin istifadəsinə menstruasiyanın ilk günü başlanılmalıdır. Nizamlı istifadə edildiyində etibarlığı 99.9 %-dir.
    Kontraseptiv həblərin ən əsas tələbi unudulmamalı və gündəlik alınmalıdır. Kontraseptiv həblərin alındığı zaman, ilk həbin qəbulundan qorunmanın başlandığı düşünülür. Hətta qadın həbləri istifadə etməyə başlamışkən iki gün üst üstə unudarsa, o ay belə bir başqa, yeni qorunma yollarından istifadə edilməsi tövsiyə edilir. Bir gün unutmaq çok vacib deyil, ancaq iki gün üst üstə unudularsa bu zaman qorunma pozulur. Kontraseptiv həblərn günlük həblərdir, o gün sizi qoruyur, qutu bitdikdən sonra heç bir şəkildə qorumur.
    Kontraseptivlər hamiləliyin qarşısın necə alır?
    Hamiləlik qadın yumurtalıqlarında əmələ gələn yumurta hüceyrə ilə kişi spermatozoidinin birləşib, döllənərək uşaqlıq içinə yerləşməsi nəticəsində yaranır. Kontraseptivlərin içində olan hormonlar xaricdən verildiyi üçün orqanizmin hormon kontrolunu ələ alaraq yumurtalıqlarda yumurtlamanın yəni yumurta hüceyrənin əmələ gəlməsinin qarşısını alır. Beləliklə spermanın dölləndirə biləcəyi yumurta hüceyrə olmadığından hamiləlik olmur.
    Kimlər kontraseptiv həbləri istifadə edə bilər, kimlər edə bilməz?
    Damar tutulmasının olması və ya şübhəsi olanlar, damar tutulması olan şəkər xəstələri, ciddi qaraciğer xəstələri və qaraciyər şişi, döş və ya cinsiyyət organlarına aid şiş, ciddi migren tutmaları olanlar, ailəvi qanda lipid yüksəkliyi olanlar, bilinən hamiləlik və ya hamiləlik şübhəsi olanlar - oral kontrseptiv preparatlar istifadə etməməlidir. Həmçinin səbəbi bilinməyən qanaxmaları olan qadınlarda kontraseptivlərdən istifadə etməməlidirlər. Əlbətdə siz kontraseptiv həblərin istifadəsinə ümumi ginekoloji müayinədən keçdikdən sonra başlamanız daha məsləhətdir
    Kontraseptiv həblər kilo almaya səbəb olurmu?
    Son vaxtlar istifadə olunan az dozalı kontraseptiv həblərdə bu təsir çox azdır. İstifadə olunan ilk vaxtlardan bunu bilmək olur.
    Kontraseptiv həblərinin düzgün itifadəsi necədir?
    Kontraseptiv həbləri 21,28 və ya 24 günlük buraxılış formasında ola bilər. Mütləq həkiminiz ara vermədən, sizə təyin etdiyi kimi istifadə edin. İçində 21 dənə həb olan preparatlarda, sadəcə ilk dəfə həb istifadə olunmağa başlanacaqsa, qutudakı ilk həb menstruasiyanın (aybaşının) ilk 5 günü ərzində istifadə olunmağa başlanmalıdır. Hər gün 1 həb qəbul edilir. Bütün qutudakı həblər qurtardıqda, 7 gün ara verilir 8ci gün yeni qutuya başlanılır. Bu yeddi günlük arada menstuasiya başlayır. Menstruasiya davam etmiş olsa bele 8cı gün yeni qutuya keçilməlidir. Əgər 24 günlük həblərdirsə, üzərinde 1ci gün yazılan həbdən istifadə etməyə başlanılır və davam edilir. Dərman istifadəyə başlanılan ilk 3 ayda, ləkə şəklində qanamalar ola bilər. Qısmən gözlənilən bir haldır. Nadirən bu preparatın dozasından asılı olur və preparatı dəyişmək lazım gəlir. Bu ləkələr görüldüyü zaman həkiminizi xəbərdar etməlisiniz.
    Həbləri istifadə edərkən, günün eyni saatında qəbul etməyə calışın. Kontraseptiv preparatlar istifadə edərkən başqa dərman (məsələn antibiotik) içməli olsanız mütləq həmin preparatın kontraseptiv preparatlarla birgə istifadəsi zamanı bir-birinin təsirindən xəbərdar olun. Çünki bəzi preparatlar konseptivlərin təsirini azaldır

Комментарии • 36

  • @csursuleymanov8895
    @csursuleymanov8895 5 лет назад +2

    Men derman atanda ayda 3 defe xesdelenirdim.hemde kokeldim .bu zama derman xeyirli olur?

  • @zaraxomeyni2991
    @zaraxomeyni2991 3 года назад

    Salam doktor qadınlar üçün hormonal təbletkanın olduqumu bilirəm bəs Kişilər üçün tabletkalar var ?

  • @namikmeherremov9558
    @namikmeherremov9558 Год назад

    salam həkim.mən aylıq qorunma dərmanı yox birdəfəlik dərman isdifadə etmək isdəyirəm.nə məsləhət görərdiz?

  • @aslanagazade5467
    @aslanagazade5467 4 года назад

    salam həkim tabletkalardan hansını məsləhət görürsnüz.

  • @baharbahrim4514
    @baharbahrim4514 4 года назад +1

    Salam hekim.uşaq emizdiren analar uşaqa qalmamaga gore tabletqa isdifade etse olarmi?xayiş cavab yazardiz

  • @huseyinceferov6740
    @huseyinceferov6740 2 года назад

    Salam doktor hansı dermandır zehmetdir deyərdiz.hamile qalmamaq üçün ?

  • @vasifazmemmedov4119
    @vasifazmemmedov4119 5 лет назад

    Salam həkim sualım budur qorunmayla uşaq qalmaq olarmı

  • @asimsabanov1098
    @asimsabanov1098 4 года назад

    Salam hekim tabletin adini deyesizde

  • @turkanhacizade2847
    @turkanhacizade2847 2 года назад

    Salam həkim hansi dermandi adini deyerdz?

  • @cicekismayilova7938
    @cicekismayilova7938 2 года назад

    Zehmet olmasa meslehetli tabletka deyin qorunmaqcun

  • @mezarci_0429
    @mezarci_0429 4 года назад

    Men atdimm reqividon aybawim kesildi

  • @azertelecom923
    @azertelecom923 4 года назад

    Salam Bes usag emizdiren analarar nece hamilelikden qorunmaga gore derman ata bilermi yeni dogmus analar nece Cunku aybasi olmurlar derman zerer edermi

    • @artstudio6294
      @artstudio6294 4 года назад

      Iynelerden isdifade ede bilersiz ayliq iyneler ancaq hekim mesleheti ile erroziya olan wexsde iyne olmaz

  • @nazimilyasov1180
    @nazimilyasov1180 4 года назад +4

    Hamile qalmamaq ucun atilar o dermanin adini mene deye bilersiz? Adi nedi o dermanin?

  • @senaneliyev1800
    @senaneliyev1800 4 года назад +1

    Salam Aleykum xanimlar. Men istifade edirem bu dermanlardan
    Adi Reqividondu adi

    • @elvinnhaciyev2662
      @elvinnhaciyev2662 4 года назад

      Senan Eliyev salam mende xanimam yazdiqin hamilelikden qorunma dermani nece effektlidi??birde gunde nece dene..yada necur hallarda icmek olar bu tabletqani yaz bilersen baci??

    • @qudretnurizade5762
      @qudretnurizade5762 Год назад

      ​@@Bilmem.27 xanim nolar cavab yazasizda qurban olum aybasinin 5 ci gununde basliyirsan o dermani atmaqa ne vaxta qeder atirsan ?

    • @nubarqulieva
      @nubarqulieva Месяц назад

      He 3cü günü başla

  • @mezarci_0429
    @mezarci_0429 4 года назад

    Tabletkalar aybawini queudur atmayin

  • @adilmusayev6884
    @adilmusayev6884 5 лет назад +1

    Sizin her videonuzun altina serh yazmisam ama hec bir cvb gelmeyim. Menim yoldasimda qan azliqi var hamileliyide cox pis kecir 2hamilelik kecirdim cox halsiz yataqda olur imkanlasdirib spiral qoydura bilmirik xahis edirem bir dermanin adini yazin dediyiniz tabletkalardan bizde alaq ve saqolun deyek

    • @raminsalmanov9434
      @raminsalmanov9434 5 лет назад +1

      Регивидон..dermanin adi

    • @adilmusayev6884
      @adilmusayev6884 5 лет назад

      Ramin Salmanov bu dermanin terkibini bilirsiz? Ne cur xeyirdi bes qadina ziyani olmazki cox saqolun ve siz hekimsiz?

    • @raminsalmanov9434
      @raminsalmanov9434 5 лет назад +1

      Yox hekim deyilem sadec gordum soruwursuz adini onuncun yazdim..birdeki men bildiyim qeder ziyani yoxdur siz yenede hekimden oyrensez yaxwi olar bu derman haqinda

    • @adilmusayev6884
      @adilmusayev6884 5 лет назад

      Ramin Salmanov
      Cox saqolun Allah razi olsun yene adini dediz internetden maraxlanmaq olar adini bilmek isteyirdim yene cox saqolun

  • @xyyamsalmanov6890
    @xyyamsalmanov6890 4 года назад

    Tabletin adı deyində xahiş

  • @senaneliyev1800
    @senaneliyev1800 4 года назад

    Bu telefonu alanda Senan Eliyev adina olub. Elede qalib. Men xanimam

  • @samirememmedova7891
    @samirememmedova7891 5 лет назад +3

    Bes prizvatif doxdur o ziyandımı

  • @fgkxhhdkc2758
    @fgkxhhdkc2758 5 лет назад +2

    Kiwii kayfda olur o mament gozune gorunmur hecne birdee ayilir ki gecdii sorada ki getii gotuu qaaw qovalaa oluur