Prezident İlham Əliyev,Xanımı və Qızları işğaldan azad olunan Torpaqlarımızda

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2021
  • ►Президент Ильхам Алиев заложил фундамент дороги Физули-Шуша и аэропорта в Физулинском районе, совершил поездку в город Шуша БУДЕТ ОБНОВЛЕНО.Президент Азербайджанской Республики Ильхам Алиев заложил фундамент дороги Физули-Шуша на 27-м километре автомобильной дороги Ахмедбейли-Физули-Шуша, а также аэропорта в Физулинском районе.
    Как сообщает АЗЕРТАДЖ, затем Президент Ильхам Алиев, первая леди Мехрибан Алиева и их дочь Лейла Алиева побывали в освобожденном от оккупации культурном центре Азербайджана - городе Шуше.
    -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
    Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
    Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.
    Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular.
    Sonra Prezident İlham Əliyev Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydu.
    Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.
    Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə yola düşdülər.
    Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisindən keçən hissəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla xatirə şəkli çəkdirdilər.
    Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.
    Hərbçilərlə xatirə şəkli çəkdirildi.
    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər.
    Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi.
    Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Şuşadakı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdilər.
    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa Rayon İcra Hakimiyyətinin binası, Natəvan bulağı, Bülbülün ev-muzeyi ilə də tanış oldular.
    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin olduğu yerə gəldilər.
    Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar.
    Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazançı kilsəsinə baxdılar.
    Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular.
    #aboneol #like #share

Комментарии • 1

  • @cskocskocsko9599
    @cskocskocsko9599 3 года назад +2

    Fexr edirem seninle cenab Ilham Aliyev! Prezidentimize güvenirik biz!