Faydasını biləndən sonra HƏR GECƏ bu çaydan dəmləyəcəksiz!
HTML-код
- Опубликовано: 10 фев 2025
- #BirBax #xalqtəbabəti #zəfəran
Sizə bu gün elə bir bitkidən danışacam ki, onu əsil möcüzə adlandırmaq olar. Ürək-damar xəstəlikləri, yaddaş zəifliyi, şəkər xəstəliyi, hətta xərçəngə qədər onlarla xəstəliyə çarə olacaq bir bitkidən danışacam bu gün. Bu hansı bitkidir sizcə? Ondan heç dərman kimi istifadə etmisizmi? Zəhmət aşağıda yerləşən şərh bölümünə yazın. Mən də onun istifadə qaydası və şəfa olduğu xəstəliklərdən danışacam.
Bəli, “Gün işığı ədviyyatı” adlanan zəfərandan danışıram bu gün. Dadı və gözəl qoxusuna görə çox adam onu yeməklərə və şirniyyatlara vurur. Lakin çay kimi də dəmləyib içənlərdə də az deyil. Bu bitki ilə bağlı hazarladığım öncəki videomda insanların yazdığı müsbət şərhlər məni çox sevindirdi. İstədim bu bitkini yenidən araşdırım.
Dəyərli izləyicilərim, bu cür faydalı videoların Yutubda çox izlənməsi sizin əlinizdədir. Elə indi aşağıda yerləşən bəyən düyməsinə basıb, aşağıda yerləşən şərh bölümünə videoyla bağlı fikirlərinizi yazsanız, videomuz daha çox insanın qarşısına çıxacaq.
Zəfəran hansı xəstəliklər zamanı təbii dərman kimi istifadə edilir? Gəlin öncə bunu araşdıraq.
-Xərçəng xəstəliyi, ürək-damar xəstəlikləri, diabet kimi xəstəliklər zamanı zəfəran müalicəvi təsirə malikdir;
O, cinsi aktivliyi artırır;
-İnsanın əhval-ruhiyyəsini yaxşılaşdırır;
-Yaddaşı gücləndirir;
-Dərini qoruyur, qidalandırır;
-Qocalmanı ləngidir;
Hər şeyin çoxu zərər olduğu üçün zəfərandan da qədərində istifadə etmək lazımdır. Ondan nə qədər və necə istifadə etməliyikə keçməzdən əvvəl bir az faydalarından danışım.
Zəfəran A, B6, C vitamini ilə zəngindir. Kalium, manqan, mis, maqnezium, kalsium və dəmir kimi önəmli minerallara həmçinin afrodizyak təsirə malikdir. Ondan müntəzəm istifadə etmək
o Aybaşı öncəsi meydana çıxan simptomları azaldır;
o Sinir sisteminin işini nizamlayır;
o İltihab əleyhinə çıxış edir;
o Beyinin sağlamlığı üçün çox faydalıdır;
o Dərinin sağlamlığını dəstəkləyir;
o Güclü antioksidant qaynağıdır;
Təbii ki, bu faydalı xüsusiyyətlər tam olaraq orqanik şəkildə yetişdirilən, təbii və keyfiyyətli zəfərana aiddir. Bəs biz keyfiyyətli zəfəranı haradan əldə edə bilərik? İndi sizə həmin zəfəanı göstərəcəm.
Zəfəran dünyanın bir sıra ölkələrində - İspaniyada, İtaliyada, İranda, Əfqanıstanda, Çində becərilsə də, keyfiyyətinə görə Abşeron zəfəranının tayı - bərabəri yoxdur! Maraqlıdır, Absheron Zəfəranına yüksək keyfiyyət verən nədir? Zəfəranın rənginin tünd olması onun keyfiyyətinin əsas göstəricidir. Abşeron zəfəranına bu keyfiyyəti verən Abşeronun mülayim qışı, günəşli yayı və münbit yodlu torpağıdır. Bəli, Abşeron zəfəranının yetişdirildiyi torpaqlar yodla zəngin olduğu üçün bu bitkini daha da keyfiyyətli edir.
2016-cı ildə yaradılmış “Absheron Saffron” Azərbaycanın ilk patentləşmiş zəfəran məhsulları istehsal edən şirkətdir. Şirkət Abşeron yarımadasının Zirə qəsəbəsində, 20 hektar sahədəki münbit torpaqda, orqanik gübrələrlə zəfəran yetişdirir. “Absheron Saffron” zəfəranı tamamilə bio orqanik məhsuldur, tərkibində heç bir kimyəvi qatqı yoxdur. İsveçrə Laboratoriyasından əldə edilən nəticələr də bunu təsdiq edib. “Absheron Saffron” hazırda dünyanın ən yüksək keyfiyyətli zəfəran yetişdiricilərindən biridir. Məhsulları nəinki yerli bazar, dünyanın bir sıra ölkələrinə həm xam məhsul, həm də hazır məhsul olaraq export olunur.
Zəfərana heyranedici rəngi verən piqmentlər - krosin və krosetindir. Bu piqmentlər antioksidant qrupuna daxildirlər. Zəfəran bu xüsusiyyətləri sayəsində xərçəng əleyhinə çıxış edə bilir. Hüceyrələri oksidativ stressdən qoruyur, sərbəst radikalları məhv edir. Bu maddələr həmçinin immuniteti gücləndirir. İltihabı önləyərək orqanizmin xəstəliklərlə savaşma gücünü artırır.
Alzeymerin müalicəsi yoxdur bunu bilirik. Lakin zəfərandakı krosetin və krosin maddələri öyrənməyi asanlaşdırır, yaddaşı gücləndirir. Məhz buna görə, mütəxəssislər deyir: “Zəfəran alzeymerin əmələ gəlməsinə, mövcuddursa, irəliləməsinə mane olur”. Alzeymerlə mübarizə məqsədilə müalicə başlayıbsa, dərmanların müsbət təsirini dəstəkləmək üçün paralel olaraq rasiona zəfəran daxil edilməsi yaxşı olar.
Zəfəranın bir adı da “gün işığı ədviyyatı”dır. Bitkinin bu adı qazanmasının səbəbi onun insanın əhval-ruhiyyəsinə günəş kimi təsir etməsidir. Yüngül və orta dərəcəli depressiyanın müalicəsi zamanı antidepressantlarla birgə zəfəran qəbulu da faydalıdır. 18 yaşdan yuxarı insanların daxil edildiyi bir araşdırmada məlum olub ki, major depressiv ruh halına sahib insanlar zəfəran qəbul etdikdə, nisbətən yaxşılaşırlar. Digər bir elmi tədqiqat zəfəranın antidepressant dərmanlar qədər təsirli olduğunu aşkara çıxarıb.
Zəfəran diabet xəstələrinə faydalıdır. Əsas birləşmələrindən biri olan krosin sayəsində insulin müqavimətini yaxşılaşdırır. II tip diabet xəstələrində qan şəkərini aşağı salır. Diabetli insanlar üzərində aparılan araşdırmada məlum olub ki, krosin qlisemik indeksləri nizamlayır, iltihab yaradan faktorların fəaliyyətinə mane olur.
#saffron #absheronsaffron #bitkiseltedavi