Bəxtiyar Vahabzadə - Qəm, şadlıq Kədər düşüncədir, qəm düşüncədir. Qəmin pəncəsində düşünürük biz. Fikirlər fikirdə qönçə-qönçədir, Məchula bir yoldur hər düşüncəmiz. Toplayıb bir yerə qəm fikirləri, Qəmdə yetişirik, kök atırıq biz. Dünyanın sirridir bir qəlbin sirri, Sirrin tilsimilə yaradırıq biz. Qəm fikrin açarı, ağlın ustadı, İdrak qəm daşına dəydi parladı. Çəkdiyi əzabdan qəm dərən ağıl, İlləri yaşayır bircə anda da. Qəmin damcısında közərən ağıl, Közərməz şadlığın ümmanında da. Dərdim olmasaydı, dərd tutmaq üçün Dərdin dəryasına tilov atardım. Sevinci qaşıyıb Vallah mən hər gün Sevincdən özümə dərd yaradardım. Əgər olmasaydı dəryaca dərdim, Dərdin yoxluğunu mən dərd edərdim. Nədir ürəkdəki bu gizli sancı, Bu yerdə dərk etdim sən nəsən Allah. Əgər olmasaydı qəmin qazancı, Şadlıq nə xərclərdi, görəsən, Allah?!
Ey könül dünyadan nə küs, nə inci,
Sevincdə qəmi gör, qəmdə sevinci.
Bəxtiyar Vahabzadə.
Bəxtiyar Vahabzadə - Qəm, şadlıq
Kədər düşüncədir, qəm düşüncədir.
Qəmin pəncəsində düşünürük biz.
Fikirlər fikirdə qönçə-qönçədir,
Məchula bir yoldur hər düşüncəmiz.
Toplayıb bir yerə qəm fikirləri,
Qəmdə yetişirik, kök atırıq biz.
Dünyanın sirridir bir qəlbin sirri,
Sirrin tilsimilə yaradırıq biz.
Qəm fikrin açarı, ağlın ustadı,
İdrak qəm daşına dəydi parladı.
Çəkdiyi əzabdan qəm dərən ağıl,
İlləri yaşayır bircə anda da.
Qəmin damcısında közərən ağıl,
Közərməz şadlığın ümmanında da.
Dərdim olmasaydı, dərd tutmaq üçün
Dərdin dəryasına tilov atardım.
Sevinci qaşıyıb Vallah mən hər gün
Sevincdən özümə dərd yaradardım.
Əgər olmasaydı dəryaca dərdim,
Dərdin yoxluğunu mən dərd edərdim.
Nədir ürəkdəki bu gizli sancı,
Bu yerdə dərk etdim sən nəsən Allah.
Əgər olmasaydı qəmin qazancı,
Şadlıq nə xərclərdi, görəsən, Allah?!
Tayi. beraberi. olmayan. ulu. dahi. sair. Allah. sene. qeni. qeni. retmet. elesin. qebrin. nurla. dolsun.
Allah rehmet elesin cemi ölenlere.Qebrin nurla dolsun inshallah.Video cekeni Allah saxlasin inshallah.
Dərd insana insan olmağı, anlamağı, qınamamağı öyrədir.
Ruhun şad olsun ey böyük insan❤
Allah rəhmət eləsın şairimizə!
AMIN !!!
Allah seni rehmet etsin şair
Sozlerdeki derinliye bax sen. 21.11.2024
sənin var oluşun millətə bir hədiyyə idi...🥺🥀🫀
Allah Rəhmət Eləsin
😂
Heqiqeten weytanda bele agil sahibleriçün fayda var. Pis və yaxwi mütleq olmalidiki imtahan getsin Rebbimin.