Sinif yoldaslarım Firuz Ələmdaroğlu(Göyçəsiz)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • NS Telecom kanalını İzlədiyiniz üçün təşəkkürlər , Abunə olmağı unutmayın:
    Dəyərli İzləyicilər 👍 Bəyənin || 💬 Rəy yazın || 🔄 Paylaşın || 🔔 Abunə olaraq Dəstək olun ... TƏŞƏKKÜRLƏR
    Kanalın müəllif hüquqları qorunur.
    -----
    © NS Telecom 2022

Комментарии • 54

  • @NSTelecom1
    @NSTelecom1  Год назад +12

    NS Telecom kanalını İzlədiyiniz üçün təşəkkürlər , Abunə olmağı unutmayın:
    Dəyərli İzləyicilər 👍 Bəyənin || 💬 Rəy yazın || 🔄 Paylaşın || 🔔 Abunə olaraq Dəstək olun ... TƏŞƏKKÜRLƏR

  • @narimanhasanli1668
    @narimanhasanli1668 Год назад +5

    Firuz qardaşım sənə yalniz və yalniz alqışlar.
    Eltun qardaşım var ol səni.

  • @zamiqthmzli9435
    @zamiqthmzli9435 Год назад +19

    40 ilin həsrətiylə yazılmış çox gözəl şeir.Ürəyinizə sağlıq!

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +20

    FİRUZ QARDAŞIMADA TƏŞƏKKÜRLƏR.MƏNİN SİNİF YOLDAŞIM. MƏNİM PARTA YOLDAŞIM.

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +5

    Salam mənim əziz qardaşım Sahib bir neçə dəqiqələr sonra sənin ad günündü mən bir sinif yoldaşın bir qurup yoldaşın olaraq bu gözəl günündə səni səmimi qəlbdən təbrik eliyirəm sənə birinci ən gözəl dəyərli can sağlığı arzu edirəm Allah səni ailənin başından əksik etməsin balalarının barını nəvələrinin toyunu görəsən bu gün sənin sənin ünvanına çox gözəl sözlər ünvanlamaq olar nə qədər gözəl sözlər desək azdı qardaş səni təbrik eliyirəm 💯yaşa
    Hörmətlə: Rəna

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +6

    Əziz və hörmətli sinif yoldaşım Sahib!
    23 . 05 .2023 -cü il. Bu tarixdə sənin doğum gününü qeyd edirik!
    Biz ,sinif yoldaşları olaraq öz aramızda səni Qızıləl adlandırmışıq! Doğrudan da sənin əlin xarüqələr yaradır! Düzəltdiyin mebel dəstləri, stol-stul dəstləri, asılqanlar, mücrülər evlərin bəzəyinə çevrilib! Sən doğrudan da əməksevər insansan! Həm də, gözəl ailə başçısısan! Sənə həyatın bu kəşməkeşli yolunda yoldaşlıq edən, həmişə dayağın olan, həyat yoldaşın Kifayət bacıyla birlikdə uzun ömür, can sağlığı arzulayıram! Həmişə üzün gülsün!
    Sən etibarlı qardaş, sadiq dostsan! Arzum budur ki, həmişə bizimlə olasan! Biz səni çox istəyirik! Ad günün mübarək! Hörmətlə: Maqsud!23.05.23

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +8

    Bu dünyaya gəldim sizi görməyə,
    Sinif, sinif gəzib, salam verməyə,
    Yüz il sizlə sağlam ömür sürməyə,
    Arzuların tər çiçəkdi, a Rəna,
    Doğum günün mübarəkdi, a Rəna!
    Qocalırıq istəməsək biz belə,
    Bağ-baxçamız könül vermir bülbülə,
    Sən cavan qal, yüz il yaşa get hələ,
    Nəvə üçün, toy gərəkdi, a Rəna,
    Doğum günün mübarəkdi, a Rəna!
    Göyçəsizin yoxdu başqa əlacı,
    Sağ ol mənə şeir yazdın, a bacı,
    Xoşbəxtliyi verdim sənə baş tacı,
    Yazan əl yox, saf ürəkdi, a Rəna,
    Doğum günün mübarəkdi, a Rəna!
    Firuz Göyçəsiz.

  • @userhome1947
    @userhome1947 Год назад +21

    YERAZ'lara eşq olsun!

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +18

    Firuz qardaş inşAllah Göyçəmiz geri qayıdar. Ləqəbin Firuz Göyçəli olar.

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +17

    Bu şerin belə bir formatda ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdalığımı bildirirəm! Firuz bu şeriylə özünə təkcə bir sinifdə oxumuş sinif yoldaşlarını deyil, mənim fikrimcə bu yoldan keçmiş bütün məktəliləri özünə sinif yoldaşı etdi! Təşəkkürlər, mənim əziz və hörmətli sinif yaldaşım! Təbrik edirəm! Həmişə təbin gəlsin!

  • @firuzclilov6018
    @firuzclilov6018 Год назад +16

    Nəvai balamıza sonsuz təşəkürlərimi bildirirəm!

  • @sarahasanova9149
    @sarahasanova9149 Год назад +19

    Ay allah razi olsun, eziyyet çekenler. Çox gözel alinib🙏🙏🙏

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +5

    Əziz və hörmətli qardaşım İlqar! Bu gün sənin doğum günündür! Bu gün münasibətilə səni səmimi qəlbdən təbrik edir, sənə uzun ömür, can sağlığı, ailə səadəti arzulayıram! Həmişə üzün gülsün, qardaş! Ailənlə, sevdiklərinlə xoşbəxt bir həyat yaşamanı arzulayıram!
    Hörmətlə: Maqsud!

  • @ofeliyasalmanova4466
    @ofeliyasalmanova4466 Год назад +7

    Çoxx sağol Firuz qardaşım əllərinə ürəyinə sağlıq var olasan!👍

    • @firuzclilov6018
      @firuzclilov6018 Год назад +2

      Təşəkkür edirəm, var olasan, əziz sinif yoldsşım Ofelya

    • @ofeliyasalmanova4466
      @ofeliyasalmanova4466 Год назад +1

      @@firuzclilov6018 Allah səni qorusun! 🤲 Amin ! Yazar əlin var olsun, mənim dəyərli qardaşım....

  • @abdirimovumarboy133
    @abdirimovumarboy133 Год назад +10

    Рахмат сиза бир он мактаб вақтина қайтдим Синфдошим ёдга алдим бир бир соғ бўлинг азизлар

    • @firuzclilov6018
      @firuzclilov6018 Год назад +1

      Təşəkkür edirəm var olasan , ay mənim parta yoldaşım!

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +5

    Əziz sinif yoldaşlarım sizlərin belə aktiv, fəal olması məni çox sevindirir, fərəhləndirir.
    Mən sizlərin əhatəsində özümü çox xoşbəxt hiss edirəm. Nə yaxşı ki, varsız.
    Əlbəttə bu gün ciyərparəmizin, o cümlədən Sahib qardaşımızın mövlud günüdür.
    Mən Bıdı əmimoğlunu səmimi qəlbdən təbrik edirəm, uzun ömür, can sağlığı arzulayıram. Arzu edirəm hər zaman doğmalarının, əzizlərinin əhatəsində sağlam yaşasın.
    B I D I səni bağrıma basıram, öpürəm.
    Sadəcə Nəriman!

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +6

    Əziz və hörmətli Rəna bacım! Səni doğum günün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sənə həyatda uzun ömür, can sağlığı arzu edirəm. Nəvələrinlə, balalarınla, həyat yoldaşın Qəhrəmanla xoşbəxt həyat arzu edirəm. Mənim uşaqlıq dostum, qonşum, sinif yoldaşım,qurup yoldaşım və şairə baçım, sənə sağlam həyat arzu edirəm.Sevinc başının tacı, kədər isə ayağının tozu olsun!🤲♥️🕋🎂🌹😘💯💯yaşa🤲🎂
    Hörmətlə:Sinif yoldaşın Rübabə.

  • @mezahimallahverdiyev829
    @mezahimallahverdiyev829 Год назад +16

    Xatırladıcı günlər.👍👍👍👍👍

  • @omervahabov7029
    @omervahabov7029 Год назад +7

    Eşq olsun.Sinif yoldaşı belə olar.👍🙏

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +19

    NS TELEKOM TƏŞƏKKÜRLƏR.

  • @alimqasimov780
    @alimqasimov780 Год назад +11

    İnsanın ömründə yaddan çıxmayan anlar👍👍👍👍

  • @natavanibrahimova498
    @natavanibrahimova498 Год назад +7

    Çox təsirləndim uşaqlıq illərim o gözəl günlər yadıma düşdü Allah canınıza sağlıq versin

  • @user-mc3qg7pm4z
    @user-mc3qg7pm4z 7 месяцев назад +5

    Duyğusal şairimiz

  • @xarbulbul1210
    @xarbulbul1210 Год назад +8

    Çox duyğulandırıcı şeirdir

  • @user-mz6ej2gb9f
    @user-mz6ej2gb9f Год назад +14

    Sagol Xalaoglu

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +6

    Salam ay Rəna bu gün sənin ad günündü səni ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sənə həyatda uzun ömür can sağlığı arzu edirəm! 💯yaşayasan 🤲♥️💋 🍾🥂🎂👏👏👏yeni yaşın düşərli olsun! Arzum odur ki, bunnan gözəl ad gunləri keçirəsən mənim əzəl və axir dostum,qonşum,sinif yoldaşım,ən nəhayət qrup yoldaşım səni öpürəm ♥️💋 🌹🌹🌹ad günün mübarək!!!
    Hörmətlə: Sinif yoldaşın Ofelya.

  • @narimanhasanli1668
    @narimanhasanli1668 Год назад +5

    Nəvai qaqam sənə də eşq olsun

  • @redmiredmitel9756
    @redmiredmitel9756 Год назад +10

    Chox go'zal yozilmish, Allohim ROZI bo'lsin sizdan

  • @esmiraalekberova7050
    @esmiraalekberova7050 7 месяцев назад +5

    Cox gozel Allah sizleri qorusun

  • @narimanhasanli1668
    @narimanhasanli1668 Год назад +15

    Çox gözəldir. Firuz qardaş qələmin iti olsun. Eltunu və Nəvaini də alqışlayıram.
    Var olasız.

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +5

    Əziz və hörmətli sinif yoldaşım Sahib. Səni doğum günün münasibəti ilə səmim qəldən təbrik edirəm. Sənə həyatda uzun ömür, can sağlığı arzu edirəm.Balalarının barını görəsən. Kifayət bacı başda olmaqla sənin ailənə xoşbəxtlik,firavanlıq arzu edirəm. Mənim qızıləl qardaşım sən bizim qurupun gülüş ustasısan, açıq qəlblisisən, xoş xasiyyətli bir insanısan. Allah heç vaxt üzünüzdən təbəssümü əskik etməsin🤲Sevinc başınızın tacı kədər isə ayağınızın tozu olsun.🤲♥️Bir daha doğum günün mübarək olsun.💯💯💯yaşa sağlam can ilə🤲
    Hörmətlə:
    Sinif yoldaşın Rübabə.

  • @ofeliyasalmanova4466
    @ofeliyasalmanova4466 Год назад +10

    Salam ! Bütün sinif yoldaşlarımı salamlayıram , və hamınıza uzun ömür can sağlığı arzulayıram ! Rübabə sənə və ,bu işin təşkilatçilarina öz minnətdarlığımı bildirirəm ....yaşımız 60 a getsə də yenidən o, illərə qaytardiniz məktəb illəri !!!

  • @humbetkazimov4629
    @humbetkazimov4629 Год назад +10

    Halal olsun yaradıcı heyətə.👍

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +19

    Əziz sinif yoldaşlarım xoş gördüm sizi.2-ci layk məndən.NS TELEKOM.SAĞ OL VAR OL.😘

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +7

    Feruz qardaşıma ürəkdən çox sağ ol deyirəm! Bizim deyəcəyimiz, arzulayacağımız hər bir sözü və arzunu nəzmə çəkərək poetik dildə deyib! Təşəkkürlər! Qardaşım!
    Rübabə, əziz bacım!
    Bu gün sənin doğum günün, ad günündür!
    Mən də öz növbəmdə sizə qucaqlar dolusu salamlarımı göndərirəm! Əziz bacım! Artıq yaş üstünə bir yaş da gəldi! Hər yaşın öz gözəlliyi, öz qayğıları var! Sənə üzun ömür, can sağlığı, ailə səadəti, xoşbəxtliyi arzulayıram! Arzum budur ki, ailənin əhatəsində sağlam , gümrah bir ömür yaşayasan! Sevinc, təbəssüm üzündən əskik olmasın! Həyatda nə arzun var ona çatasan! Ailəmiz adından bir daha təbrik edirəm! Əziz və hörmətli sinif yoldaşım!
    Hörmətlə: Maqsud!

  • @firuzclilov6018
    @firuzclilov6018 Год назад +8

    NS Telekom, təşəkkürlər.

    • @NSTelecom1
      @NSTelecom1  Год назад +3

      Borcumuzdur.Siz de sağolun öz şerin ilə TÜRK dünyasına mənəvi dəstək olursuz.

    • @xarbulbul1210
      @xarbulbul1210 Год назад +3

      Eşq olsun Firuz bəy çox gözəl şeirdir

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +5

    SİNİF YOLDAŞIM SƏHƏTİN AD GÜNÜNƏ!
    Məktəbdən ayrıldıq, o vaxtan bəri,
    Dolandıq dünyanı, qırx il sərsəri.
    Dönsə də tarixə gənclik illəri,
    Qovuşduq səninlə bu gün nəhayət,
    Ad günün mübarək, qardaşım Səhət!
    Əllərin qızıldan, ürəyin ləldən,
    Söhbətin zövq verir, şirinsən dildən,
    Bir dəstə bağlayıb çiçəkdən, güldən,
    Edirəm ərmağan göstərib ülfət!
    Deyirəm, ad günün mübarək, Səhət!
    Həmişə danış-gül xoşbəxt ol, qardaş,
    Gücünü itirmə sağlam qal, qardaş,
    Arada Firuzu yada sal, qardaş,
    Olmasın evindən nəvələr qəhət,
    Ad günün mübarək qardaşım, Səhət!
    Firuz Ələmdaroğlu (Göyçəsiz)

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +9

    Günlər vardı sevgi dolu ürəklərlə,
    Kəndimizdə dolanardıq Firuz qağa,
    Günlər vardı həsrət dolu ürəklərlə
    Sevgimizə boylanardıq Firuz qağa.
    Bu dövranın gərdişindən ayrı düşdük,
    Zərbə aldıq param-parça yaralandıq,
    Göyçəmizdə bir kənddəcə böyümüşdük,
    Lənət olsun aralandıq Firuz qağa.
    Qoymadılar yaşamağa elimizdə,
    Ocağımız söndürüldü evimizdə,
    Başqa imkan qalmadı ki, əlimizdə,
    Yenidən biz birləşəydik Firuz qağa.
    Nərimanam gəzəmmirəm bu dünyada,
    Qəlbimdəki bu naləyə, bu fəryada,
    Dözə bilməz, insan oğlu tapar qada,
    Ayrılıq çox çətin imiş Firuz qağa.
    N Ə R İ M A N
    G Ö Y Ç Ə L İ.

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +5

    Ad Günüdür bu gün görən nə edək?
    Nə edək demiyək, yığılın gedək.
    Bir dəstə gül-çiçək dağlardan yığıb,
    Ürəkdən Səhhəti bir təbrik edək.
    Qağa, arzuların sənin çin olsun,
    Bütün gözəlliklər səninçün olsun,
    Sinif yoldaşların sevirlər səni,
    Ömrünün günləri gözəl gün olsun,
    Çiçəklər gül açır bahar gələndə,
    Nəriman şadlanır gözəl günündə,
    Doğmaların, əzizlərinlə birgə,
    Dostların sevinci gözlər önündə,
    Nəriman

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +9

    Həqiqətdir, həm gerçək,
    Bu qrupu mən görcək,
    İnanın ki, sevindim,
    Ətir, gülsüz, tər çiçək.
    Siz Bacı-qardaşlarım,
    Siz Sinif Yoldaşlarım.
    Göyçəmizin ruhunu,
    Oxşadınız çoxunu,
    Qəlbimizə səpdiniz,
    Sinifdəki qoxunu.
    Siz Bacı-qardaşlarım,
    Siz Sinif Yoldaşlarım.
    Allah Sizi var etsin,
    Gözəl ömrə yar etsin,
    Yeni nəfəs verdiniz,
    Tanrım bəxtiyar etsin.
    Siz Bacı-qardaşlarım,
    Siz Sinif Yoldaşlarım.
    Nərimanın həvəsi,
    Gələcəkdir çox səsi,
    Xoş əhvalla salamlar,
    Qrupdakı hər kəsi.
    Siz Bacı-qardaşlarım,
    Siz Sinif Yoldaşlarım.
    Nəriman Göyçəli.
    17-12-22

  • @cmilsuleymanova7023
    @cmilsuleymanova7023 Год назад +10

    Çox çox teşekkür edirem bu cür gözel sözler üçün .Var olasız həmişə yazıb yaradasız.Qələminiz həmişə yazar olsun🙏👏👏👏

  • @maqsudibrahimov5492
    @maqsudibrahimov5492 Год назад +5

    Hörmətli sinif yoldaşım Rəna!
    Bu gün sənin doğum günündür! Səni bu gün münasibətilə səmimi qəlbdən təbrik edirəm! Həyat kəşmə- keşlidir! Bu enişli- yoxuşlu, keşmə- keşli həyat yollarında sənə möhkəm iradə, dözüm arzulayıram! Ailənlə birlikdə, sevdiklərinin əhatəsində xoşbəxt bir həyat arzu edirəm!
    Mən bu yazımı dünən axşam yazacağım halda bu gün,7 iyun səhər saat 06:05- də yazıram! Bax həyat bizim iradəmizdən asılı deyil! Ona görədə hələki fürsət var, bizə ayrılmış bu qısa zamanın qədrini bilmək lazımdır!
    Sinif yoldaşımız Qəhrəmanla birlikdə hər ikinizə bolluca can sağlığı arzulayıram! Uşaqlarınızla, nəvəli- nəticəli xoşbəxt bir həyat arzulayıram!
    Hörmətlə:Maqsud.

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +6

    Sinif yoldaşların hər biri sağlam,
    Evimizin dalı uzanan yoldan,
    Bəli kəndimizdən bax həmin ordan,
    Qucaq dolu Təbrik gətirmişik biz.
    Sinif yoldaşların Allahın qulu,
    Evinizin böyrü, o cığır yolu,
    Biləsən bizlərlə olubdur dolu,
    Bir qardaş təbriki gətirmişik biz.
    Sinif yoldaşların nisgilli kölə,
    Göyçəmizdən bizə şad xəbər söylə,
    Ay Rəna, ay bacı çıxginən çölə,
    Bir bacı təbriki gətirmişik biz.
    Sinif yoldaşların ürəkləri qan,
    Çırpınar Göyçəylə, eyləyər fəqan,
    "Ad Günün Mübarək"-deyər Nəriman,
    Bir Şair təbriki gətirmişik biz.
    N Ə R İ M A N
    G Ö Y Ç Ə L İ.
    06-06-2023.

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +9

    Nə yaxşı ki bu dünyaya gelmisen
    Qardaş,doğum günün mübarək olsun
    Üreyinde tutduğun bütün arzular
    Bu yaşında sənin qismətin olsun
    Qardaş, ad günün mübarək olsun
    *********
    Hele danışma qocalığından
    Her kes eşidə xoş sorağından
    Bülbül xeber versin şa'ir bağından
    Gözəl arzular sene yar olsun
    Qardaş, ad günün mübarək olsun
    **********
    Demə yaşlanıram hele cavansan
    Ayları - illəri yola salasan
    Nəvə toylarından şe'ir yazasan
    En gözəl səadət baştacın olsun
    Qardaş, ad gün mübarək olsun
    ********
    Neveler böyüdüb barını yeyesen
    Arzum budur daim deyib - güləsən
    Məndə təbrik edirəm bunu bilesen
    Bu kiçik kəlmələr hədiyyəm olsun
    Qardaş, ad günün mübarək olsun
    **********
    Rə'na deyir Feruz qardaşım
    Həmdə əziz sinif yoldaşım
    Uğurlu olsun bu yeni yaşın
    Can sağlığı qismətin olsun
    Qardaş,ad günün mübarək olsun

  • @AR-cq1mg
    @AR-cq1mg Год назад +6

    Salam İlqar qardaşım, əmioğlu. Səni doğum günün münasibəti ilə səmim qəlbdən təbrik edirəm. Sənə həyatda uzun ömür can sağlığı arzu edirəm. Elmira bacı ilə xoşbəxtlik arzu edirəm. 💯💯yaşayasınız sağlam can ilə.🤲🎂Sevinc başınızın tacı kədər isə ayağınızın tozu olsun!🤲Oğul toyu görəsən. Nəvə nəticə sahibi olasan əmioğlu. Bir daha doğum günün mübarək olsun!🎂
    Hörmətlə: Sinif yoldaşın Rübabə.

    • @AR-cq1mg
      @AR-cq1mg Год назад +2

      Salam, axşamınız xeyir olsun, mənim əziz və hörmətli bacım,əmim qızı Rübabə. Çox sağ ol gözəl bacım,təbriklərinə görə, Allah səndən razı olsun, Allah sizləri gorusun,qənədinin altında saxlasın. ❤️ Ürəksən!!!
      Hörmətlə: Sinif yoldaşın İlqar.