Japarovun oğlu elə bir şey edir ki... | Qırğızıstan Prezidenti hər şeyi özü açıqladı

Поделиться
HTML-код
  • Опубликовано: 2 окт 2024
  • Japarovun oğlu elə bir şey edir ki... | Qırğızıstan Prezidenti hər şeyi özü açıqladı
    Qırğızıstan Prezidenti Sadır Japarovun oğlu Rüstəm Japarov İssık-Kulda Orta Asiyanın ən böyük qolf meydançasını tikir.
    Sadır Japarov bu barədə belə deyib: “Rüstəm investisiyaların cəlb edilməsi ilə məşğuldur. O, İssık-Kulda qolf meydançası tikir. Allah qoysa, gələn il açacağıq. Bu, Orta Asiyada ən böyük qolf meydançası olacaq”.
    Sadır Japarov övladlarının və qohumlarının dövlət işlərinə qarışmağı tövsiyə etmədiyini deyib.
    “Mən həmişə onlara deyirəm ki, hökumətlə iş görməsinlər. Keçmişdən dərs almalıyıq. Əvvəllər səlahiyyəti olan məmurların əksəriyyəti Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Xidməti, Sərhəd Xidməti və digər dövlət müəssisələri ilə məşğul olurdu. İndi bunlara son qoyulub. Ona görə də hazırda nazirliklərdə inkişaf gedir”, - Prezident deyib.
    Onun sözlərinə görə, ötən il Rüstəm Japarov respublikanın hər bir kəndində işıqlandırılan futbol meydançalarının tikintisinə də başlayıb.
    O qeyd edib ki, MTN rəhbəri Kamçıbek Taşiyevin oğlu Tay-Muras Taşiyev ehtiyacı olanlar üçün ev tikir. Məsələn, bu yaxınlarda sel nəticəsində evini itirənlər üçün evlər inşa edib.
    “Prezidentlərin övladları nə vaxt xalqa kömək ediblər? Əksinə, əllərini uzadıb “ver, ver” deyiblər, düz demirəm? Əsas odur ki, onlar dövlətə ziyan vurmasınlar. Mən həmişə hamıya deyirəm ki, investorlarla işləyin, onları ölkəyə cəlb edin. Qazancınızı xaricə aparmayın. Əksinə, ölkəyə gətirin. O zaman həm Allah qarşısında, həm də qırğız xalqı qarşısında saf şərəfiniz olacaq”, - Sadır Japarov vurğulayıb.
    Xatırladaq ki, 2023-cü ilin avqustunda jurnalistlər “SK Development” şirkətinin İssık-Kulda 68 hektar ərazidə beşulduzlu otel, villalar, kotteclər və qolf klubunun yerləşəcəyi çoxfunksiyalı kompleks inşa edildiyini öyrənmişdilər.
    Rəsmi olaraq şirkət Rüstəm Japarovun dostu Eldos Usenbekova məxsusdur. Daha sonra Prezident Sadır Japarov təsdiq edib ki, oğlu İssık-Kul sahillərində irimiqyaslı idman kompleksinin tikintisinə nəzarət edir.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Japarovun oğlu elə bir şey edir ki... | Qırğızıstan Prezidenti hər şeyi özü açıqladı
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #qırğızıstan #japarov #qırğızıstanprezidenti #sadırjaparov #qolfmeydançası #fhn #nazir #rüstəmjaparov #mtn #xeyriyyə #bakutvreels

Комментарии • 2