Taksi bahalaşdı, marşrutların intervalı isə 40 dəqiqə oldu…

Поделиться
HTML-код
  • Опубликовано: 20 июн 2024
  • İyulun 1-dən taksilərlə bağlı yeni tələblərin qüvvəyə minəcəyi ilə bağlı artıq taksi şirkətləri indidən tədbirlər görməyə başlayıblar. Buna görə də təklif kəskin azalıb, tələb isə artıb. Bu, həm qiymətləri qaldırıb, eyni zamanda, taksilər də qəhətə çıxıb - sifariş verənlər uzun müddət gözləməyə məcbur olur.
    Axar.az xəbər verir ki, taksilərlə bağlı bu problem ictimai nəqliyyata axını artırsa da, burada da problem özünü göstərir. Belə ki, bəzi marşrut avtobuslarının intervalı 30-40 dəqiqəyə qalxır və səhər saatlarında ciddi narahatlıq yaranır. Xüsusən işə tələsənlər üçün bu, əhəmiyyətli problemə çevrilir.
    Hazırda yay aylarıdır, ali və orta məktəblərdə tədris dayanıb, həmçinin məzuniyyət dövrüdür, işçilərin də sayı azalıb. Bu vəziyyətin məktəblər açılanda və insanlar məzuniyyətdən qayıdanda hansı sıxlığa və gərginliyə səbəb olacağını təsəvvür etmək çətin deyil.
    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında bildirib ki, narazılıq edilən 3, 33 və digər marşrut avtobuslarının bu qədər gecikməsinin səbəbi günün pik saatlarında, yəni səhər və axşam avtobusun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığıdır:
    “Sıxlıq avtobusların hərəkətinə maneə yaradaraq intervalların artmasına səbəb olur. Məsələn, 3 nömrəli müntəzəm marşrutda sərnişin tələbatına uyğun olaraq 22 avtobus 5-6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Paytaxtın bəzi küçələrində aparılan təmir işləri və nəqliyyat vasitələrinin hərəkətinin həmin küçələrdə məhdudlaşdırılması səbəbindən 3 nömrəli avtobusun da cədvəl üzrə nizamlı fəaliyyətində pozuntular, hərəkət intervalında gecikmələr müşahidə edilir”.
    Maraqlıdır, yayda, nəqliyyata daha az ehtiyac duyulan zaman sıxlıq səbəbindən gecikən marşrutlar payızda hansı intervalla işləyə biləcəklər?
    #avtobus #taxi #xəbərlər
    Əlavə açar sözlər:
    xeber,xeberler,xeber24,kanal, avtobus, avtobus xetleri, masurt,masurut, masurut xetleri ,3 nömrəli avtobus ,marsurt, marşurt,marsurt xetleri, marşurt xəttləri, taksi, taksi sirketleri, taksi şirkətləri, taksilerle bagli qerar, taksilerle bagli qerar 2024

Комментарии • 8

  • @allahverdigurbanov3895
    @allahverdigurbanov3895 22 дня назад +3

    allah bu xalqin eziyyet cekmesini isteyen memur ve deputatlarin allah evini dagitsin

  • @Yaserquluyev31293
    @Yaserquluyev31293 22 дня назад +1

    Ne taksi tapmaq olur nede duz emelli avtobus salamati ya masin al at ayaginin altina yadaki metro

  • @TheEmil807
    @TheEmil807 22 дня назад +1

    Taksi tapmaq olmur indi

  • @user-zi5uw9be8d
    @user-zi5uw9be8d 17 дней назад

    211 saylı marşrutda dediş haqqı niyə 45 qəpikdir.

  • @rabalali1480
    @rabalali1480 21 день назад

    3 nömrəli marşrut ümumiyyətlə biabırçılıqdır,oksford məktəbinə görə bizim uşaqlar əziyyət çəkir,məktəbə zülümlə gedib gəlirlər,

  • @YorgunDemokrat236
    @YorgunDemokrat236 22 дня назад +1

    Hamısı BNA nın öz əlindədir. İstəsə avtobus sayın artırıb məsələni həll edə bilməz?

  • @mahammadsadigov1686
    @mahammadsadigov1686 20 дней назад

    Taksinin artmayan qiymətlərini , yüksək qiymətlər deyə-deyə,insanları narazı niyə salırsınız?
    Pik saatlarda hər zaman oldugu kimi artımlar olur.