Hipermetropiya, Miopiya və Astiqmatizm

Поделиться
HTML-код
  • Опубликовано: 6 дек 2021
  • Gözü optik mühit kimi təsəvvür eləsək, hər bir gözün özünəməxsus sındırma qüvvəsi vardır. Bu sındırma qüvvəsi elə hesablanır ki, gözümüzə düşən işıq şüaları torlu qişada toplansınlar. Bu zaman aydın görmək baş verir. Bəzən gözün ölçülərindən, bu sındırma qüvvəsinin artıq və yaxud da əksik olmasından asılı olaraq sındırma gözdə düzgün əks olunmur, düşən şüa isə torlu qişanın önündə və ya arxasında toplanır. Bu vaxt da gözdə refraktiv qüsurlar formalaşır.
    Klinikamızın Oftalmoloqu Dr. Gülxanım Məmmədova bu refraktiv qüsurlar və onların müalicəsi haqqında danışır.
    #ArtıqGüvəndəsiniz #Oftalmoloq #RefraktivQüsurlar #Hipermetropiya #Miopiya #Astiqmatizm #YaxınıZəifGörmə #UzağıZəifGörmə #BulanıqGörmə
    📞 Çağrı Mərkəzi: (012) 959
    📧 E-mail: info@guvenklinik.az
    🌐 Web: www.guvenklinik.az
    📍 Ünvan: AZ1108, Atatürk pr. 3078, Bakı.
  • НаукаНаука

Комментарии • 20

  • @kamalkerimov3735
    @kamalkerimov3735 14 дней назад

    Salam bu xesteliyi olan 20 faiz giren xesteni mualice etmey mūmkūndū ?

  • @fuadagali7223
    @fuadagali7223 Год назад

    Salam dr .oğluma 7 yaşinda murəkkəb hipermetropik astiqmatizm diqanozu qoylub zərife əliyeva adina xestexanada .qeyd edim ki uşaqda parathormon azliqida var .d vitamini qebul edir her gun hemişə.bu hipoparatiryoza görə ola biler göz zeyifliyi?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Astiqmatizm göz quruluşuna bağlı bir qüsurdur. Vitamin qəbulu astiqmatizm yaratmaz. Yəni sizin oğlunuzun gözündə olan problem anadangəlmədir.
      (Dr. Gülxanım Məmmədova, Oftalmoloq)

  • @sairhumbetismayilov
    @sairhumbetismayilov 2 месяца назад

    Salam. Mənə bu diaqnoz qoyulub.
    MÜRƏKKƏB HİPERMETROPİK ASTİQMATİZM REFRAKSİON AMBLİOPİYA
    "Astiümatizm" özündə hər 2 görmə pozuntusunu ehtiva etdiyi üçün ola bilər? Bu doğru diaqnozdur?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  2 месяца назад

      Salam. Hipermetropik Astiqmatizm refraksion amblopiyanın səbəbidir. Bəli, diaqnozunuz düzdür.
      (Dr Gülxanım Məmmədova, Oftalmoloq)

  • @ayanelmerdanova3261
    @ayanelmerdanova3261 Год назад +1

    Hipermetropiya ve astiqmatizm var və bununla yanaşı göz tənbəlliyi var.Göz tənbəlliyinə göre 8 ildir eynək taxıram.Göz tənbəlliyinin əməlliyatla düzəlməyəcəyinj bilirəm.Astiqmatizm və hipermetropiya əməliyyatla və ya digər üsulla müalicə oluna bilər?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Astiqmatizm və hipermetropiya Eximer-laser cərrahi əməliyyatı vasitəsilə aradan qaldırıla bilər. Eynəkdə nə qədər görürsünüzsə, əməliyyatdan sonra da o qədər görəcəksiniz. Əməliyyat üçün 18 yaş tamam olmalıdır.
      (Dr. Gülxanım Məmmədova, Oftalmoloq)

  • @Asan-Tedris.M.
    @Asan-Tedris.M. Год назад

    Salam doktor,7 yaşlı uşaqda -1,25 olarsa miopdu.eynək mütləq taxmalıdırmı?yoxsa müalicə kifayətdir

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад +1

      Salam. Bəli. Mənfi nömrəsi olan göz Miopdur. Sizin övladınızda ölçü hələ azdır, amma miopiya artan bir xəstəlikdir. Eynəyini uzağa baxanda taxsa yaxşı olar. Bir də gözünü yaxına yormasın, yəni telefona, planşetə çox baxmasın.
      Müalicəsini də etsə yaxşı olar.
      (Dr. Gülxanım Məmmədova, Oftalmoloq)

    • @Asan-Tedris.M.
      @Asan-Tedris.M. Год назад +1

      @@hb_guvenklinik təşəkkür edirəm.

  • @zhrahmdova6524
    @zhrahmdova6524 Год назад

    Salam,həkim,astiqmatizm olanda excimer əməliyyatı oluna bilər?Mən də astiqmatizm var excimer buyuruldu amma.

    • @zhrahmdova6524
      @zhrahmdova6524 Год назад

      Eynəyim daimidir,sizcə,eynək yoxsa linza məsləhətlidir?əməliyyata qədər(excimer)

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Bəli, astiqmatı olan insanlara Eximer-laser əməliyyatı olar.
      Linza daha yaxşı görmə verdiyi üçün daha məsləhətlidir.
      (Dr. Gülxanım Məmmədova, Oftalmoloq)

    • @zhrahmdova6524
      @zhrahmdova6524 Год назад +1

      @@hb_guvenklinik çox təşəkkür edirəm.

  • @tarlansafarov717
    @tarlansafarov717 Год назад

    Salam həkim mən gözümdə astiqmatizm var gözümün ölçüləri 12, 13dür,əməliyyat etmək olar

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Öncə buynuz qişanın qalınlığı ölçülməlidir, ondan alınan nəticəyə əsasən nəsə demək olar.
      (Dr. Gülxanım Məmmədova, Oftalmoloq)

    • @tarlansafarov717
      @tarlansafarov717 Год назад

      @@hb_guvenklinik müayinə olmaq uçun nə qədər ödəniş tələb olunur

  • @rksanibrahimxlilova9829
    @rksanibrahimxlilova9829 Год назад

    Salam həkim mənim qızım 10 ildir ki, eynək taxır indi isə eynəklə də görə bilmir, miopiyadı gözündə.

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Miopiya artan bir xəstəlikdir. Yəni uşağın yaşı artdıqca eynək ölçüləri dəyişir, sizin qızınızda da eynək ölçüləri dəyişilmiş ola bilər, müayinə olunması lazımdır, düzgün eynək ölçüsü ilə görə bilmirsə, bu halda göz dibi incələnməlidir.
      (Dr. Gülxanım Məmmədova, Oftalmoloq)

    • @almazkhalilova2362
      @almazkhalilova2362 Год назад

      əlagə telefoñu