Azərbaycan marşı - Azərbaycan Respublikasının rəsmi dövlət himni

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Manatla real pul qazanın MilliCoin
    Qeydiyyat linki: millicoin.az/1...
    1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.
    1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.
    Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.
    Mənbə: az.wikipedia.org/
    Sözləri: Əhməd Cavad
    Musiqisi: Üzeyir Hacıbəyli
    Azərbaycan! Azərbaycan!
    Ey qəhrəman övladın şanlı Vətəni!
    Səndən ötrü can verməyə cümlə hazırız!
    Səndən ötrü qan tökməyə cümlə qadiriz!
    Üçrəngli bayrağınla məsud yaşa!
    Üçrəngli bayrağınla məsud yaşa!
    Minlərlə can qurban oldu,
    Sinən hərbə meydan oldu!
    Hüququndan keçən əsgər,
    Hərə bir qəhrəman oldu!
    Sən olasan gülüstan,
    Sənə hər an can qurban!
    Sənə min bir məhəbbət
    Sinəmdə tutmuş məkan!
    Namusunu hifz etməyə,
    Bayrağını yüksəltməyə
    Cümlə gənclər müştaqdır!
    Şanlı Vətən! Şanlı Vətən!
    Azərbaycan! Azərbaycan!
    Azərbaycan! Azərbaycan!
    Background video author: • Video

Комментарии • 8

  • @azrbaycanmahnlarsozlrl9338
    @azrbaycanmahnlarsozlrl9338  3 года назад

    Manatla real pul qazanın MilliCoin
    Qeydiyyat linki: millicoin.az/1076831.referal

  • @FidanEbdulhesenova-vz7of
    @FidanEbdulhesenova-vz7of Год назад

    Azərbaycan o qədər gözəl ölkədir ki, hətta düşmənlərimiz də həsəddən. 10-cu uşaq olsam da, o qədər də balaca deyiləm ki, başa düşməyim ki, mənim başıma gələn ən yaxşı hadisə Azərbaycandır. Yaşasın Azərbaycan! Hooray! Yaşasın Azərbaycan! Hooray!! ❤️🇦🇿😭

  • @ilk.abbasova9930
    @ilk.abbasova9930 5 лет назад +4

    Eeeeeeelaa ugurlar

  • @esmaehmedova1959
    @esmaehmedova1959 2 года назад

    YAŞASIN AZƏRBAYCAN🌹👏