UNEC-də debat: Gələcək özümü gələcək?

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • UNEC yeni təşəbbüsə start verir.
    Bir müddət öncə yerli televiziyalara müsahibəsi zamanı Prezident İlham Əliyev ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə siyasətçilər, politoloqlar, elm adamları və ziyalıların qarşısına tapşırıq qoyaraq, ictimai müzakirələrin aparılmasının vacibliyini bildirib:
    “Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.
    Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar müzakirə etsinlər ki, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.
    UNEC-də ölkə başçısının tövsiyyəsinə uyğun olaraq, martın 14-də “Gələcək Özümü Gələcək?” mövzusunda ilk ictimai müzakirə keçirilib. Gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş ilk müzakirə “Gələcək əsr deyil, əsərdir!” başlığı ilə aparılıb.
    Müzakirədə UNEC-in rektoru ⁠Ədalət Muradov, filosof Səlahəddin Xəlil, millət vəkilləri Etibar Əliyev, Fazil Mustafa, Zahid Oruc, fizik ⁠Yalçın İslamzadə, UNEC-in prorektoru Fariz Əhmədov, yazar ⁠Qismət Rüstəmov, İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə, yazar Aqşin Yenisey, sosioloq İlyas Hüseynov, yazar Ramil Əhməd öz fikirlərini səsləndiriblər.

Комментарии • 38

  • @chimnazismayilova892
    @chimnazismayilova892 5 месяцев назад

    Çox dəyərli bir dəyirmi masa polemikası. Elşən müəllimin “
    makro analizi” bütün müzakirənin əsas yekunudur!Təşəkkürlər!Mövcud Azərbaycan reallıgını nəzərə alaraq “ Azərbaycan rifahı” ugrunda mütərəqqi ideyaları kütlələrə çatdırmaq və bu ideyaların gerçəkləşməsi ugrunda səfərbər olmaq bütün ziyalıların,medianın və aidiyyatlı qurumların 1:33:03 ümdə vəzifəsi olmalıdır.

  • @firudinagasoglu7885
    @firudinagasoglu7885 5 месяцев назад +2

    Maraqlı söhbət oldu, ancaq Səlahəddin bəy doğru deyir, mövzu konkret bir sahəyə aid olmalıdır. Təklif olunan mövzular: 1) Dilimiz, 2) Gədim tariximiz, 3) Kimlik, 4) təhsil və eilm ... Bu müzakirələrdə ancaq uzmanlar olmalıdır (mən də ola bilərəm), ancaq hügug, səhiyyə, su problemi, bazar igtisadiyatı, ekologiya və başqa sahələr.... Belə rektorlara ehtiyac var, uğurlu olsun, sayqılar.

  • @cabrayilqizilbas12
    @cabrayilqizilbas12 5 месяцев назад +3

    Gələcəyə ümidlərim artdı, təşəkkür

  • @eli_seyfullazade9999
    @eli_seyfullazade9999 5 месяцев назад +2

    Möhtəşəm bir tendensiya.
    Başlanğıc bu cür gözəl alınıbsa, inanırıq ki, müzakirə zamanı toxunulan mövzular da yaxın gələcəkdə müsbətə doğru öz nəticəsini verəcək.
    Hər bir şəxsə öz minnətdarlığımı bildirirəm, başda Aqşin bəy olmaqla.
    Davamlı olsun, uğurlar...👏👏👏

  • @xayalaasad4605
    @xayalaasad4605 5 месяцев назад +1

    Gələcəyə ümüd verən layihədir. Davamı mütləq və mütləq olmalıdır.

  • @ramilsadiqov9268
    @ramilsadiqov9268 5 месяцев назад +1

    Alimin evi varki...möhtəşəmsiz Aqşin bəy

  • @limirzyev250
    @limirzyev250 5 месяцев назад +1

    Elşən Bağırzasə mükəmməl çıxış etdiniz, sizi tanımaq xoş oldu. Digər çıxışçılar da gözəl çıxış etdi, sadəcə onları az çox tanıyırdıq. Bu tip görüşləri dəstəkləyirik gənclər olaraq, davamını gözləyirik

  • @rafiqabusov5181
    @rafiqabusov5181 4 часа назад

    Xalqımızın ürəyi şidləşib sanki, eyni formada azı 300-il yaşamaq təfəkkürün ən azı inkişaf etməməsinə gətirirdi. Qələbəmizin coğrafiyası hələ tam olmasa da, işlərə başlamaq üçün böyükdür.

  • @huseynhasanovphd3787
    @huseynhasanovphd3787 5 месяцев назад +1

    Davami gelsin!

  • @ayselrzazad7304
    @ayselrzazad7304 5 месяцев назад +1

    Uğurlar arzu edirəm! 🙏🏻

  • @familheydrov7776
    @familheydrov7776 5 месяцев назад +1

    ne gozel verlisdi bu cur verlisler televiziya ekranlarinda gosterilmelidi ki nehayet xalqimiz bele verlisleri izlesin

  • @kemaleumudova9129
    @kemaleumudova9129 5 месяцев назад +1

    Səlahəddin m., Fazil Mustafa sonda çıxışları - respekt

  • @rafiqabusov5181
    @rafiqabusov5181 4 часа назад

    Fariz bəy e,i,m eləmə ümidimiz sizədi. Elza da belə danışır.

  • @vamig-ayaz-amin-ALPAN
    @vamig-ayaz-amin-ALPAN 5 месяцев назад

    Divardakı portret, Zahid və qələcək? Allah eləməsin.😊

  • @kemaleumudova9129
    @kemaleumudova9129 5 месяцев назад +1

    Unek rektoru və gənc prorektoru da çox diqqətəlayiq çıxış etdilər

  • @fazilqurbanov4413
    @fazilqurbanov4413 5 месяцев назад +2

    Super, salam ,Fazil bəy.

  • @MiraliGafarli
    @MiraliGafarli 5 месяцев назад +1

    Əla təşəbbüsdür!

  • @ramiybaytalova8436
    @ramiybaytalova8436 5 месяцев назад

    Təşəkkür edirəm. Davamlı olsun!

  • @ramina1029
    @ramina1029 5 месяцев назад

    Ədalət müəllimə çağrımdır. Növbəti debatlara məni də dəvət edin. Twitter məkanında gələcək ilə bağlı tvitləri 100 minlərlə insan tərəfindən oxunan tək azərbaycanlıyam.

  • @serrafbalaxan2552
    @serrafbalaxan2552 5 месяцев назад

    Çox zövqlü və fərqlidir.

  • @Ceferli_Cavid
    @Ceferli_Cavid 5 месяцев назад

    Əla!

  • @kovakadini88
    @kovakadini88 5 месяцев назад +1

    İzləyək ...👣🙄😒🫣🤔🤩🤌✌️

  • @mantabbasl3025
    @mantabbasl3025 5 месяцев назад

    Davamı gəlsin

  • @ziyaamanov8513
    @ziyaamanov8513 5 месяцев назад

    Elmə üstünlük verilməlidir. Kadr siyasəti vacibdir.

  • @Ceferli_Cavid
    @Ceferli_Cavid 5 месяцев назад +4

    Gender bərabərliyi önəmlidirmi bu cür müzakirələrdə?

    • @alikarimli6724
      @alikarimli6724 5 месяцев назад

      Bu mövzu çox pis formada diqqətdən qaçıb😅 Gələn görüşlərdə nəzərə alarlar yəqin

  • @valehmustafazad5942
    @valehmustafazad5942 5 месяцев назад

    Xeyirli olsun.

  • @sahinkbr1753
    @sahinkbr1753 5 месяцев назад

    Elşən müəllimin dediyi sac ayaqları, Fariz müəllimin dediyi sistem məsələlərinə qatılıram.
    Demokratiyanı aşağılayan fikirlərə isə qətiyyətlə etiraz edirəm.

  • @familheydrov7776
    @familheydrov7776 5 месяцев назад +1

    bunan sonraki qonaqlarizi sebrsizlikle gozleyirik cox isterdik aciq fikirli insanlari devet edin

  • @mzahirliyev4170
    @mzahirliyev4170 5 месяцев назад

    Möhtəşəmsiniz!

  • @Mikluxa-Maklay
    @Mikluxa-Maklay 5 месяцев назад +2

    A kişi , Allah bəs insaniyyətə ideoloqiya qoymuyub ?
    Nədi helə hərəniz ildən ilə çalışıb bir şey fikirləşirsiz ?
    Sizdən qabağda güclü İdeoloqlar və İnqilabçılar olub , hanı bəs onlar ?
    Siz İnsanı Allah nə üçün yaratdığın tam bilin , sonrada öyrənin hansı İdeoloqiya durur Ümməti Muhammədin önündə və başdıyın çalışmağa .

    • @dondiablo4753
      @dondiablo4753 5 месяцев назад +1

      İslam idelogiyası çezib

    • @Mikluxa-Maklay
      @Mikluxa-Maklay 5 месяцев назад

      @@dondiablo4753 İslam İdeoloqiyası heç vaxt çezmir və bu qiyamət gününəcən olacağ
      Bəs bu dünyanın yaranması İslama bağlı deyil ?
      Siz sadəcə bilənlərdən deyilsiz , bilsəydiz bu cür fikirləşməzdiz

    • @rafiqabusov5181
      @rafiqabusov5181 4 часа назад

      Bir hədəfə dəfələrlə atəş açılırsa demək bu artıq hədəfdir. Hədəf sizin dediyiniz kimi çoxları tərəfindən atəşlənirsə demək çoxunun maraqında deyil.
      Məhəmmədin ideoloğiyasının da, sonu olacaq.

  • @ebulfez2006
    @ebulfez2006 5 месяцев назад

    10:00 Ağdama gələcək sizinlə gələcək🔥