Hərbi qulluqçulara daimi mənzillərin verilməsi üzrə tədbirlər davam etdirilir

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025
  • Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi prosesi mərhələli şəkildə davam edir.
    20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) verilən daimi mənzillərin müəyyənləşdirilməsi ilə bağlı dekabrın 24-də Bakı Hərbi Kollecində püşkatma mərasimi keçirilib.
    Mərasimdə Müdafiə Nazirliyinin müvafiq qurumlarının nümayəndələri, xidmətdə və ehtiyatda olan bir qrup hərbi qulluqçu və ailə üzvləri iştirak ediblər.
    Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımların atıldığını qeyd ediblər. Xüsusi olaraq vurğulanıb ki, bu istiqamətdə görülən işlər hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında mühüm faktorlardan biridir.
    Daha sonra mənzillər püşkatma yolu ilə növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb.
    Qeyd edək ki, şəffaflıq və ədalətlilik prinsipi, o cümlədən hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla təqdim ediləcək mənzillər seçim əsasında Bakının Hövsan qəsəbəsi və Sumqayıt şəhərində yerləşir.
    mod.gov.az/az/...
    ____
    Measures to provide permanent housing for servicemen are ongoing
    mod.gov.az/en/...
    ____
    #BakuMilitaryCollege hosted #DrawingCeremony to allocate permanent housing to servicemen (active-duty personnel, discharged servicemen, or their heirs) who have served with distinction for 20 or more years

Комментарии • 5

  • @NarifMemmedov
    @NarifMemmedov 27 дней назад +1

    Allah mübarək etsin.Xeyirli olsun.Can sağlığı ilə yaşasınlar.

  • @refayihuseynov2162
    @refayihuseynov2162 Месяц назад +2

    YAŞASIN MÜZƏFFƏR CƏNAB ALİ BAŞ KOMANDAN. YAŞASIN QƏHRƏMAN AZƏRBAYCAN XALQININ QALİB ORDUSU.

  • @yusifresulov6955
    @yusifresulov6955 19 дней назад

    Xeyirli uğurlu olsun,hardan verildi bu ilki prizrivlere? Deyesen onlarada Hövsan mida 2 den verildi

  • @MaraqBaz
    @MaraqBaz Месяц назад +1

    Xeyirli uğurlu olsun. Hansı ilin məzunlarına verilib?