Oruc tutanlar üçün Cənnətdə Rəyyan adlı bir qapı var...

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #QuranƏhli #şabanorucu #ramazanayı #oruc🤲🤲🤲
    اللهم بلغنا رمضان
    Əbu Hureyra (Allah ondan razı olsun)rəvayət edir ki, Peyğəmbər Sallallahu aleyhi və səlləm demişdir: “Oruc bir qalxan­dır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onun­la dalaşmaq istəsə və ya onu söysə, qoy iki dəfə: “Mən oruc tutmuşam”- de­sin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gə­lən qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah bu­yu­rur:) “O, Mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina et­miş­dir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat ve­rə­cə­yəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir.” (əl-Buxari, 1894)
    • 🫵 DİQQƏT - DİQQƏT | Ra...
    Səhl (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, (o gün): “Oruc tutanlar haradadır?”- de­yi­­ləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapı­dan ke­çə bilməyəcək, onlar içəri daxil olduqdan sonra (qapılar) bağlanacaq və (bun­dan sonra) heç kəs o qapıdan (Cənnətə) daxil ola bilməyəcək.” (əl-Buxari, 1896)
    • Ey insan, sən kasıb və...
    📢 Paylaşın, xeyrə səbəb olun!
    Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Xeyirə yönəldən onu etmiş kimidir.” Səhihdir. Səhih və daif əl-cami: 2485.
    ⤵️ Kanalımıza abunə olmaq üçün
    / @quranehlitv
    t.me/quranehlitv
    / quranehlitv

Комментарии • 5

  • @QARABALAAAA
    @QARABALAAAA 5 месяцев назад +2

    Allahim oxun bizi bagisla ehv et..Amin

  • @islaamadogru
    @islaamadogru 6 месяцев назад +1

    Allah bizi onlardan etsin! Əmin!

  • @AnarFtullayev
    @AnarFtullayev 6 месяцев назад +1

    Allah xayiş edirəm sualma cavab veridə Ramazan ayında 9 gün oruc tutmaq olarmı

    • @quranehlitv
      @quranehlitv  6 месяцев назад

      Ramazan ayındı bütün ayı oruc tutmaq lazımdır. 29 və ya 30 gün.