Danışan rəqəmlər (Rəqəmləri öyrənək)
HTML-код
- Опубликовано: 17 ноя 2024
- Müəllif: Dilşad Şeyxzadə
© Balaca Bala
Birinciyəm birinci
Qaliblərin sevinci
Bir anamız var
Bir vətənimiz
Onları hər an
Qoruyarıq biz
Məndəki ikinciyəm
İki cütdür, bilirsən?
Vardır iki gözümüz,
İkicə qulağımız.
İki valideynimiz
İki gözəl sözümüz
“Ana” və “Vətənimiz”
İkidən bir dənə çoxam,
Təkəm, heç cütlüklə yoxam
Göydən düşən almaların
Sayını de, məndə sayım
“Bir, iki, üç”
İki dəfə ikiyəm mən,
İki üstəgəl ikiyəm.
Üçdən sonra gəlirəm,
Cütəm, mən tək deyiləm
Bax mən “5” rəqəmiyəm
Ağıllıyam, güclüyəm
“10”-un tən yarısıyam
Qiymətlərin şahıyam
Beşdən sonra gəlirəm,
Sehrbazlıq bilirəm
Bax başayaq duraram,
“3” vahiddə artaram
Mən yeddiyəm
Çox ciddiyəm
Bir həftənin günləriyəm
İki dəfə dörd olanda,
3-lə 5-i toplayanda
Çağır gəlim mən bir anda
Bir rəqəmli ədədlərin
Ən böyüyü mənəm mən!
10-dan əvvəl gələrəm,
Tapın görək mən kiməm?
Buda oyunun sonu,
Qarşılayın siz onu.
10 kiçik qardaşıdır,
İkirəqəmlilərin
Dostlarım, indi gəlin,
Cüt-cüt yola düzəlin.
danisan reqemler, danishan reqemler, reqemler seiri, reqem seiri, rəqəmlərə aid şeirlər Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!! Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!! #balacabala #balacabalanagili #balacabalanagillar