Universitet müəlliminə dəli kimi aşiq oldu, heç vaxt qardaşının məzarına getmədi

Поделиться
HTML-код
  • Опубликовано: 10 май 2022
  • Kiminin uşaqlığının, kiminin gəncliyinin musiqi çərpələngi... Çağdaş Azərbaycan musiqisində özünəməxsus imzası olan müğənnimizdən danışırıq... Bir var, Xumar Qədimova...
    Xumar İttifaq qızı Qədimova 1966-cı il, aprelin 26-da Qazaxda anadan olub. Ailədə ən ərköyün və həssas olan Xumar qarayanız, arıq qız olub. Özündən böyük bacılarına qarşı inanılmaz bağlılığı varmış. Bacısı Matan müsahibələrinin birində bu haqda deyir:
    “Evdəkilərə bağlı olub. Ortada dayanıb, bir-bir uşaqların üzünə baxıb icazə istəyirmiş ki, hansı ilə birlikdə yatsın. Tək yox, evdəkilərlə, xüsusən də, anamla yatmağı istəyirmiş. Amma anam icazə verməzmiş, deyərmiş, öz yerində yat. Xumar da bir-bir hamıdan soruşarmış ki, olar, səninlə yatım? Daha çox böyük bacım Xumara razılıq verərmiş. O, kök, Xumar isə çox arıq qız imiş. Böyük bacıma həddindən artıq kök olduğu üçün "gonbul" deyirmişlər, Xumarın da acığı tuturmuş ki, niyə ona elə deyirsiniz? Böyük bacım yuxuda çevriləndə, Xumar yerə yıxılırmış. Hətta səhərə qədər də yerdə yatdığı olurmuş. Anam da gəlib oyadırmış, bax, öz yerin var, gül kimi, nədir gəlirsən onun yanına, o da sənə belə edir? Ortancıl bacım Xumarı çox döyürdü, çox vaxt da haqsız olurdu. Böyük bacım onu müdafiə edirdi.
    “İndi daimi ailə həyatımın olmasını istəməzdim. Ərə ona görə getdim ki, qanunlara boyun əyməyə məcbur olmuşam. Toy günümü heç vaxt xoş xatırlamamışam. Tələbəliyim çox gözəl olub. Universitetdə də həmişə fərqlənmişəm. Yadıma gəlir, universitetdə müəllimimə vurulmuşdum. Tanınmışdır, amma adını deməyəcəyəm. O da mənə vurulmuşdu. Təbii ki, sevgimiz kənardan-kənara bir-birimizə aşiq olmaqla bitdi. Hətta bir dəfə imtahan günü uşaqlar da hiss eləmişdi ki, müəllim mənə laqeyd deyil. Mən hisslərimi gizlədə bilirdim, amma o, gizlətməyi bacarmırdı. Uşaqlar mənə deyirdi ki, imtahana birinci sən gir, qoy müəllim səni görüb ürəyi açılsın, bizə də yaxşı qiymət yazsın. O, yaşca məndən çox böyük idi. Amma onu heç bir gəncə dəyişməzdim. Dəhşət sevirdim. Gözüm heç bir gənci görmürdü. Yeni ildə, bayramlarda hamı rayona gedirdi, mən isə ona görə Bakıda qalırdım. Vallah, bir-birimizə toxunmamışdıq. Sadəcə, onun olduğu şəhərdə rahat olurdum. Rayona getsəydim, bircə gün də dözə bilməzdim”.
    Xumar Qədimova ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda adminstrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda işləyib.
    Xumar Qədimova 1997-ci ildə yaradıcılığına başlayıb. O, bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib. Daha çox “Gələcəyəm”, “Ayrılıq”, “Döz”, “Bu məhəbbət yalan deyil”, “Bilmirsən, qədrimi bilmə”, “Dilbərim”, “Ruhunla yaşayacağam”, “Miyana gözlər”, “Qəmərim”, “Gəl, inad etmə”, “Dustaq bir də sevər oldu”, “Yalan deyil” kimi mahnılarla sevilib.
    Xumar Qədimova Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinə mahnı bəstələyib və ifa edib. Ən çox sevdiyi şairlər Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nazim Hikmətdir. Nazim Hikmət və Yunus Əmrənin şeirlərinə də mahnılar bəstələyib.
    Onun bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib.
    2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən möhtəşəm TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib.
    Xumar Qədimova qardaşını və atasını vaxtsız itirib. Ancaq o, heç zaman onların məzarı üstünə getməyib. Bu haqda müsahibələrinin birində deyir:
    "Mən məzarlığa ölməmək üçün getmirəm. Vallah, mən qəbiristanlığa gedə bilmirəm, ora getsəm ölərəm. Axı mən yaşamalıyam. Mən məni sevənlərə lazımam, mən balama lazımam. Adamlar tanıyıram ki, valideyn qədri, qayğısı bilməyib. Amma öləndən sonra onun ad günlərində aş dəmləyib, ziyarətə gedirlər. Bütün bunlar necə də saxta gəlir mənə. Əgər atam sağ olsaydı, mən ona mahnılarımın hamısını ifa edərdim. Atam isə ən çox "Yandım, elə yandım" mahnısını sevirdi".
    Hazırda oğlu və bacısı Matanla birgə yaşayan müğənni gününün böyük hissəsini bacısı ilə birgə keçirir. Əməkdar artistin musiqi repertuarını da bacısı müəyyənləşdirir.
    Müğənni 3 mart, 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
    Xumar Qədimova son illər Azərbaycan musiqisinin ən fərqli səsə və tərzə malik müəğnnisi kimi qəlblərə yol tapdı. O, təkcə sənət tərzi deyil, danışığı, davranışı, ədası ilə də bir Xumar tərz yaratmağı bacarıb. Bu da hər sənət adamının nbacardığı iş deyil. Müğənniyə sağlıq və uğur arzulayırıq...

Комментарии • 245

  • @gulnarisaqova4278
    @gulnarisaqova4278 2 года назад +59

    Oxuduqlarına əsər deyərdim, şit, saxta, mənasız mahnılaı hec yoxdur, özü kimi, yanız özü olmagı bacaran SƏNƏTKAR XANIM❤❤❤

  • @zahirasalamova6691
    @zahirasalamova6691 2 года назад +39

    Özünü də,səsini də,mahnılarını da sevirəm Hər yönü ilə fərqli xanımdır.

  • @silaartet6759
    @silaartet6759 2 года назад +28

    Səni çox sevirəm Xumar xanım. Avropadan sizləri salamlayıram. Xumar xanımı dinlədikcə ruhum dincəlir, sanki bütüün yorgunlugum canımdan çıxır. Sevgi dolu qadın, həmişə sevib seviləsiniz İnşəAllah Amin

  • @ayseldadashova1816
    @ayseldadashova1816 2 года назад +26

    Sevirem Xumar Qedimovanı..Gözel mahnıları var..Uşaqlığımın müğənnisi olub...Ay insafsiz Ayriliq Geleceyem Bezenin qızlar bezenin EN COX SEVDİYİM UŞAQLIQ mahnılarım idi...

  • @gulnarapanayeva8912
    @gulnarapanayeva8912 2 года назад +8

    Bir səsdə bu qədər.məlahət , şirinlik ola bilərmi. ?! Səsi axar su kimidir.Hələ işvəsi ,nazı ayrı aləmdir.Əsill xanım.Allah qorusun.

  • @shafigabayramova8380
    @shafigabayramova8380 2 года назад +26

    Xumar xanimi cox sevirem Onun kimseye benzemeyen ifasini elelxusus onun edasini nazini cox sevirem Allah bu gozel xanimi qorusun sesine yaradiciligina quvvet versin Var olasan gozel xanim

  • @prvanaxundova8933
    @prvanaxundova8933 2 года назад +19

    XUMAR.Bənzərsiz,qeyri -adi,gözəl,yaradıcı insan!!!

  • @qerenfileminli103
    @qerenfileminli103 2 года назад +15

    Bu xanımı və ifasını çox sevirəm nazlı xanımdı bu naz da ona yaraşır heç kəsə bənzəməyən ifası çox gözəl hər şeyin yerini bilən xanım

  • @gulzarrehimova2472
    @gulzarrehimova2472 2 года назад +93

    Xumar xanimin mahnilarini cox sevirem. Onu hamiya sevdiremn orjinallaqi, hec kime benzememesidir. Var olun yasayin yaradin Xumar xanim.

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 Год назад

      Salam narahatçılığa görə üzr istəyirəm sizə onlayn iş təklif edirəm işimiz rəsmidi evdən idarə olunur xanımlarla çalışırıq gün ərzində 3-4saat işləmək lazımdı

    • @baharemiraslanova916
      @baharemiraslanova916 Год назад

      Sizin fikirnizle mende razlyam.Bir müğenni varsa oda Xumar xanlmdl.Hem özünü hem mahnllarlnnl cooox sevirem.Superrr.

    • @solmazhuseynova8403
      @solmazhuseynova8403 11 месяцев назад

      ​@@baharemiraslanova916⁰

  • @user-hr8rg9sd8l
    @user-hr8rg9sd8l 11 месяцев назад +4

    O heqiqeten de xumardir ..Qelblerin Xumari.Nazli Qemzeli Xumar Xanim Qedimova Sizi Sevirik ! ❤🙏

  • @ehetehhmedov6616
    @ehetehhmedov6616 Год назад +3

    Xumar xanım, sizi çox sevirik.Uğurlarınız bol olsun🤗🤗

  • @nixie_fanmylove_fan
    @nixie_fanmylove_fan 2 года назад +8

    Xumar xanımın ifası möhtəşəmdir,sizin şərhiniz isə məzmunlu və dəyərlidir.Var olun.

  • @zarinasultan1454
    @zarinasultan1454 2 года назад +9

    Ayyyy Xumar хanimi butun mahnilari sevgidendir,eşk yasiyibki oxuyur ürekden.🤗🥰🥰☝️🙏❤️💐

  • @mtantmmmdova4175
    @mtantmmmdova4175 2 года назад +22

    Yenə dəyər verdiyimiz bir mügənni haqqında maraqlı məlumat ..var olun Sərdar müəllim 🙌 Allah Xumar xanıma can sağlığı versin balasının xoş günlərini görsün🙌🙌🌹💓🌹

  • @rahilamammadova9768
    @rahilamammadova9768 2 года назад +14

    xumar xanım bir qadın kimi qeyri adidir və səsidə gözəl və şirindir.

  • @eganaazizova1662
    @eganaazizova1662 2 года назад +55

    Onun yaradiciliģini sevirəm, qeyri adi ifa tərzini də сох бəyənirəm!
    Uģurlar, Xumar xanim!

  • @reyhanenezereliyeva8427
    @reyhanenezereliyeva8427 2 года назад +25

    Çox sevdiyim müğənni.

  • @user-wf4fq1fi3t
    @user-wf4fq1fi3t 2 года назад +10

    Bu günümüzde en sevdiyim xanim muqenni Xumar Qedimova. Sesi gözel, özu gözel.

  • @aykataqieva6180
    @aykataqieva6180 2 года назад +19

    Universitetdə tələbə yoldaşım və ən yaxın rəfiqəm olub Xumar xanım...Eyni qrupda oxumuşuq....3 rəfiqə olmuşuq...Çox istəmişəm hər 2 rəfiqəmi...Heyif ki populyarlıq Xumarı ayırdı bizdən,hər şeyi unutdu...Hansı ki bir birimizdən ayrı 1 tikə çörək də yeməzdik.Amma əziz Xumar,kaş 1 balaca sadəliyini də qoruyub saxlayardın...Axı, biz elə belə rəfiqə olmamışdıq...Ağac bar verdikcə başını aşağı əyər...Nə isə...Uğurlarına çox sevinmişəm hər zaman.Səni çox istəyirəm.Allah yolunu açıq eləsin.🙏😘❤

    • @meryemnehayet9468
      @meryemnehayet9468 Год назад +3

      Cox teessuf......ozu ile calisin elaqe yaradin

    • @aykataqieva6180
      @aykataqieva6180 Год назад +8

      Əlaqə yaratmışıq.telefonla danışmışıq da,həmin insan deyil..Amma daha heç üzülmürəm Artıq mənimçün də maraqsız 1 i olub...Hətta o qədər maraqsız olub ki görsəm belə görüşmərəm.Çünki mən o Xumar üçün darıxıram.Bu isə o deyil...

    • @meryemnehayet9468
      @meryemnehayet9468 Год назад +5

      @@aykataqieva6180 Hmm...hem de deyir ki,ey insan sen fanisen,fanisen,unutma . Menim de gozumden dusdu artiq

    • @elllos-tg9sq
      @elllos-tg9sq 8 месяцев назад +1

      Hech gozlemezdim...amma gorduyume gore populyar insanlar henise deyisib ..buda bele)

    • @_mmaviii19
      @_mmaviii19 5 месяцев назад

      Bele qudurub xomar pul pul Bn qudurdub ezelden xomara zehlem gedib​@@aykataqieva6180

  • @shahmarovaaxundova7428
    @shahmarovaaxundova7428 2 года назад +10

    Gözəl sənətkardı .Çox sevirəm.və dinləyirəm.Allah can saglıgı versin

  • @mtantmmmdova4175
    @mtantmmmdova4175 Год назад +2

    Sizin təqdimatınızda bütün məlumatlar gözəldi var olasız Xumar xanımı çox sevirik Allah onu balasından sevindirsin🤲🤲🤲

  • @katyayusubova6855
    @katyayusubova6855 Год назад +3

    Hem gozel xanimdir hem de sesi ferqlidir. Cox sevirem bu xanimi.

  • @inamtelekom5002
    @inamtelekom5002 2 года назад +10

    Men Xumar xanimi cox isteyirem. Allah onu xoşbext etsin. Amin . Bele qadinlari cox az adam başa dùşùr.

  • @remziyyeabbasova8190
    @remziyyeabbasova8190 2 года назад +4

    Gözəl balam danışığın insana xoş gəlir,kimin haqqında danışırsan danış,qulaq asmaq istəyirsən.Xumar xanıma da ALLAH can sağlığı versin, onu çox istəyirik...

  • @user-nw2lt9xl4w
    @user-nw2lt9xl4w 2 года назад +11

    Симпатиям coxdur, Allah var elasin🙏

  • @kamalinmahnisisefrelyev7787
    @kamalinmahnisisefrelyev7787 2 года назад +3

    Özünə dəyər verən xanımdı . Uğurların bol olsun çox sevdiyim xanım

  • @ulviyyaibrahimova239
    @ulviyyaibrahimova239 2 года назад +17

    Ən sevdiyim bir nömrəli müğənni Xumar xanımdı ona qulaq asdıqdan sonra heç kimə qulaq asmaq istəmirəm həm gözəl həm naz- qəmzəsi həm də əvəzolunmaz səsi ifaları O bir dənədi əvəzolunmazdı❤❤❤❤

  • @gulyakhiyalova5949
    @gulyakhiyalova5949 2 года назад +8

    Salam Xumar xanim men sizi coooooooox sevirem.Allah sizi gorusun,oladiniz xoshbext olsun. 🤲🤲❤️❤️❤️

  • @saidebayramova2629
    @saidebayramova2629 2 года назад +10

    Xumar xanimi coooox sevirem. Xumar xanimin ifasini daniwigini dinledikce dinlemek isteyirem. Ozunude mahnilarinida ifasinida coooox sevirem. Allah qorusun Xalqimiza cox gormesin. Allah o, birce ovladini xowbext etsin Amin Allah!!! Heyatda yaradiciliginda ugurlari cox olsun!!👍👍👍👍👏👏👏👏💖💖💖💖💖💖🌹🌹🌹

  • @reyhanenezereliyeva8427
    @reyhanenezereliyeva8427 2 года назад +53

    Qeyri - adi səsə malik, özü də qeyri -adi qadın
    Allah cansağlığı versin.

    • @rabiamammadli4552
      @rabiamammadli4552 Год назад

      Qeyri adı oxuma tərzi.Xanım xatınlığı ilə seçilir.Çoox sevirəm bu xanımın tərzini,geymini bəyənirəm. Mahnılarıda seviləndir.💓

  • @zminqudrtova9284
    @zminqudrtova9284 2 года назад +7

    Xumar xanım çoxdanın xalq artistidir.O ,bu ada layiqdir.Kimlərinsə xainliyi tərəfindən xalq artisti adını ala bilməyib.Xumar xanımın çox gözəl mahnıları var .O,mahnıları orta yaşlılarda gənclər də sevə sevə dinləyir.👍❤👑

  • @Cema-cu1nk
    @Cema-cu1nk 2 года назад +13

    Xumar xanım hər zaman bizimləsiz 🌹🙏🏼🤲

  • @ilgarabushov5052
    @ilgarabushov5052 Год назад +2

    XUMAR QEDIMOVA EN COX SEVDIYIM MUQENNIDI HALAL OLSUN SESINE AMIN

  • @afa..1509
    @afa..1509 2 года назад +6

    Xalqın sevilən sənətkarı.Əsil xalq artisti tituluda məhz Xumar xanıma yaraşır.İnşallah tez bir zamanda bu adada laiq görülər.

  • @gunskarakoz7396
    @gunskarakoz7396 2 года назад +10

    mən Xumar Qədimovanın oxumağına vurğunam,səsinlə çox yaşa Xumar xanım

  • @aynayaqubova9211
    @aynayaqubova9211 2 года назад +9

    Xumar xanımı çox sevirəm onun qeyri adiliyi səsinin vurğunuyam ruhum dincəlir dinlədikcə.Sənə uğurlar işlərində Xumar xanım səs ahəngi pozitivliyi inanınninsanınnzövqünü oxşayır

  • @mirzeveliyev8156
    @mirzeveliyev8156 11 месяцев назад +2

    Mənimdə xumar xanıma cox böyük şəxsiyətinə hörmətim var ugurlar

  • @RadaHuseyn
    @RadaHuseyn 2 года назад +8

    HER BIR QADIN SEVGIYE DIQQETE LAYIQDIR AMMA KI PLATONIK SEVDIYI INSANIN SEVGISINE BIGANE OLMASAYDI DAHA DOGRU OLARDI MENCE..QISMET DEYILEN BIR MEVHUM VAR NECE DEYERLER ALLAH SIZI YAXINLARINIZI QORUSUN NAZLI QEMZELI BENZERSIZ XUMAR XANIM ❤️

  • @nesimialesgerov3959
    @nesimialesgerov3959 2 года назад +12

    Xumar xanım mənim tələbə yoldaşım olub Məndən iki kurs aşağı oxuyurdu Məndə Tovuzdan olduğum üçün biri - birimizə isti xoş olan münasibətimiz olub O xatirimdə belə qalıb - Rayondan olduğuna baxmayaraq davranış ı , geyim dəbi bakılı qızlarından çox fərqli və zövqlü olduğu qədşrdə təəbi bir ədasıda vardı Kənardan görsənən ədası onu bəzilərinə özündən razı hal kimi də görsənirdidə . Həmin vaxtlar onun gözəl səsi olduğunu bilmirdidə .
    Unutmaram bir dəfə onunla mübahisə edib mərc gəldim O dediki Mayis Salmanov Qazaxlıdı ,məndə Şəmkirdən olduğunu dedim . Beləcə O mənə şərtimizə görə Koyak uduzdu ( Mən uduzsaydım ona Fransız ətiri olan " Fici ' almalıydım ) Səhərisi İnututun çölündə mənə dedilər ki Xumar sənə uduzdu konyakə gətirib . Mətəl qaldım dedimnə yaxşı Nə isə ... konyakı açanda gördüm ki içindəki çay imiş Bax beləcə gülüşdük Ancaq , onun mənə hələdə konyak borcu olduğunu bilirəm Heyif ki birdəfə toyda aralıdan gördüm imkan olmadı ki onunla görüşədə bilydim O mənim xatirimdə yaxşı , ağıllı bir qız kimi qalsada , görsəm konyakımı bu dəfə alacam ))) Uğurlar bolluğu arzulayıram
    .Nəsimi Tovuzlu

    • @lllll617
      @lllll617 2 года назад +1

      Xumar xanımın nömrəsini tapıb konyakı istəyin.Məncə yaxşı olar, həmdə görüşüb keçmişi azda olsa xatırlayarsız, cavanlığınıza yada salarsız.👍 olar

  • @ziyarzayev5130
    @ziyarzayev5130 11 месяцев назад +2

    Ruhunla yaşayacağam çox gözəl eserdi

  • @user-pq9zr3fc5f
    @user-pq9zr3fc5f 2 года назад +9

    Biz Qazaxda qonşu olmuşuq. Dəcəl şirin uşaq idi

    • @user-mw8iu6sm2d
      @user-mw8iu6sm2d 2 года назад

      Xumar xanim heckime benzemir buna gore evezsizdir

  • @nzaktagayeva7948
    @nzaktagayeva7948 2 года назад +39

    Hər bir şeydə yerini bilən xanımdır.

  • @heckimhecneunudulmur6427
    @heckimhecneunudulmur6427 2 года назад +7

    Cox yaxşi mugennidi Xumar xanim..ferqlidi, mahnilari seviyyelidi.❤

  • @user-yp5et6cp2u
    @user-yp5et6cp2u 2 года назад +8

    Xumar xanimi cox sevirem onun sesi insanin ruhunu dinledir 🥰

  • @azeribrahimov5908
    @azeribrahimov5908 2 года назад +8

    Allah razi olsun 🤲🤲🤲

  • @nurayaabdullayeva9141
    @nurayaabdullayeva9141 Год назад +1

    BELI COOOX FERGLI SES ALLAH AILESINI GORUSUN OGLUNA ISE XOSBEXTLIK ARZU EDIREM XUMAR X MATAN XALASI💋💋💋💋❤️❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @bozqurdturk1377
    @bozqurdturk1377 10 месяцев назад +2

    XUMAR XANIMIN VALIDEYINLERI QERBI AZERBAYCANIN DILICAN INDIKI ICEVAN DERESINDENDILER. 1948-53 cu ILLERDE KOCUB QAZAX SEHERINDE MESKUNLASIBLAR. GOZEL OZUNEMEXSUS XOS SESI VAR.

  • @aysumlk1709
    @aysumlk1709 2 года назад +21

    Seçilən müğənnidir. Yadda qalacaq bir sənətçi.qalmaqaldan uzaq.hamıdan seçilən biri.

  • @seadetkhalilova6011
    @seadetkhalilova6011 Год назад +3

    Çox super vizajisti var .

  • @user-ry7iz4dn2u
    @user-ry7iz4dn2u 2 года назад +13

    Xumar xanım yekəxana deyil .Səkidə toyda olarkən gördüm Xatirə xanımda həmən toyda idi özünü cox yuxardan aparırdı sevmədim.Xumarın səsi aydın oxuması şirinliyi kimsəyə bənzəməz həmcinin mahnıların mətni dolgun olur.

  • @xuramanaxundova4936
    @xuramanaxundova4936 2 года назад +17

    Xumar xanimi cox sevirem, ifasini da, özūnū de. Ugurlar arzu edirem Xumar xanima.👏👏👏👏💖💖💖💖

  • @renaabdullayeva1422
    @renaabdullayeva1422 2 года назад +12

    Bənzəri olmayañ Xumar xanım.Öz ifası ilə ruhu dincəldir.

  • @user-bh3kg1lz1g
    @user-bh3kg1lz1g Год назад +3

    xumarin istedani çox sevirəm,onun tayi yoxdur Azerbaijan musigisində ,ugurlar sənə xumar❤

  • @salamsalam946
    @salamsalam946 2 года назад +1

    Heç kimə bənzəmir. Özünü paltarını və s.teriflemir.Sehne mədəniyyəti sadəliyi davranış mədəniyyəti çox yüksəkdir.
    Səsini özünü çox sevirik❗👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹

  • @renasohbetova7866
    @renasohbetova7866 2 года назад +10

    Ozunemexsus....nazli qemzeli xanim...o gun olmasinki mahnilarina qulaq asmayim..

  • @space.4624
    @space.4624 2 года назад +21

    *Bu elə körpəlikdən vurula -vurula gedibmişki...🤔*

  • @user-yx1yt3cb1n
    @user-yx1yt3cb1n 11 месяцев назад +2

    Cox xowladigim ,sevdiyim mugenidir

  • @ravshkhanart5856
    @ravshkhanart5856 2 года назад +10

    Xumarimiz sultanimiz ❤️🇦🇿

  • @refiqememmedova826
    @refiqememmedova826 2 года назад +10

    Xumar bənzərsizdi. Təbiidi. Özəlliyi çoxdur. Ailəliklə onu sevirik. Amma bir şeyi başa düşmədim. Atanan qardaşın məzarını ziyarət etməmək nə demək??--Kim əzizlərini ziyarət edərkən ölüb ki??---Əksinə insan əzizini ziyarət edərkən hüzur tapır mənən rahatlaşır.

    • @poladfndi8242
      @poladfndi8242 2 года назад +4

      Baxın buradada Xumar xanım qeyri adidi, necəki səsi, oxuma tərzi, heç kimə bənzəməyən, naz-qəmzəsi, deyirki mən getsəm ölərəm, təqinki özünü bilirki getsə ölər, səni çox sevirəm Xumar xanım, səsini nazi-qənzəni, şirin danışığını çox sevirəm, maşınımda ancağ sənin mahnılarını, səsini dinlədikcə hər yer mənə yaşıl işığ gəlir, doya bilmirəm səsindən, nazından......

    • @novruzovatamam1855
      @novruzovatamam1855 2 года назад +2

      Bəli...ziyarətdən sonra insan ruhən dinvəlir, bir müddət təskinlik tapır. Darıxan kimi yenə ziyarətə gedir. Mərhumun və ya mərhumənin ad günləri, haqq dünyadına qovuşduğu günlər mütləq, imkan daxilində qeyd olunmalıdır. Bunun nəyi sünilikdir.

    • @aqilmustafavey9256
      @aqilmustafavey9256 2 года назад

      O hal cox adamda var cavan qadaw ata iterenler in coxu eledi

  • @salamsalam946
    @salamsalam946 2 года назад +3

    Xumari çox sevirlər. Çox yaşa Gözəl sənətkar.✨💫☀️🌙♥️🌹🌹🌹🌹🌹🌹🌹♥️

  • @romanazri
    @romanazri 2 года назад +1

    Xumar xanım çox gözəl sənətçidi gələcəyəm mahnısını hər dinlədiycə uşaqlıq illərinə qayıdıram, Allah qorusun gözəl sənətçimizi

  • @gulsumaxundova9023
    @gulsumaxundova9023 2 года назад +4

    Bu xanım haqqında illərlə danışsan belə azdır. Xumar elə Xumardar, bənzərsiz, əvəz olunmaz. Səsinə qüvvət.

  • @AGDASHLI
    @AGDASHLI 2 года назад +9

    XUMAR DAMARDA AXAN QANA YOLTAPIR OXUDUGU MAHNILARLA.MƏN AGDAŞHLI ÜRƏYİMƏ DÜŞƏNDƏ 1 İL BOYUNCA 3..4 DƏFƏ İCKİ İCƏRƏM.AMA XUMARIN MAHNILARI MƏNİ SƏRXOŞ EDİR.BİRSÖZLƏ VURGUNAM BU XANIMA.ONUN HƏYATDA NECƏ OLMASIDA MƏNƏ MARAKLI DEYİL.ƏSAS ODURKİİİİİ O YAŞIYIR YARADIR OXUYUR.BƏSİMDİ.VAROLSUN SƏSİ HƏRZAMAN GƏLSİN.🖐💖🤲

  • @siyazansiyazan6370
    @siyazansiyazan6370 2 года назад +5

    Xumar xanim birdenedi .Biz onu cox sevirik .Semimi ,xanim xatin mugenni

  • @054tarverdiyeff3
    @054tarverdiyeff3 2 года назад +14

    Ən çox sevdiyim sənətkar

  • @vusaleqasimova3999
    @vusaleqasimova3999 2 года назад +4

    2:13 qeder bos danlslq .
    Mende cox sevirem bu mügeninin sesini mahnllarlnl.

  • @hokumyalnizallahindi8259
    @hokumyalnizallahindi8259 2 года назад +4

    Bu xanimi cox sevirem ozunude sesinide Ancaq heyati haqinda hecne bilmirdim, azda olsa indi bildim En gozel sevgi Esilinde muselnan qadini mezarliga getmeyi haram buyrulub

  • @behruzkazim1151
    @behruzkazim1151 2 месяца назад

    uşaqlığımdan çox sevirəm bu insanı❤ ikinci qızımın adınıda Xumar qoymuşam😊

  • @sovqiceferov2645
    @sovqiceferov2645 2 года назад +6

    cox sevirem de Xumar xanimin sesini

  • @user-ky9pi1yx7e
    @user-ky9pi1yx7e 2 года назад +11

    Üz gözünnen ehtiras yaglr

  • @arzuhaci7148
    @arzuhaci7148 2 года назад +3

    Men şexsen Xumarmin mahnilariyla yasayiram Allah gozel Xumar xanimiza can sagligi versin ammin

  • @saraorucova5367
    @saraorucova5367 2 года назад +2

    Xumar xanimi cox cox sevirəm.sag ol Muğlan balam.

  • @zn2493
    @zn2493 11 месяцев назад +1

    Mahnilarida yaxwidir özude nazli duzlu Xumar xanim

  • @userbaku9812
    @userbaku9812 2 года назад +5

    Xumar xanım 💝🏵️🌼🌷💐🌺🌹🎉💯

  • @farah41
    @farah41 2 года назад +6

    En sevdiyim muqenni 100yawasin urekleri titredib oxwasin

  • @sahnazerten3885
    @sahnazerten3885 2 года назад +1

    İyi akşam lar röportaj güzel yanlız yegane bir sesdir süper ses süper ses xumar seviyorum

  • @aggulabdullayeva1377
    @aggulabdullayeva1377 2 года назад +7

    Xumar 🌹♥️ xanımı🌹🌹🌹❤❣

  • @terlanhaciyeva6903
    @terlanhaciyeva6903 2 года назад +1

    Xumar xanım evezolunmaz müģennidi var olun Xumar xanım sizi illernen seven bir xanım

  • @azrturkturk2179
    @azrturkturk2179 2 года назад +11

    Çox gözəl səsi var Allah Qorusun

  • @sahibseviyye9175
    @sahibseviyye9175 2 года назад +1

    Cok çok cok sevdiyim cazibedar ve nazli edali xumar xanim allah seni qorusun 💕💕💕💕💕💕💕💕💕

  • @gulbutaxlilqz819
    @gulbutaxlilqz819 11 месяцев назад

    Onun səsi, nazı adamı valeh edir!Seçilən müğənnidir!

  • @SamSung-xn8zi
    @SamSung-xn8zi 2 года назад +5

    Eseb kecirirem o danisanda, ureyim sixilir o qeder uzadirki sozleri... nedense hec semimi gelmir xumar

    • @tunzalenesibova1468
      @tunzalenesibova1468 2 года назад

      ADAM NƏ QƏDƏR SÜNİ OLA BİLƏR.
      1 2 3 DƏFƏ.
      HƏMİŞƏ MÜMKÜN DEYİL.
      SADƏCƏ TƏMKİNLİ XANIMDI.
      SAKİTDİ.

    • @SamSung-xn8zi
      @SamSung-xn8zi 2 года назад +1

      @@tunzalenesibova1468 kecmis vidolarina baxin. Aztv cixan vaxtlarina bele danismirdi. Soradan ozunu bu cur apardi

  • @kamranquliyev5215
    @kamranquliyev5215 2 месяца назад

    sivirem xumari valah xanim mugenilerimizden bir qulaq asdiqim xanim xumar .❤

  • @alicetin3024
    @alicetin3024 2 года назад +14

    Xumar xanim ürekden oxuyur.O Türkiyedede çox sevenleri var

  • @kubramemmedova4233
    @kubramemmedova4233 2 года назад +4

    SEVIREMDE XUMAR Xanimi 👍❤️💋

  • @nubarqarayeva5250
    @nubarqarayeva5250 2 года назад +4

    Uğurlar sənə Xumar xanım.

  • @zemfiraaliyeva3166
    @zemfiraaliyeva3166 2 года назад +1

    Xumar xanimin cox gozel sesi var.onu COX sevirem

  • @elnurquluyev4846
    @elnurquluyev4846 2 года назад +6

    Qorxuluğu var tək yata bilməməsi məzarlığdan qorxması.

  • @xayalahasanova5564
    @xayalahasanova5564 Год назад +1

    Cox sevirem sesini ve musiqilerini.

  • @aniyatislamova3421
    @aniyatislamova3421 11 месяцев назад +1

    Xumar.xanlml.cox.sevirem

  • @sevdavaliyeva-qb3xj
    @sevdavaliyeva-qb3xj Год назад +1

    Xumar xanım bizim fərqli zövqə malik müğənnimizdi hər mahnısı da bir əsərdi

  • @user-go2jd3fp5n
    @user-go2jd3fp5n 10 месяцев назад

    Bu nə qədər özünü buraxıb ki, 10 yaşında birini sevir sonra ailəli müəllimi...
    Bir azda ismətli xanımlardan danış

  • @toqrulmehtiyev7469
    @toqrulmehtiyev7469 11 месяцев назад +1

    Müasir dövrün ən səviyyəli müğənnisi

  • @tunzalememmedova1265
    @tunzalememmedova1265 Год назад +1

    Xumarı heç sevmirəm ədasına görə . Özündən çox razıdır

  • @sahinhuseynov7061
    @sahinhuseynov7061 2 года назад

    qardaş cox sağ ol ela oldu Xumarı cox sevirem seni de sağ ol

  • @mahiremahire770
    @mahiremahire770 2 года назад +1

    Arğinal.və.əvəzi..olunmaz.xymarım.səndən.birdənədir.allah.cəni.və.səsini.qorysyn.mənim.nazlı.mələyim.

  • @lamlabyndimiyazarbaliyeva5777
    @lamlabyndimiyazarbaliyeva5777 2 года назад +3

    Cox sevirəm bu xanmı

  • @maisaxundova4426
    @maisaxundova4426 Год назад +1

    Xumar xanım gözəl xanimdir

  • @kmalfrzliyeva7012
    @kmalfrzliyeva7012 2 года назад +1

    Çox sevdiyim Xanım.Sizi allah qorusun

  • @arzubabayeva6645
    @arzubabayeva6645 2 года назад +19

    Bu aparıcıya niyə irad tutan yoxdurki sən ózùnù göstərincə danışdığın adamları góstər