İsmayillinin sefali Culyan kendini zibilliye chevirenler | Gune Davam

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    Gördüyünüz bu ürək bulandıran mənzərə hansısa bir zibil paliqonunda deyil, yay aylarında turistlərin ən çox ziyarət etdiyi İsmayıllı rayonunun Culyan kəndində lentə alınıb. Rayon mərkəzindən 2 km məsafədə yerləşən Cülyan kəndinin sakinləri yaşadıqları ərazinin zibilliyə çevrilməsindən narahatdır. Xüsusilə də virusla mübarizə apardığımız bir dövrdə açıq şəkildə tibbi tullantıların kəndin ətrafına atılması xəstəliyin daha çox yayılmasına səbəb ola bilər. Zibilliyə çevrilən ərazi həm Şahdağ Milli parkına məxsus meşə massivini, həm də Cülyan çayını əhatə edir. Kəndin mənzərəsini pozan natəmizlik və pis qoxu bir yana, əhali həmin tullantıların atıldığı çayın suyundan həm içir, həm də təsərrüfatda istifadə edir. Nəticədə yaranan antisanitar vəziyyət insanlar və digər canlılar üçün həyati təhlükə yaradır. Sakinlərin sözlərinə görə, turizm mövsümündə məişət tullantılarının həcmi dəfələrlə artır. Zibil qabları olmadığından kənd sakinləri və turistlər tullantıları hara gəldi atırlar. Məsələnin bu həddə gəlib çatmaması üçünsə lazımi yerlərə zibil qabları qoyulmalı, məişət tullantıları vaxtlı-vaxtında daşınmalıdır. Məişət tullantılarının toplanması və daşınması, bilavasitə yerli özünüidarəetmə orqanlarının işi olduğundan, kəndin bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədrinin sözlərinə görə, zibillər ətrafdan dəfələrlə yığışdırılsa da, təmizliyə tam nail ola bilmirlər. Qeyd edək ki, kənd ərazisində çəkiliş apardıqdan sonra qurum tərəfindən tullantılar ərazidən yığışdırılıb. Ancaq bu, problemin köklü həlli demək deyil. Nəticə etibarilə ərazi yenidən zibilliyə çevriləcək. Zibillərin sakinlərin həyətyanı sahələrində quyu qazıb basdırması və ya yandırması da çarə yolu deyil. Hər iki halda ekologiyaya ziyan dəyir. Belə görünür, məişət tullantılarının idarə olunması işini lazımi səviyyədə qurmaq üçün ciddi addımlar atılmalıdır.
    #ARBŞəki #İsmayıllı #Zibil

Комментарии •