Azərbaycan Milli Konservatoriyası " Buta"Xalq Çalğı Alətləri Orkestri : "Ilk Addım" II hissə

Поделиться
HTML-код
  • Опубликовано: 29 сен 2024
  • 29.12.2023 tarixındə AMK-nın böyük zalında Azərbaycan Milli Konservatoriyası. -"Dirijorluq kafedrası"
    Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Buta Xalq Çalğı Alətləri” orkestrinin hesabat konserti keçirildi. Bədii rəhbər Dirijorluq kafedrasının baş müəllimi Aysel Bağırova.
    Proqrama görə ilk olaraq, Üzeyir Hacıbəylinin ”Azərbaycan Dövlət himni” səsləndi. Ardından Əlibaba Məmmədovun "Xudayar təsnifi" ifa edildi, solistlər : Ülkər Abdullayeva, ikinci Qarabağ müharibəsinin iştirakçıları,qazilər Sevindik Abbasov, Elmir Səfərli,“Sən gəlməz oldun” ,solist -Mustafa Mirzəyev.“ Həsrətindən” -Şəfiqə Axundova solist -İbrahim Cabbarov,Anxel kabral -”La foule” Solist Xəyal Əliyev, Damian Baez Qalovan -”Vinimos Del Mar” solist Nurəddin Tağıyev, “Çinar və mən” solist Nigar Həşimzadə, “Kompozisiya” Solist -Fəqan Ələsgərov, “Vətənə doğru” bəstəkar Pikə Axundova,solistlər Zərrin Muradova, Fəqan Ələsgərov, prezident təqaüdçüsü Hüseyn Nağıyev,Məhəmməd Hidayətli. əsərləri ifa edildi.
    Azərbaycan Milli Konservatoriyasının Aysel Bağırovanın rəhbərlik etdiyi "Buta Xalq Çalğı Alətləri" Orkestrinin Konsert proqramı Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi,idarə heyəti, müəllim və tələbələr tərəfindən gözəl qarşılandı. Qeyd etməliyik ki,konsertdə İfa olunan bütün əsərlər Aysel Bağırova tərəfindən orkestr üçün işlənilib.
    Konsertin sonunda həmişə olduğu kimi Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimiyə söz verildi. O Aysel Bağırovaya, istedadlı tələbələrə təşəkkür edib, onlarla fəxr etdiyini bildirdi. Bu gözəl kollektivin gələcəkdə Azərbaycan Milli Konservatoriyasını digər səhnələrdə təmsil edəcəyinə dair əminliklə danışdı.
    Konsertin yüksək səviyyədə ərsəyə gəlməyində böyük əzm göstərmiş Aysel Bağırovaya uğurlar diləyirik.

Комментарии • 2

  • @xezer.medeniyyet.kanali
    @xezer.medeniyyet.kanali 8 месяцев назад +2

    Siyavuş müəllim demişkən, çox gözəl atmosver idi. Gözəl konsert idi. Amma gərək boşluqları montaj edib götürəydiniz. Amma belə də gözəldi. əsas odur ki, virtual da olsa konsertdən zövq aldım. Allah sizi qorusun !

  • @LaleMirzeyeva-v3s
    @LaleMirzeyeva-v3s 7 месяцев назад +1

    👏👍