Yeni tikiliyə qaz çəkdirmək üçün hansı şərtlər lazımdır?

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • Ölkəmizdə qazla bağlı aktual məsələlərdən biri də, yeni tikilən evlərin qazlaşdırılmasıdır. Qaz istehlakçısına çevrilmək üçün vətəndaş müəyyən mərhələlərdən keçməli, qazlaşdırma prosesinin tələb etdiyi şərtlərə əməl etməlidir. Qazlaşdırma prosesi və onun mərhələləri haqqında ətraflı məlumatı Sokar "Azəriqaz" İB-nin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov verir:
    Qazlaşdırma prosesini həyata keçirən podratçı şirkətin əməkdaşlarına da el arasında “qaz idarəsindən gəliblər” deyirlər. Əslində, onlar kimdir?
    “Küçə xətti”nin çəkilməsi yaşayış massivinin planlamasına daxil edilir. Lakin planlamadan kənar, pərakəndə şəkildə tikilən evlər də var ki, onların qazlaşdırılması vətəndaşın öz sifarişinə əsaslanır. “Azəriqaz” İB-ndən Teymur Cəfərov bu məqama da toxunub:
    Vətəndaş sifarişlərinin “ASAN xidmət” vasitəsilə qeydə alınıb, qəbul edilib, həyata keçirilməsi mümkündürmü? Müsahibimiz bu suala da aydınlıq gətirib:
    Fərdi yaşayış evlərinin qazlaşdırılması prosesində qiymətlərin təyin edilməsi müxtəlif faktorlardan asılıdır. Teymur Cəfərov həmin faktorları belə sıralayır:
    Qazlaşdırma üçün müraciət edən vətəndaş prosesin tez və asan şəkildə başa çatması arzusundadır. Lakin bəzən prosesin başlanması müəyyən maneələrə rast gəlir. Bu maneələrin ən birincisi tələb edilən sənədlərdir.
    Sənədsiz şəkildə tikilən gecəqonduların sahibləri də ocaqlarının yanmasını arzu edirlər. Torpaq sahəsi, ev, mülkiyyət barədə sənədləri olmadan bu, mümkündürmü? Sualı “Azəriqaz” İB-ndən şöbə rəisi Teymur Cəfərov cavablayır:
    Qaz istehlakçısı olmaq təbii sərvətləri içərisində qaz olan ölkənin hər bir vətəndaşının haqqıdır. Sadəcə, vətəndaş öz məsuliyyətini dərk etməli, ölkənin qanunvericiliyində nəzərdə tutulan qaydaları bilməlidir.

Комментарии • 27