Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verildi

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • Həyəcan, stress və qorxu - bütün bunlar bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün təşkil edilən müsahibə mərhələsinə qatılmış müəllimliyə namizədlərin üzündən oxunurdu.
    APA TV xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən imtahan - müsahibə Texniki Universitetin geniş idman zalında COVID-19 pandemiyasının qaydalarına uyğun şəkildə təşkil edilib. İmtahan binasına daxil olan hər bir namizədin hərarəti yoxlanılır, müəyyən dezinfeksiya işləri aparılır və maska və COVID-19 pasportu yoxlanıldıqdan sonra imtahan zalına qəbul edilir.
    Texnologiya müəlliməsi üzrə müsahibəyə 53 balla qatılıram. Gələrkən özümlə əl işimi də gətirmişəm. Ümid edirəm ki, bəyənilər və müsahibəni uğurla başa vuraram. Düşünürəm ki, müəllim olsam mən öz sevdiyim peşəni şagirdlərimə də sevdirə biləcəm.
    Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli APA TV-yə bildirib ki, müsahibələrdə müsabiqədə iştirakla bağlı minimum keçid balını toplamış, vakansiya seçimi edərək öz ərizəsini təsdiq etmiş və proqram təminatı vasitəsi ilə yerləşdirmədə uğur qazanmış 4793 namizəd iştirak edəcək: “Bu gün müsabiqənin yekun - müsahibə mərhələsi alman dili, fransız dili, fizika, fiziki tərbiyə, kimya, riyaziyyat informatika fənləri üzrə keçiriləcək. 23 komissiyanın iştirakı təmin olunub. 4793 namizədin bölgüsünə baxdıqda qadınlar üstünlük təşkil edir. Təxminən bu 85-90 faizə bərabərdir. Eyni zamanda Azərbaycan bölməsindən olan namizədlər də üstünlük təşkil edir”.
    Avqustun 26-dək davam edəcək müsahibələr zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
    Artıq 6 namizədimizi müsahibə etmişik. Sevindirici haldır ki, yüksək bal toplamış namizədlər bu mərhələdə də özünü doğruldur. Məsuliyyətimiz böyükdür, düşünsək ki, hər bir müəllim faktoru insanın həyatına 5 yaşından daxil olur o səbəbdən müəllimlərin seçimi böyük məsuliyyətdir.
    - Hər il olduğu kimi, bu il də daha çox namizədlər paytaxt Bakının payına düşür. Daha sonrakı yerləri Laçın, Quba, Ağdan Təhsil Şöbələrinin tabeliyində olan təhsil müəssisələri tutur.
    - Fizika müəllimiyəm. Bu il MİQ imtahanında Xaçmaz rayonunda yerləşən məktəbə qəbul olmuşam. Müsabiqə gözəl keçdi. Sakit, səmimi münasibət oldu. Suallardan razı qaldım. Hesab edirəm ki, bu mərhələni də uğurla bitirəcəm.
    - 58 bal toplamışam və vakansiya seçimində uğuru nəticə əldə etmişəm. Bu imtahandan da uğur qazanacağıma əminəm, çünki verilən sualların hər birinə cavab verdim. Həm psixoloji, həm dünya görüşü, həm də ixtisasıma aid olan suallara cavab verdim. İnanıram ki qəbul olunacam.
    - 48 balla ötən mərhələni bitirmişəm. İmtahan olduqca şəffaf keçdi. Hazırda burda verilən suallara da cavab verdim. Ümid edirəm ki, bu imtahandan da keçəcəm.
    - Bu hələ ki yekun deyil, bu prosesdən sonra biz müddətli müqavilə ilə işə qəbul turlarına başlayacağıq. Bakı şəhəri üzrə 300-ə yaxın vakant yerin çıxarılması nəzərdə tutulur. Peşə təhsili üzrə müəssisələrdə ümumtəhsil fənləri üzrə 100-ə yaxın vakant yerin çıxarılması nəzərdə tutulur. Odur ki, namizədləri ümidsiz olmamağa çağırırıq.
    Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    #apatv #apaxeber

Комментарии • 24

  • @SahilhHuseynov
    @SahilhHuseynov 2 года назад +60

    Vallah milli məclisdə oturan 125 deputatdan bu qeder imtahan götürseler heç 20 deputat qalmaz

    • @kewd5041
      @kewd5041 2 года назад +2

      Möhtəşəm şərh ✌🏻

  • @melancholyman6495
    @melancholyman6495 Год назад +9

    Nə stress, ne qorxu.... Müəllim bu ölkədə ən yüksək təbəqədir və en yüksek maaş almalıdıır...

  • @zahmed5723
    @zahmed5723 2 года назад +29

    Müsahibədə komissiya üzvlərinin əksəriyyətinin üzündə nur yoxdu.Xüsusi zəhrimarlıq kriteriyasına görə seçiblər.Özləri hırnan zırı qanmır.Gəlib yüksək bal toplayan şəxsləri çək-çevirə salırlar

  • @kurxanlizamanlofficial2384
    @kurxanlizamanlofficial2384 Год назад +14

    400 manat maaş verəcəklər verməyəcəklər 50 000 dəfə imtahan edirlər. Universtitə qəbul olmaq üçün olan imtahanı başa düşürük. Universtetdə 4 il ərzində ildə 2 dəfə imtahan edirlər. Ayda 1 dəfə kollekvium təşkil edirlər. Ümumi yekunda diplomu almaq üçün birdə imtahan edirlər və savadının göstəricisi olaraq bu diplomu sənə verirlər. MİQ-də özlərinin verdikləri təhsilə şübhə ilə yanaşırlar yoxsa nədəndi bilmirəm, qayıdıb birdə hansı ixtisasın müəllimisənsə səni o fəndən imtahan edirlər. Və bu imtahan da onları qane eləmir. Birdə müsahibədə imtahan edirlər. Yəni ümumilikdə universitetdə aldığımız təhsil və diplom heçə sayılır. Yenə başa qayıdırıq. Bu necə təhsil sistemidi mən hələ də başa düşmürəm

  • @elvinnuhov2497
    @elvinnuhov2497 2 года назад +18

    Vala bilmirsiz necə zülüm edərsiz bu camaata imtahanın verib qurtarıb da birdə gəlib bu şifahi imtahan nədi bəsdirin

  • @narinshirin5982
    @narinshirin5982 3 года назад +20

    " Texnologiya müəlliməsi üzrə iş verdim"

  • @omerzakirov3127
    @omerzakirov3127 2 года назад +11

    Zulumnen imtanan kec, tezdende musahibeye gir

  • @aybenizeliyeva9761
    @aybenizeliyeva9761 2 года назад +3

    Heyecan stres qorxu özünüz dediyiniz kimi hamının üreyin aldınız bu cetin şerayitde .Kimi şeker xestesi kimi teziq xestesi qırın müellimleri

  • @sevincresidova9326
    @sevincresidova9326 4 месяца назад

    Deye bilersiz ne kiminsuallar verirler mende miqe hazirlasiram ibtidai uzre

  • @kewd5041
    @kewd5041 2 года назад +3

    Müsahibəyə imtahanda topladıqları bal yüksək olanlar çağrılır? Bilən varsa mənə yazsın zəhmət olmasa

  • @user-qh6nr8qx2z
    @user-qh6nr8qx2z 3 года назад +12

    Texnologiya fənni ləğv olunsa yaxşı olar.
    Mənasız fənndir

    • @kamalqarayev1104
      @kamalqarayev1104 3 года назад +7

      Çox böyük səhviniz var. Texnologiya fənninin saatı daha da artırılmalıdır. Əvvəllər əmək keçirilirdi,nə qədər yaxşı idi. Hamı sevərək gözləyirdi o dərsi.

    • @user-qh6nr8qx2z
      @user-qh6nr8qx2z 3 года назад +3

      @@kamalqarayev1104 əmək fənni də o vaxtı boş və mənasız idi.Texnologiya sadəcə büdcədən pul yemək variantıdı.

    • @kamalqarayev1104
      @kamalqarayev1104 3 года назад +7

      @@user-qh6nr8qx2z :bu sizin düşüncənizdir. Əmək insanı yaxşı mənada tərbiyələndirir. İndiki gənclərə baxın,bir də o fənnlərin dərin tədris olunduğu vaxtların insanına baxın.

    • @user-qh6nr8qx2z
      @user-qh6nr8qx2z 3 года назад +2

      @@kamalqarayev1104 sovet vaxtının əmək dərsi başqa idi.O vaxt əməyə maraq vardı.90 illərdən bu yana əmək dərsi yox vəziyətindədir."papağın" dəyişməklə olmur.o üzdən ləğv olunsa yaxşıdır

    • @Get243
      @Get243 2 года назад +8

      Həyəcan. Menim ixtisasım olmasada. Məncede uşaqlara çox lazımdı. Çox uşaq telden iqralardan başqa şey bilmir süni oyunlar və s. Onnan sa əməklə məşğul olsa yaxşıdı vacib dərsdən sonra. Ən vacibi sağlıqli məşğuliyyətdi