"Masal-mebelin" sərgüzəştləri

Поделиться
HTML-код
  • Опубликовано: 4 фев 2025
  • Həm istehsal müəssisəsi, həm də satış məntəqələri olan "Masal-mebel" şirkəti Masallı şəhərinin şəhid mayor Anar Novruzovun adını daşıyan küçədə yerləşir. Xammalı xaricdən və yerli məhsullardan əldə edir. O biri özəl təşkilatlarda olduğu kimi "Masal-mebel" şırkətində də işçilərin əksəriyyəti əmək müqaviləsi olmadan istismar edilir. Əmək müqaviləsi ilə işləyənlərə isə miniumum əmək haqqı sənədləşdirməklə əlavə paket şəklində verilir. Hər iki hal vergidən yayınmaq deməkdir. Bu harasıdır- Masallı rayonunun Köhnə Alvadı kəndinin ərazisində yerləşən Maisin kərpic zavodu deyilən obyekdə isə möhür və ştampilini olmayan əmək haqqı cədvəlinə imza atmaqla işçilər əmək haqqı alırlar.....? Bu gələn yazıların mövzusudur.
    "Masal-mebel" istehsal müəssisəsində işçilərə yeməkxana xidməti də var. Yeməkxana deyilən yerə atalar demişkən donuzu güclə də sala bilməzsən. Antisanitariya baş alıb gedir. Mətbəx və yemək otağında gəmircilər cövlan edir, həşarətlər meydan sulayır. Alınan ərzaqların mənşəyi bilinmir. Deyilənlərə görə hətta tez-tez işçilərdən zəhərlənənlər də olur. Görəsən əlaqədar təşkilatlar bu özəl sektorla maraqlanırlarmı?
    Ucuz işçi qüvvəsindən istifadə etməyə mahirdir bu təşkilat. İşçilərin əksəriyyəti digər dövlət müəssisələrində çalışanlardır. Düzdür, əmək məsəlləsinə görə bir şəxs üç müqavilə ilə işləyə bilər. Ancaq iş saatı üst-üstə düşməməlidir. Bu şirkətdə isə üst-üstə düşür iş saatı. Bəs bu necə ola bilər? Ya əmək müqaviləsiz, ya da çalışdıqları müəssisələrindən birinin rəhbəri onların əmək haqqın mənimsəyir.
    Konkret dövlət müəssisəsinin adı redaksiyaya məlumdur.
    Yerli xammalın mənbəyi Talış meşələridir. Uzunömürlü ağaclar məhv edilir. Deyilənə görə məhv edilən ağacların yerinə narkotik bitkilər əkilir. Bir tərəfdən meşə örtüyünü məhv edən "Masal-mebel" şirkətinin rəhbəri Adil Quliyev və onun şərik havadarları Ağadadaş Qaraşov, Siyasət Qarayev, digər tərəfdən mebel istehsal yerini narkotik satış bazarına çeviriblər.
    El arasında gəzən söz- söhbətə görə "Masal-mebel" şirkətinin rəhbərlərinə himayə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş bilənləridir.
    Xalqın Sizə belə bir sualı var!
    Siz var-dövlət qazanmaq üçün bütün qanunları pozub cinayət edirsiniz. Can sizin, cəhənnəm Tanrının. Axı niyə gənclərimizin həyatın məhv edirsiniz?

Комментарии •