Qobustan Rayon Qaracüzülü Kənd Sakini Cənab Prezidentə Müraciət Etdi

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • Qobustan rayon Qaracüzülü kənd sakini Hüseynov İbrahim Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovdan şikayətçidir. Vətəndaş iddia edir ki kənd sakinlərinin təşəbbüsü ilə Qaracüzülü kəndində şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksi inşa etmək qərarına gəliblər. Bunun üçün də yerli icra hakimiyyətindən "sözdə " icazə alınıb kompleksin yarıdan çox işi görülüb amma vətəndaş həmin bulağa su və ağac əkilməsi üçün icra başçısına müraciət etsə də Adil Məmmədov onu şəxsi kabinetindən dövlətə məxsus olan, xalqa xidmət etməli olduğu bir məkandan qovub bulağın inşasını dayandırıb və tapşırıq verərək bulağın üzərində dalğalanan şanlı üçrəngli bayrağımızı və qardaş Türkiyə respublikasının bayrağını götürdüb. Qaracüzülü kənd sakini Hüseynov İbrahim məsələ ilə bağlı videomüraciət edərək ölkə rəhbərliyinə müzəffər ali baş komandanımıza səslənib cənab prezidentdən kömək istəyib. Ümid edirik ki, məsələ ilə bağlı yerli icra hakimiyyəti və aidiyyatı qurumlar tədbir görəcək şanlı qüdrətli Azərbaycan və Türkiyə respublikasının bayrağının yenidən o müqəddəs məkanda şəhid bulağında dalğalanmasına və bulağın inşa işlərinin tamamlanmasına köməklik göstərəcəklər.

Комментарии •