Spiral ilə hamilə qalmaq - MÜMKÜNDÜR?

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • #Ginekoloq #Xəyalə #Hamiləlik
    Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq Xəyalə Təhməzi
    Tel: 055 882 38 34,
    077 312 38 34
    İnstaqram: www.instagram....
    Facebook: www.facebook.c...
    MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
    Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
    Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO
    Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
    Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
    Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan
    Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan
    Uşaqlıq daxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır.
    Bununla əlaqədar olaraq spiraldan istifadə edən bütün qadınlara uşaqlıq yolunun dərinliyində spiralın bığcıqlarını əl ilə yoxlayaraq ayda ən azı bir dəfə onun uşaqlıqda olmasını yoxlamaq tövsiyə olunur. Əgər əvvələr spiralın bığcıqları yaxşı hiss edilirdisə, indi onları hiss etmək olmursa ginekoloqa müraciət edilməlidir, çünki spiralın düşmə riski var.
    Spiral gəzdirdiyim zaman hamilə qaldığımı neçə öyrənə bilərəm?
    Hormonsuz uşaqlıq daxili spiralın gəzdirilməsi zamanı hamiləliyin olmasının əsas əlaməti aybaşıların 2-3 həftədən çox gecikməsidir.
    Əgər spiraldan istifadə edirsinizsə və uşaq gözlədiyinizi öyrənmisinizsə mümkün qədər tez həkimə müraciət edin. Uşağı saxlamağa qərar verdiyiniz təqdirdə həkim uşaqsalma riskini azaltmaq üçün spiralı çıxartmağa cəhd edə bilər.
    Buna baxmayaraq, bəzi hallarda həkim spiralı yerində saxlamağın daha təhlükəsiz olduğuna qərar verə bilər. Bir çox qadınlar spiralın uşağın bədəninə keçməsindən qorxurlar. Bu qorxular əsassızdır, çünki uşağın orqanizmi sıx qişa və amniotik maye ilə əhatə olunur.
    Spiral gələcəkdə hamilə qalma qabiliyyətini poza bilərmi?
    Uşaqlıq daxili spiralların hamiləliyin qarşısını alma effekti asanlıqla geri qaytarıla biləndir və onların uşaqlıq boşluğundan çıxarılmasından sonra tez bir zamanda yoxa çıxır. Spiralın çıxarılmasından sonra 1 il ərzində hamiləliyin əmələ gəlmə ehtimalı 96% çatır.
    Spiral çıxarıldıqdan sonra menstrual dövrə 1 ay ərzində normallaşır, uşaqlıq isə 1-3 ay ərzində tam bərpa olunur.
    Spiralın gəzdirilməsi zamanı inkişafı artan bəzi cinsi infeksiyalar (məsələn, xlamidioz) spiralın çıxarılmasından sonra uşaq dünyaya gətirməkdə çətinliklər yarada bilər və hətta sonsuzluğa gətirib çıxara bilər (baxın: Sonsuzluq). Bununla əlaqədar hələ uşaqları olmayan və ya uşaq dünyaya gətirməkdə əvvələr problemləri olan qadınlara spirallar tövsiyə olunmur. Amma yenə də spiral çıxarıldıqdan sonra hamilə qalma qabiliyyətinin uzun müddətli pozuntusu çox nadir hallarda müşahidə olunur.
    Hamiləliyin planlaşdırılması uşaqlıq daxili spiralın çıxarılmasından artıq bir ay sonra mümkündür.
    Təxminən halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir.
    Spiral yerini dəyişdikdə və ya uşaqlıqdan düşdükdə hamiləliyin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusən aybaşılardan sonra spiralın uşaqlıq boşluğundan qopmuş toxumalar ilə birlikdə tullanması zamanı tez-tez baş verə bilər.

Комментарии • 4

  • @ebulfezquliyev7752
    @ebulfezquliyev7752 9 месяцев назад +1

    Salam eziz doktor spiral var mende 3 ildi qoydurmusam 2ildi ilde bir defe iki defe gecikme olur 1 hefde yad sonra yene aybasi oluram bu normal bir haldimi ya nece?

    • @zaminnezirov7528
      @zaminnezirov7528 8 месяцев назад

      olur o qorxma mendede var spral geckmede olur

    • @cinarvliyeva1061
      @cinarvliyeva1061 3 месяца назад

      Spraldan soram 3aydı olmur aybaşı normldı?

  • @user-zy9kt5me4m
    @user-zy9kt5me4m 6 месяцев назад +1

    Sprial olduğu halda hamiləliyi davam etdirmək olurmu?