Azərbaycanda ƏN SİRLİ Yer: Görün Niyə GİRİŞ QADAĞANDIR?

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2023
  • #azerbaycan #baku #maraqlı
    Azərbaycanda bəzi yerlərə giriş faktiki olaraq qadağan edilib.
    Bu sirli yerlərdə nələr olması haqqında müxtəlif fikirlər var.
    Bəs, görəsən girişinə qadağa qoyulan yerlərdə nələr var?
    Yerin Qulağı yutub kanalı ölkəmizdə giriş qadağa olunmuş yerlərin adını açıqlayır:
    Diqqətiniz bizdə olsun.
    1. Nargin adası -
    Azərbaycan tarixinin ən qanlı məkanlarından olan Nargin adasına girişə icazə yoxdur. Bura həm də kabus adası deyirlər.
    Nargin adası yeni adı ilə Böyük Zirə adası Bakı buxtasını sərt Xəzər rüzgarlarından qoruyan təbii dalğaqıran rolunu oynayır. Bu ada tariximizdə də özünəməxsus yerini qoruyur.
    Ada Şirvanşahlar dövlətinin yaranması və süqutuna, general Sisianovun qətlinə, rus kazaklarının Bakı küçələrində at çapmasına şahidlik edib. Deyilənə görə, Böyük Zirə adasına ikinci adı Rusiya çarı Böyük Pyotr verib.
    Birinci Dünya müharibəsi dövründə əsir düşən əsgər və zabitlər bura sürgün edilib və güllələnib. SSRİ-nin repressiya dönəmində onlarla soydaşımız bura sürgün edilib. Hətta görkəmli şairimiz Mikayıl Müşfiqin də bu adada güllələndiyi və nəşinin dənizə atıldığı qeyd edilir. Həmçinin bildirilir ki, burada əsirlərə dəhşətli işgəncələr verilib. Kimsəsiz uşaqlar toplu halda dənizə atılıblar.
    1917-ci ildə Nəriman Nərimanov adaya baş çəkir. O, xatirələrində yazır ki, adada hər gün vəba və digər xəstəliklərdən 40-45 nəfər ölür.
    Bəs dövlət niyə həmin adaya girişə qadağa qoyub?
    Bu gün Böyük Zirə adası Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Bakı buxtasına girişə buradan nəzarət edilir. Nargin adasına giriş bütün vətəndaşlar üçün bağlıdır. Amma bir çoxları bunu başa düşmür. Hərbçilər isə balıq ovçularını, macəra həvəskarlarını tez-tez adadan qovmaq məcburiyyətində qalırlar.
    Adadakı daşlarda və qayalarda o illərə aid bir sıra xatirələr qalıb. Əsirlər daşlara və qayalara doğulduqları yerlərin adı ilə yanaşı, öz adlarını da cızıblar. Ada Bakının hava hücumundan müdafiə bazasına çevrildikdən sonra da bu abidələr öz varlığını tarixin canlı şahidi kimi qorumaqda davam edir.
    Yeraltı daxma və qazamatlar beton istehkamlara çevrilib ki, aviasiya bombalarının zərbələrinə tab gətirsin. Amma zaman öz işini görüb. İndi adada nə vaxtsa keçilməz sayılan istehkamların dağıntıları qalır.
    Tədqiqatçılar bildirirlər ki, Abşeronu, Bakını, Sumqayıtı qorumaq üçün çox mühüm strateji mövqedir.
    2. Çilov adası -
    Çilov adası Abşeron Yarmadasından 25 kilometr, Bakı şəhərindən isə 100 kilomter aralıda yerləşir. Məlumata görə adanın uzunluğu 4,5 eni isə 3,3 kilomterdir. Adaya sərbəst giriş qadağan edilib.
    Rus admiralı Mark Voyjonic Xəzər dənizinə 1781-ci ildə etdiyi ekspedisiya zamanı adada olmuşdur. 1950-ci illərdə adada hava hücumundan müdafiə hərbi hissəsi yerləşirdi, buradan Bakının şərq hissədən hava hücumundan müdafiəsi təşkil edilirdi. Bu məqsədlə adada C75 zenit-raket kompleksi yerləşdirilmişdi.
    1992-93-cü illərdə Rusiya qoşunlarını adadan tamamilə çıxarılmışdır.
    Çilov adasının özünün gəzməli yerləri var. Burada insanlar arasında "Urnos" deyilən yer var, uzun buruna oxşadığı üçün ona belə ad verilib. Əsasən, yay aylarında şagirdlər ora piknik və ekskursiyaya gedirlər. Burada həmçinin, tarixi 1800-cü ilə qədər çatan mayak vardır. Oranı da görmək şagirdlər üçün maraqlıdır.
  • НаукаНаука

Комментарии • 60

  • @yeringulagi
    @yeringulagi  7 месяцев назад +5

    Daha bir maraqlı video ilə qarşınızdayıq. Girişi qadağan olunan yerlər - Bu cür başqa yerlər tanıyırsızmı? Fikirləriniz maraqlıdır

    • @gundelikteleqraf6448
      @gundelikteleqraf6448 7 месяцев назад +1

      maraqlıdı

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад

      elədi@@gundelikteleqraf6448

    • @smsyagmur1075
      @smsyagmur1075 4 месяца назад +1

      Xəritədə Bakı-Şamaxı-Yevlax yolunun solunda Cəngi tərəfdə solda bir gəribə işarə görüntülənir yandeks xəritədə sputnikdə görünür, dairənin içində üst-üstə iki bırabərbucaqlı üçbucaq və altı ortası oyuq təpəcoklər. Qəribə və vahimə yaradan görüntü. Nə ola bilər bu?...

    • @yeringulagi
      @yeringulagi  4 месяца назад +1

      Salam. O ərazi məşhur qəzalar olan yerdir@@smsyagmur1075

    • @smsyagmur1075
      @smsyagmur1075 4 месяца назад

      ​@@yeringulagi Hmm...(((
      Sirli və qorxunc

  • @littleangel8554
    @littleangel8554 7 месяцев назад +8

    Oralari cox yaxşi vəziyyətə salmaq olar. Gözəl evlər, kurort sanotoriyalari etmək olar. Şəhərdə sixliq azalar. Oralarin xarabalığ vəziyyətdə qalmasinin nə mənasi var.

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад +1

      Salam, gözəl dediz. Görəsən niyə etmirlər?

    • @littleangel8554
      @littleangel8554 7 месяцев назад +1

      @@yeringulagi Ola bilər ki, nə vaxtsa oralarda da gözəl şərait olsun. Əlbət nəsə bir Sir olaraq, vaxti deyil.😇

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад

      doğru@@littleangel8554

    • @elmiramuradova561
      @elmiramuradova561 7 месяцев назад +1

      Çox pis yerdir. Nə sanatoriy? O gədər adam orda òldùrùblər,onları ruhu səkitləşmir.

    • @elmiramuradova561
      @elmiramuradova561 7 месяцев назад +1

      ​@@yeringulagiona gòrə ki,siz savadsịz adam siz,əgər belə sual verirsiz. Başlayin kitablar oxumaqa.

  • @user-jz2yw4dj4c
    @user-jz2yw4dj4c 7 месяцев назад +7

    Heyif devletin başi qarişib aile ticaretine tariximiz yox olur 😔

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад +1

      Orda əsas pis oldum Mikayıl Müşfiqlə bağlı olan yerə...

    • @elmiramuradova561
      @elmiramuradova561 7 месяцев назад +1

      Nə gədər başsiz insan var bizdə.

    • @Gunes-sever
      @Gunes-sever 7 месяцев назад +1

      Bilsəz Azərbaycanda nə qədər tarixi yer var onların heç birini bilmirik çünkü məhv edirlər.Məsələ mən admindən Oğuzda tapılan qızıldan öküz maskalı mumyanı araştırmağını xaiş etmişdim,ama belə bir vidyo gəlmədi.Adı olub özü olmayan tarixi tapıntı.İnternetdə məqalə var ancaq nə foto nə vidyo yoxdur.Kimə aiddi,necoldu bilinmir

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад +1

      Salam. Qeydlərimdə var. Yazmışdız. Bir dəfə maraqlandım tapa bilmədim. Haradan məlumat tapa bilərəm?@@Gunes-sever

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад +1

      yenidən başladım araşdırmalara

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 7 месяцев назад +5

    Maraqlı yerdir

  • @parvizeus
    @parvizeus 7 месяцев назад +5

    çox maraqlıdır, Çilov adasında yaşayanlar ərzaq və s zəruri məhsullarla necə təmin olunur?

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад +2

      Salam. Qismət olar gedib oranı çəkib paylaşam

  • @Gunes-sever
    @Gunes-sever 7 месяцев назад +4

    insan ən vəhşi yaratıqdı😢

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад

      Maraqlıdı

    • @Gunes-sever
      @Gunes-sever 7 месяцев назад

      @@yeringulagi acınacaqlı😔

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 7 месяцев назад +1

    ALLAH sizdən razı olsun.

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад

      Salam. Sağolun diqqətiniz üçün

  • @fsanseyidova7882
    @fsanseyidova7882 7 месяцев назад +3

    Maraqlı idi

  • @IradeAbbasova-vu7we
    @IradeAbbasova-vu7we 4 месяца назад +3

    Eslinde orda muzey olmalidi gencler bilsin herweyi

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251 7 месяцев назад +2

    Nadir videolardandı.

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад

      Çox sağolun diqqətiniz üçün

  • @Valide1988
    @Valide1988 7 месяцев назад +5

    Yerin qulağı çox itidir. Maşallah hər şeyi bilir 😂

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад

      Salamlar olsun. Yerin də Qulağı var))

    • @elmiramuradova561
      @elmiramuradova561 7 месяцев назад +1

      ​@@yeringulagiYerin yaddaşi var.

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад

      gözəl dediz@@elmiramuradova561

  • @almatyalmaty9266
    @almatyalmaty9266 7 месяцев назад +3

    Тешеккюрлер .

    • @yeringulagi
      @yeringulagi  7 месяцев назад

      Salam. Sağolun siz də diqqətiniz üçün

  • @user-nu8rb1eb1i
    @user-nu8rb1eb1i Месяц назад +2

    Genotsid muzeyi

    • @yeringulagi
      @yeringulagi  Месяц назад +1

      ora üçün doğru nəsə edilməlidir, dünya görməlidir

  • @qrmzzona703
    @qrmzzona703 7 месяцев назад +1

    Nə maraqlıdı...

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 7 месяцев назад +3

    Bura kimlər girə bilir?