Yararsız vəziyyətdə olan məktəb: Valideynlər Baku TV-yə müraciət etdilər

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Yararsız vəziyyətdə olan məktəb: Valideynlər Baku TV-yə müraciət etdilər
    Şəmkir rayonunun Keçili kəndinin orta məktəbinin binası yararsız haldadır.
    İllərdir bu problemdən əziyyət çəkən kənd sakinləri Baku TV-yə bildiriblər ki, nə valideynlər uşaqlarını məktəbə göndərmək istəyir, nə də uşaqlar məktəbə getmək fikrindədir.
    Kənd dağətəyi ərazidə yerləşdiyindən qış aylarında vəziyyət daha da çətinləşir. Məktəbdə istilik sisteminin olmamasına görə odundan istifadə etmək məcburiyyətində qalırlar.
    Keçili kəndi Şəmkir rayonun ən böyük 5 yaşayış massivindən biridir. 1970-ci illərdə inşa edilən məktəbdə bu gün təxminən 600-dən artıq şagird təhsil alır. Hələ sovetlər dönəmində bir neçə kəndin şairdləri də bu tədris müəssisəsində təhsil alıblar. Məktəbin üzərindəki Plankənd adı da elə sovetlər dönəmindən qalıb. Kəndin adı 1994-cü ildə dəyişdirilsə də, deyəsən, aidiyyəti şəxslər 27 il ərzində bu lövhə ilə rastlaşmayıb.
    Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Keçili kənd orta məktəbinin təmir-tikinti işlərinə növbəti illərin investisiya proqramında baxılacaq.
    Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
    Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
    Facebookda səhifəmiz:
    / www.baku.tv
    / __baku_tv__
    baku.tv
    Kanalda bütün müəllif hüquqları qorunur.
    #BakuTv #Azerbaycan #trend

Комментарии • 15

  • @nrgizcamal9468
    @nrgizcamal9468 3 года назад +5

    Həmən kəndin sakini və bu məktəbin şagirdi olaraq demək istəyirəm ki,mən 1ci sinifdə oxuyanda hər il drektorumuz deyirdi "məktəbimiz gələn il təmir olacaq" məktəbi də bitirdim universitetə də daxil olmuşam 3-cü təhsilimi alıram hələ də bu gündədir.Çoxusu deyəcək əsas odur ki savadlı müəllim olsun,xeyr!Savadlı müəllim kimi səliqəli məktəb də hər şagidirin haqqıdır.

  • @ismaylzadexyal7665
    @ismaylzadexyal7665 3 года назад +3

    Gözümü açandan bu məktəbi necə görmüşəm elə də var.İnşallah səsinizi eşidib təmir edələr.

  • @samsunggalaxi6483
    @samsunggalaxi6483 3 года назад +1

    Bizim mektebin yaninda sukurludu

    • @rnblinkiyikidogdunneilla1786
      @rnblinkiyikidogdunneilla1786 3 года назад +1

      Bakının Digah qəsəbəsinin məktəbi də yararsız vəziyyətdədir xahiş edirik kömək edin

  • @Srxan-xq4ue
    @Srxan-xq4ue 3 года назад +1

    Düzətsinlər məktəbimizi

  • @user-rh4ew8xn6l
    @user-rh4ew8xn6l 3 года назад +2

    МЕХРИБАН ХАНЫМ ТИКИБ БУ МЕКТЕБИ. КОЗЕЛДИР.

  • @fritzeynalov7208
    @fritzeynalov7208 3 года назад

    İnşallah məktəbimiz yenidən təmir olunar

  • @gunaya1991
    @gunaya1991 10 месяцев назад

    Vəziyyət bu məktəbdə cox pisdi. Temir olunsa usaqlar mekdebe sevine sevine geder amma uşaqların coxu özləri bu məktəbə getmek istemiler sonra yoxlanış olanda deyiler niye şagirdlər azdi. Məs Məktəbin berbat gündə olmağına görə uşaqlar məktəbə getmək istəmirlər. ))).

  • @user-rh4ew8xn6l
    @user-rh4ew8xn6l 3 года назад +2

    БУРА АФРИКАДЫ

  • @aminhamin6262
    @aminhamin6262 3 года назад

    İnşallah səsimizi eşidələr

  • @rusm5476
    @rusm5476 4 месяца назад

    Tabaşir dövrü. Bəs deputatlar deyirdi ölkə Fransa ilə döyüşmək gücündədir sitatın sonu...

  • @muhammadalihasanov3705
    @muhammadalihasanov3705 3 года назад

    Zordu da hasadca qacriq aynadan