Pünhan Azim (HƏR GÜN BİR BEYT-VIII) Mirzə Ələkbər Sabir; Məhəmməd Füzuli (Mehrac mövzusunun izahı)

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • Hər gün bir beyt
    Allah hamının oruclarını və dualarını qəbul etsin.Bizi də dua edin.
    Siz də sevdiyiniz beytləri şərhi ilə birlikdə rəy bölməsində paylaşa bilərsiz.
    Xosrovi-hüsnün əzizim, sən imişsən taci,
    Xublar cümlə sənin dərgahinin möhtaci.
    Qabi qövseyi-qaşın, leylətül-əsra zülfün,
    Tapmısan mərtəbeyi-hüsndə sən meraci.
    Tökülüb zülfü-siyah arizi-alın üzrə,
    Kəbəyə çöl ərəbi mane olur hüccaci.
    Zairi-kuyinəm ey məh, qoy öpüm xalından,
    Həcəri öpməyənə xalq deməzlər haci.
    Kəc nigah ilə dələr bağrımızı müjganın,
    Bu ox atmağı kim öyrətdi sənə qıyğaci?
    Gecə-gündüz səri-kuyində sızıldar Sabir,
    Neyləsin, qovma qapından, kəsilib illaci.
    Mirzə Ələkbər Sabir
    Əşrəqət min fələkil-behcəti şəmsün və biha,
    Mələəl-aləmə nurən və sürurən və bəha.
    Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul,
    Oldu məhv öylə ki, xurşid şüaində Süha.
    Oldu bazari-cahan rövnəqi bir dürri-yetim
    Ki, degil iki cahan hasili ol dürrə bəha.
    Rütbeyi-hikməti-me’raci-kəmalinə görə,
    Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha.
    Münhiyi-mə’rifəti hal dililə daim,
    Qılır əhli-həqə əsrari-həqiqət inha.
    Necə təqrir edəyin vəsfini bir şahin kim,
    Ona vəssaf ola “Yasin”u müərrif - “Taha”.
    Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin,
    Bu təriqilə zəlalətdən özün eylə rəha!
    Şeyx Məhəmməd Füzuli
    Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın
    ®️AZİMİZM
    ©️Müəllif Hüquqları qorunur
    #meyxana #meyxanago #punhanalatavali #punhanazim #deyisme #2020 #trending #trend #azerbaycan

Комментарии • 8