Çar Rusiyasının çirkin Böyük Qarakilsə planı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Поделиться
HTML-код
  • Опубликовано: 18 окт 2024
  • Çar Rusiyasının çirkin Böyük Qarakilsə planı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində hayların mənəvi terrorunun, addəyişmə siyasətinin və tarixi saxtalaşdırma əməliyyatının tərkib hissəsinə çevrilən Böyük Qarakilsə rayonu haqqında süjet hazırlanıb.
    “Ermənilərin coğrafi terroru - itirilən izlər” adlı süjetdə Çar Rusiyasının Qafqazı zəbt etmək siyasəti nəticəsində erməni-hay adlı etnik toplumun regiona ayaq açması ilə bu bölgədə təkcə fiziki-mənəvi yox, həm də coğrafi terrorun gücləndiyi, bu çirkin planın Qərbi Azərbaycanın başqa məkanları kimi, Böyük Qarakilsə rayonunun timsalında özünü daha aydın göstərdiyi vurğulanır.
    Bildirilir ki, İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində yerləşən Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Qərbi Azərbaycanın Loru və Pəmbək mahalının bir hissəsi məhz Böyük Qarakilsə rayonunun ərazisinə düşür. Bu toponim alban məbədinin adı əsasında yaranıb. Tarixi mənbələrdə göstərildiyi kimi, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən iki min erməni havadarlarının himayəsinə keçdikdən sonra Loru-Pəmbək bölgəsində məskunlaşmağa başlayıb. Pəmbək çayının sağ sahilində yerləşən Qarakilsə kəndinin əsası 1828-ci ildə qoyulub.
    Diqqətə çatdırılır ki, 1980-ci ildə Böyük Qarakilsədə yaşayan əhalinin sayı 149 min olub və əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. 1988-ci ilə qədər azərbaycanlılar bu ərazidə yaşasa da, həmin ilin payızından yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bundan sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Böyük Qarakilsə rayonu üzrə 28 tarixi yer adları dəyişdirilib.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    Arzunun vaxtı ↵
    • ARZUNUN VAXTI
    Qapqara ↵
    • QAPQARA
    Aydın tarix ↵
    • AYDIN TARİX
    • "Boz qurd" artıq azadd...
    • Kərim Təkin öləcəyini ...
    • Varikoz - damar genişl...
    Çar Rusiyasının çirkin Böyük Qarakilsə planı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #QərbiAzərbaycanXronikası #Ermənilər #ÇarRusiyası #coğrafiterror #böyükqarakilsə #bakutv #azerbaycan #trend #sonxeber #xeber #haber #news #sondakika #новости #bakutvxeber #bakutvxəbərlər

Комментарии • 4