SON XƏBƏRLƏR: İtkin düşən hərbiçilərimizin meyitləri aşkarlandı, Vətəndaşlara xəbərdarlıq

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Xəbərləri ilk oxumaq üçün Abunə Ol
    ►►► Xəbərləri ilk oxumaq istəyirsən?
    ►►► Kanalımıza ABUNƏ olun
    ►►► Bildiriş olaraq gəlməsi üçün "zınqırov" işarəsinə vurun!
    Xəbərin mətni ⤵⤵⤵
    ► Növbədənkənar parlament seçkilərində 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
    O qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.
    “1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər isə imza vərəqələrini qaytarıb”, -
    2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb.
    Sherg TV "Report"a istinadən xəbər verir ki, Firdovsi Mayis oğlu Abdullayev və Fərid Əjdər oğlu Məmmədovun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb.
    Məlumata görə, hərbçi Firdovsi Mayis oğlu Abdullayev avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Fərid Əjdər oğlu Məmmədov Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.
    Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri - Fərid Məmmədovla Firdovsi Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.
    Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməməyə çağırıb.
    Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur- deyə məlumatda qeyd edilib.
    Hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.
    Eləcə də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını İsrailə səfər etməməyə çağırıb.
    "Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - deyə məlumatda qeyd olunub.
    Ermənistan Türkiyə ilə sərhəddəki "Marqara-Alican" nəzarət-buraxılış məntəqəsinin bu ölkəyə aid hissəsində təmir və təchizat işlərini başa çatdırıb.
    Bu barədə məlumat Ermənistanın mətbuatında yer alıb.
    Bildirilib ki, iki ölkənin hökumət rəsmiləri arasında əldə olunan razılaşmaya uyğun olaraq, məntəqə üçüncü ölkələrin diplomatik pasportlarına malik vətəndaşlarına xidmət göstərilməsi üçün hazır vəziyyətə gətirilib.
    Məlumata əsasən, rəsmi İrəvan hazırda analoji prosesin Türkiyə tərəfinin də həyata keçirməsini gözləyir.
    Qeyd edək ki, Türkiyə və Ermənistan rəsmiləri arasında keçirilən 5-ci görüşdə sözü gedən məntəqənin texniki imkanlarının qiymətləndirilməsi və “Akyaka-Axurik” dəmir yolunun üzərindəki sərhəd-keçid məntəqəsinin işə salınması ilə bağlı razılaşma əldə edilib.
    Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana işgüzar səfərə gedib.
    Sherg TV- nin TASS-a istinadən xəbərinə görə, səfər çərçivəsində bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub.
    Belə ki, S.Şoyqu adı çəkilən ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq. İran Prezidenti Məsud Pezeşkinanın da Şoyqunu qəbul edəcəyi vurğulanıb.
    Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi - təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər məsələlər müzakirə olunacaq.
    Avqustun 6-ı və 7-si gündüzdən 8-i axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
    Bildirilib ki, yağıntının qısamüddətli Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
    #azərbaycan #sondəqiqə #bakı #xəbərlər #qarabağ #gündəm #jurnalist #cinayət #şəhid #qazi

Комментарии • 2