Bakımız "Şakir ağa türbəsi" ( VLOG11 )
HTML-код
- Опубликовано: 7 фев 2025
- #ŞAKİRAĞATÜRBƏSİ #BAKIMIZ VLOG11
.
Bu dəfə üz tutduq Balaxanı kəndinə. Balaxanı kəndi təəsüratları həmişə düzü desəm məndə həmişə mənfi olub, yəni baxımsız bərdab bir kənd kimi təəsürat yaradırdı. Amma Balaxanı kəndinə girəndə sözün əsl mənasında sanki başqa bir dünyaya gəldiyini görürsən. Kənd çox möhtəşəm şəkildə restavratsiya olunmuş və çox möhtəşəmdir sözlə ifadə ediləsi deyil. Gedib görmək lazımdır. Bax buna görə alqış düşür!
.
Balaxanı kəndi neft məskəni kimi tanınmağına baxmayaraq burda gözəl tarixi abidələrimiz var ki və ideal vəziyyətdə qorunmaqda hətda göründüyü kimi mütəmadi baxımlar edilməkdədir.
.
Bu dəfəki çəkilişimizi Balaxanı qəbrstanlığında yerləşən Şakir ağa türbəsində etdik. Türbənin girişi bağlı olduğu üçün təəsüflər olsun ki içinə giriş edə bilmədik, sadəcə olaraq üst görüntüsü ilə kifayətlənməli olduq.
.
Şakir ağa türbəsi XV əsr memarlıq abidəsidir və abidənin kitabəsində onun 1427-1428-ci illərdə Miriraxur Şakir ağa ibn-mərhum Mürtəzanın sifarişi ilə inşa edildiyi qeyd edilmişdir. Maraqlısı odur ki türbə xaçvari formada inşa edilmişdir. Azərbaycanda ümumən xarici və daxili xaçvari inşa edilən ikinci belə abidə yoxdur. Türbə haqqında ümumən geniş bir informasiya yoxdur.
.
Türbənin tağlı giriş qapısının üstündə ərəbcə iki sətirlik kitabə var ki, mətni belə oxunur: “Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza əmr etmişdir. Səkkiz yüz otuz birinci il (831-1427/28)”. Başqa bir mənbədə deyilir ki, İbrahim Şirvanşahın vəziri 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı Şakir ağa türbəsi xalq arasında İmarət adlandırılır.
.
.
.
.
.
#weareRkM #baku #azerbaijan #trip #travel #aztagram #summer #2020 #travelmood #vlog #blog #veten #tarix #history #azerbaijanhistory #samsung #samsungaze #note9 #gopro #balaxanı #türbə #şakirağa
Vlog qısa olsada gözel idi . Hele şirin şekerinde vlogda olmagi super 🥰
Təşəkkürlər 😊
👍👍