Это видео недоступно.
Сожалеем об этом.

Mənim VİSAm (1-ci bölüm)

Поделиться
HTML-код
  • Опубликовано: 28 мар 2019
  • Gənclərin işsizliyinə bir çox səbəblər var, məsələn, xüsusi bacarıqların olmamaması, yanlış təhsil sistemi, əmək bazarı ehtiyacları (tələb) və təhsil sistemi (təklif) arasındakı uyğunsuzluqlar, özünə inamın olmaması və iş yeri strukturlarının yanlış qurulması və.s
    “Mənim VİSAm” verilişində karyerasını uğurla planlamış və inkişaf etdirmiş, artıq iş, biznes dünyasında vəzifə və nüfuz sahibi olan şəxslər öz bilik, bacarıq və təcrübələrindən danışırlar. Proqrama dəvət edilən qonaqlar karyera, karyera planlaması, əmək bazarı, karyera inkişafı, şəxsi inkişaf və.s bu kimi mövzularda onlara ünvanlanan sualları cavablandırırlar. Qeyd edək ki, verilişin adında olan və karyera planlamasında çox vacib sayılan “VİSA” anlayışın açıqlaması da məhz belədir:
    V alues - dəyərlər
    İ nterests - maraqlar
    S kills - bacarıqlar və qabiliyyətlər
    A ims - məqsədlər və hədəflər
    Maraqlısı budur ki, biz bu verilişdə VİSA-nı xaricə getmək, səyahət etmək üçün deyil də, real iş dünyasından gəlmiş qonaqlarımız vasitəsi ilə xoşbəxt, firavan, harmoniyalı və mənalı həyat qurmaq, ən əsası isə öz karyerasını qurmaq istəyən gənclərə kömək etmək üçün istifadə edirik.
    Verilişin ilk qonağı Bakı Mühəndislik Universitetinin Maliyyə ixtisasının tələbəsi, uğurlu gənc, sosial fəal İsa Zeynaldır. Qonağımız verilişdə aparıcının ona ünvanladığı sualları çox gözəl, maraqlı, səmimi, öyrədici və faydalı olacaq şəkildə cavablandırıb.
    Proqramın aparıcısı və Layihə rəhbəri: Tural Bədəlov

Комментарии • 3

  • @timkarzayev5527
    @timkarzayev5527 5 лет назад +1

    Gənclər üçün çox faydalı bir layihə olacaq. Layihə rəhbərinə, bu şansı yaradan hər kəsə xüsusi təşəkkürlər! Uğurlu olsun!

  • @mehribanaliyeva8849
    @mehribanaliyeva8849 5 лет назад +3

    👍👏

  • @ritaqurbanova4896
    @ritaqurbanova4896 5 лет назад +2

    😊