Allaha bəndəlik və Allahı tanımaq - Hacı Şahin - Allaha bəndəlik - 1

Поделиться
HTML-код
  • Опубликовано: 28 авг 2024
  • 🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    ✏️Allaha bəndəlik və Allahı tanımaq - Hacı Şahin - Allaha bəndəlik - 1
    Hədisin davamında, Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur:
    «Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan əvvəl heç bir şey yoxdur, yeganə və təkdir, bənzərsizdir, əbədidir, sonu yoxdur. Yeri və göyləri, onlarda və onların arasında olan hər şeyi O yaradıb. Allah mehriban olub, hər şeyi biləndir və hər bir işə qadirdir»(Nüsxənin belə bir şəkildə olması da ehtimal verilir: «O kəs ki, yeri və göyləri heç bir şeydən istifadə etmədən yaratdı».).
    Hədisin bu hissəsində ibadət və Allahı tanımağın ilkin mərhələsi haqqında söhbət edilir. Allaha mərifətin müxtəlif mərhələləri vardır, lakin Allaha bəndəçilikdə zəruri hesab olunan ilkin şey, Allahı icmali olaraq tanımaqdır. İnsan bilməlidir ki, Allah vardır və O, dünyanın və insanın yaradıcısıdır. Əgər insan bu tanışlığı əldə edə bilməsə, Allaha ibadət mərhələsinə yüksələ bilməz. Başqa sözlə desək, Allaha tərəf gedən yolda Allahı tanımaq ibadətdən öndə durur. Əlbəttə, son təkamül nöqtəsinə yetişmək istəyən insan, özünün bu seyrində mərifətin ən yüksək dərəcələrinə nail olur. Allahı tanımağın bu həddi Allah övliyalarına məxsus olub, böyük imtahanlar tələb edir. Bizim həmin həqiqətə yol tapmaq imkanımız yoxdur. İcmali olaraq bilirik ki, son mərifət nöqtəsi olduqca dəyərli və ali bir məqamdır və Allah övliyaları, mərifətə aparan yolun sonunda həmin dayanacağa çatırlar. Bu, Allaha ibadətin son mərhələsidir.
    İbadətin ilkin mərhələsinə qədəm qoyumuş insan üçün Allahın varlığı sabit olduqdan sonra Onun sifətləri və yaratdıqları barədə təfəkkür edilməlidir ki, həmin tanışlıq onun ürəyində möhkəm yer tutub, ancaq zehni tanışlıq həddində qalmasın. Daha doğrusu, həmin zehni tanışlıq canlı və fəal tanışlığa çevrilib, insanın rəftarına təsir göstərməlidir. Təfəkkürlə yanaşı olan tanışlığın bu mərhələsi «orta mərifət» adlandırılır. Orta mərifət öz növbəsində müxtəlif dərəcələrə və geniş üfüqlərə malikdir. İnsan ilahi ayələr üzərində təhlil aparıb təfəkkür etməklə və həmçinin, əməli ibadət yolu ilə bu mərtəbələrə yüksələ bilər.
    Deyilənlərdən belə aydın oldu ki, Allahın sifətləri və yaratdıqları üzərində dərindən düşünmək və həmçinin, Onu daha dəqiq tanımağa səy göstərmək, insanın ixtiyari ibadət və işlərindən sayılır. Bu gedişlə insanın əldə etdiyi tanışlıq, ibadətin müqəddimə və başlanğıcı hesab olunur. (İnsanın ilahi ayələr üzərində təfəkkür edib düşünməsi Allahı tanımağın «yaxın müqəddimə»si, bu barədə kitabları mütaliə edib dərs almaq isə «uzaq müqəddimə» adlanır).
    ✅ Rəsmi İnstagram linkimiz: bit.ly/39BPBD0
    ✅ Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    ✅ Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    ✅ Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    ✅ Rəsmi Instagram səhifəsi: / hacishahinh. .
    ✅ Mənbə: RUclips Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    ✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Admin Whatsapp +994-070-878-72-62
    ✅ISLAM TV Official
    🔔Abunə ol bit.ly/2uR7dZv

Комментарии • 27

  • @SeymurBayramov-pj3hb
    @SeymurBayramov-pj3hb 4 месяца назад

    Allah sənə rəhmət eləsin inşallah Hacı Şahin Əmi

  • @asimisayev1832
    @asimisayev1832 11 месяцев назад

    Allah Səni rəhmət eləsin haci Allahin istəyilə sənən cox birseylər orgəndik

  • @Yusifovaserqiye
    @Yusifovaserqiye 7 месяцев назад

    Allah.rəhmət.eyləsın.

  • @sirinekberov9919
    @sirinekberov9919 7 месяцев назад

    Allah sizə rəhmət eləsin Amin

  • @lalala7336
    @lalala7336 Год назад

    Hacıcan Allah səni əhli beytlə məşhur etsin inşəAllah

  • @lmanovaalmas5101
    @lmanovaalmas5101 3 года назад +5

    Allah razi olsun allah zehninə qüvvət versin inşəllah🇦🇿🇦🇿🇦🇿🕋🕋🕋👍🇦🇿

  • @sadilmemmedov815
    @sadilmemmedov815 3 года назад +1

    Allah razı olsun haci

  • @user-vw6do9qe6b
    @user-vw6do9qe6b 3 года назад +1

    ALLAH RAZİ OLSUN COK GÜZEL

  • @elnurhesenov3436
    @elnurhesenov3436 3 года назад +3

    Allah razi olsun heci.Allah bizleri ona layiqli qullarinan qerar versin insAllah Amin 🤲🏻

  • @amanamutallimova1801
    @amanamutallimova1801 3 года назад +4

    Шукур Ки гардашмызын калмалари бизларада гисмат олур Аллах сизлари гурусун пахылара ланатлар амин.

  • @seidqahramanov224
    @seidqahramanov224 3 года назад +1

    ALLAH ŞÜKÜRLƏR OLSUN bizləri heç vaxt yaddan çıxartmır daim ALLAHIN yada salaq

  • @sebineceferova2874
    @sebineceferova2874 3 года назад +2

    ❤️ Allah ❤️

  • @sebineceferova2874
    @sebineceferova2874 3 года назад +1

    ♥️🕋♥️

  • @sebineceferova2874
    @sebineceferova2874 3 года назад +1

    ❤️

  • @azadahmadov_us
    @azadahmadov_us 3 года назад +1

    Çox gözəl,Allah razı olsun.

  • @Mustafayeva2409
    @Mustafayeva2409 3 года назад +3

    🤲🤲🤲

  • @faiqmamedov6408
    @faiqmamedov6408 3 года назад +1

    🙏🙏🙏

  • @sevincebdulezimzade8411
    @sevincebdulezimzade8411 3 года назад

    Allah sizdən razı olsun Hacı.Eger biz ətrafımızdakı pis insanlari yola veririksə onda biz riyakar sayılırdıq?

  • @gunelmehtizade7232
    @gunelmehtizade7232 3 года назад

    Salam. Bəlkə də yeri deyil ama bir sualım var. Dində namazları birləşdirib qılmağa icazə varmı? Mən gündə 5 dəfə şiə namazı qılıram.Bəzən işim olanda birləşdirib 3 dəfə qılıram ama ürəyim rahat olmur. Bilmək istəyirəm namazları birləşdirib qılmaq düzgündür ya yox. Bu haqda düzgün məlumatı olan varsa xahiş edirəm cavab versin.

    • @ayshennabiyeva6555
      @ayshennabiyeva6555 3 года назад

      salam.Düzgün deyil birleşdirib qılmaq,ama 5 defe alınmırsa heç qılmamaqdan yaxşıdı 3 defe qılmaq.Allah görür ki alınmır ya işe göre ya başqa bir şey. Ama bele bir cümle eşitmişdim,eger namazlarını işine göre qıla bilmirsense vaxtı vaxtında onda işini deyiş.

    • @sahinmcidov5406
      @sahinmcidov5406 3 года назад

      @@ayshennabiyeva6555 Nece isimi deyisim?? Muellim isleyirem, Neyleyim, isden cixim, gefim talkuckada corab satim ki, istediyim vaxt gedim namaz gilim??? Bilmediyin cavabi yazma,,,,,,,

    • @HaqqEliilediElideHaqqile.6580
      @HaqqEliilediElideHaqqile.6580 3 года назад

      Aisha Life Vlog olar doqrudu. sef etmiremse qurandada var bu

    • @HaqqEliilediElideHaqqile.6580
      @HaqqEliilediElideHaqqile.6580 3 года назад +1

      Aisha Life Vlog sub namazi sora
      zohur esir arasinda fasile verilir yeni zohuru qildin dua et zikr et, sora dur esiri qil... hemcinin samla xiftende bucurdur kim deyir ki olmaz sef edir. olar bu qurandada var...

    • @HaqqEliilediElideHaqqile.6580
      @HaqqEliilediElideHaqqile.6580 3 года назад +1

      Günel Mehtizade olar mende sieyem 3 vaxt qiliram esas odur qezaya vermirsen vaxtinda qilirsan

  • @sahinmcidov5406
    @sahinmcidov5406 3 года назад

    Haci 1 sual; ALLAHin insana ne ehtiyaci var idi ki, onu yaradib?? Yaradmisdi yeri, goyu, denizler hamisida onun goydugu ganunnan gedirdi, Melekleri de ibadetlerin edirdi, Bir Adem yaratdi, onun da bendeleri az galib ki, yer uzun dagitsinlar, bu atomlarnan, kimyevi silahlarnan, Goye, yere, denizlere tezig edir bu insan,,Coxusu da hec ibadet elemir, Galan canlilar ise onun goydugu ganunnan yadayir, tekce Ademin balalarindan basda,,, Gerek Hevvanin adi ,,Sona,, olaydi,