Laylay ( Vasif Adıgözəlov) tarzən Rövşən Zamanov

Поделиться
HTML-код
  • Опубликовано: 9 сен 2024
  • Tarzən Rövşən Zamanovun videotekasından
    "Rəsul Rzanın poeziya dünyası və fəlsəfəsi" adlı ədəbi-bədii görüş keçirilib.
    Göyçay rayonunda "Rəsul Rzanın poeziya dünyası və fəlsəfəsi" adlı ədəbi-bədii görüş keçirilib. Rəsul Rza adına ev muzeyində təşkil edilən görüşdə yazıçı -puplisist, AJB-nın üzvü, "Qızıl qələm" və "Ali Media Mükafatı" laureatı, "Ədalət" qəzeti baş redaktorunun regionlar üzrə müavini Məzahir Əhmədoğlu, şair - puplisist, pedaqoq, Əməkdar müəllim, AYB-nın üzvü Adil Məmməd, tarzən - pedaqoq Rövşən Zamanov, müstəqil jurnalist, araşdırmaçı Günel İsayeva, televiziya işçisi, prodüser, kinoman Vasif Ayan, tərcüməçi Mürsəl Zamanov və muzeyin əməkdaşları iştirak edib. Tədbiri bəlağətli giriş nitqi ilə açan Adil Məmməd Rəsul Rza yaradıcılığına nəzər salaraq onun ədəbi - bədii külliyyatının dərin xəzinə olduğunu bildirdi. Lirik-epik səpkidə yazdığı şeirlərinin çoxunda dərin fəlsəfə, zəngin mədəniyyət, ülvi sevgi varlığını, eləcə də çatışmazlıqları hədəfə alan sətiraltı məna yatdığını nümunələr əsasında diqqətə çatdırdı. Rəsul Rzanı Azərbaycan ədəbiyyatının görkəmli simalarından sayan pedaqoq onun yaradıcılığının böyüklüyünü indiyə qədər aparılan çoxsaylı filoloji təhlilərdə fərqli nüans və yeniliklərin üzə çıxmasında, dərin fəlsəfi məzmun daşıması ilə əlaqələndirdi. Poeziyasının əsasən vətənpərvərlik, sevgi və fəlsəfi məzmun daşıdığını qeyd edən, Rəsul Rzanın yaradıcılıq və şəxsiyyətindən söz açan jurnalist Məzahir Əhmədoğlu da onunla bağlı xoş xatirələrindən danışdı. Rəsul Rza və həyat yoldaşı Nigar Rəfibəylinin bir-birinə olan saf sevgisi, Göyçayda keçirdiyi görüşlər, etdiyi söhbətlər və xoş düşüncələri barədə gerçək faktlar əsasında söhbət açdı, o dövrə qısa tarixi ekskursiya etdi. Digər iştirakçılar da görüşdə Rəsul Rza yaradıcılığına işıq salıb, onun ədəbiyyat tarixində tutduğu mövqedən söhbət açdılar. Qeyd edək ki, ədəbi-görüş məşhur tarzən, pedaqoq Rövşən Zamanovun tarda ifaları ilə müşahidə edilirdi. Tarzən Rəsul Rza şeirlərinə bəstələnən musiqiləri tarda dilləndirərək söhbətə xoş ovqat qatırdı.
    "Laylay"
    bəstəkar: Vasif Adıgözəlov
    Məkan: Göyçay rayon Rəsul Rza ev muzeyi
    Tarix: 15.08.2023.
    #rövşənzamanov
    #rovshanzamanov
    #vasifadıgözəlov
    #laylay

    Azerbaijan Tar player, musician Rovshan Zamanov
    Азербайджанский музыкант , тарист

Комментарии • 7

  • @sudabeservi5107
    @sudabeservi5107 9 месяцев назад +4

    Dəyərli Göyçaylılarımıza Salam olsun!!

  • @user-xq5fb6gh4m
    @user-xq5fb6gh4m 9 месяцев назад +4

    Əllərivə sagliq baba

  • @fuadagarhimov9985
    @fuadagarhimov9985 9 месяцев назад +3

    maşallah olsun sizə həmişə zirvədə olasınız amin inşallah qardaş

  • @firangiznasirova4831
    @firangiznasirova4831 9 месяцев назад +3

    Əllərinizə sağlıq,yorulmayasız

  • @DXT-09
    @DXT-09 9 месяцев назад +3

    👍

  • @sudabeservi5107
    @sudabeservi5107 9 месяцев назад +2

    Möhtəşəm!! Var olun, sənətkar! ❤

    • @rovshanzamanov
      @rovshanzamanov  9 месяцев назад +1

      Çox təşəkkürlər edirəm əziz Südabə xanım. Var olun!