Xanım diktorla şaiyəsi çıxan, Elçibəylə dost olan Akif İslamzadə - Onu zəhərləyiblər?

Поделиться
HTML-код
  • Опубликовано: 8 фев 2025
  • Bir zamanların ən sevimli müğənnisi, ən bahalı toy müğənnisi, ən yaraşıqlı sənət adamı idi. Günlərin biri səsi onu bu amansız dünyada tək qoyub qeybə çəkildi. İnsanlar dei ki, onu zəhərləyiblər. Bəs, əslində nə baş vermişdi? Sevimli silahı Əlindən çıxan qəhrəmanımız, dünyaya necə tutundu? Biri var, xoşbəxt vaxtlarında ötən günlərini arzulayan, sonra taleyilə barışan Akif İslamzadə...
    Akif Qədir oğlu İslamzadə 1948-ci il avqustun 8-də Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır.
    İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə ilk peşəkar ifasını 24 yaşında edir. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirir. İxtisasca istehlakçı mühasibdir.
    1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. "Sarı gəlin", "Bu gecə", “Gəl, qaytar eşqimi”, Alagözlüm və başqa mahnıları uzun illərdir dinləyicilərin dilindən düşmür.
    Sinxron
    120-dən çox mahnının ifaçısı olan sənətkar 1987-ci ildə səsini itirir. Qəfil baş verən bu hadisədən sonra müxtəlif şayiələr yayılır. Deyilənlərə görə, düşmənləri müğənnini zəhərləmək məqsədi ilə onun içkisinə nə isə qatırlar. Ancaq bu zəhər xanəndəni öldürmür, onun səsinə mənfi təsir edir.
    Ancaq özü bu kimi suallaracavab verərkən deyir ki, zəhərlənmədən söhbət gedə bilməz. Bu bir qəza idi. Mən qədərə inanıram. Səmimi deyirəm ki, illər keçəndən sonra düşünürəm ki, yaxşısı bu imiş.
    Çox ağır günlər yaşayan Akif İslamzadə Moskvada müayinə olunur. Ona həkimlər xərçəng diaqnozu qoyur. Daha sonra müğənninin səs tellərindən biri əməliyyat olunaraq çıxarılır. Həmin günləri müğənni belə xatırlayır:
    "1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular - bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra, ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu. Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra illərdir ki, yaşayıram. Əməliyyat olundum, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur".
    Müğənni dövrünün ən gözəl geyinən kişi sənətkarlardan olub. O zamanlar pal-paltar “defisit” idi, indiki kimi bolluq yox idi. Müğənni toydan qazandığı pulları Moskvaya aparıb dollara dəyişir, dollarla xarici ölkələrdən özünə paltarlar sifariş edirmiş.
    Heç vaxt ifa etdiyi mahnılara nə efir, nə də radio vasitəsi ilə qulaq asmayıb.
    Ona ən böyük uğuru 1982-ci ildə ifa etdiyi sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsus olan “Alagözlüm” mahnısı olub. Bu mahnının isə çox həzin tarixi olub. Belə ki, həmin dövrdə Rəsul Rza dünyasını dəyişir. Nigar xanım özü də ağır xəstə olduğundan və xəstəxanada yatdığından ərinin ölümünü ondan gizlədirlər. Onun könlünü almaq üçün Emin Sabitoğlu Nigar Rəfibəylinin sözlərinə bu mahnını bəstələyir. Musiqi hazır olan kimi isə Nigar xanım onu Akifin oxumasını arzulayır. Akif bəy bu haqda deyir:
    Müğənni 3 il öncə verdiyi müsahibələrinin birində televiziyalar haqqında deyir:
    “Azərbaycanı toyxanaya çevirmək kimə lazımdır? Qadınlarımız haqqında heç danışmalı deyil. Elə bil, arvad toyxanasından bu dəqiqə çıxıb gəliblər. Kimsə uşağını atıb gedib, efirə çıxarıb onu müzakirə edirlər. Fahişəlik bizim ayağımıza yazılıb? Bu nə məsələdir? Televiziyanın başında duranlar, veriliş aparanlar fikirləşmirlər ki, bu millətə nə verirlər? Əgər aparıcı qadının yataq otağına girirsə, fikirləşirəm ki, o, ana-bacısının da yataq otağına girib. Başqa cür ola bilməz. Bəşər tarixində hələ belə mənəviyyatsız dövr olmayıb. Bütün əlamətlər var. Yəqin ki, İsa peyğəmbərin zühurunu görəcəksiniz. Allahsızlıq var, cadu var, nadanlıq var. Hər şey var, hər şey...
    Birini insanlara sevdirən tərəfi itən kimi o insandan hamı üz döndrir. Çünki o, məhz həmin yönü ilə insanların sevgisini qazanmışdı. Akif İslamzadə də səsi ilə şöhrətlənmiş, qəlblərə yol tapmışdı. Lakin gün gəldi, onun sevimli silahı əlindn çıxdı. Lakin o, səssiz də, susqunluğu ilə, səsinin tərk etdiyi cismi ilə də sevildi və sevilir. Çünki onun səsi sinəsindn uçub gedəndə bağrı bayquş yuvası kimi tənha qalmadı, həmin boşluğu bir göz qırpımında ilahi eşq doldurdu. Akif İslamzadəni yaşadan da məhz o eşqdir...

Комментарии • 389