Это видео недоступно.
Сожалеем об этом.

ŞAD XƏBƏR! SMS icazə bitdi - çimərliklər açıldı, amma... karantin / Günün xeberleri

Поделиться
HTML-код
  • Опубликовано: 2 авг 2020
  • Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilmişdir.
    * 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.
    *Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.
    COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:
    *Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.
    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:
    * həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:
    8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
    15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
    22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
    29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;
    * nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;
    * ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
    * muzey və sərgi zallarının fəaliyyəti;
    * bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
    * açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
    Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabiteninin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.
    2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər qüvvədədir:
    * ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla)
    * xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)............... ətraflı və tam forması videoda
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Hörmətli izləyicilər, Onlayn İnformasiya Mərkəzi, Azərbaycan dilli, müstəqil və özəl “RUclips” kanalı olaraq, Onlayn İnfo adı altında, bütün sahələr üzrə ölkə və dünya mətbuatından gündəlik baş verən ən vacib, ən maraqlı hadisələrlə bağlı xəbərləri toplayıb, onlardan video rolik hazırlayaraq, operativ şəkildə izləyicilərə çatdırır.
    Bundan əlavə, bir çox sahələr üzrə də maraqlı və marifləndirici məlumatlar araşdırılaraq onlar əsasında hazırlanmış video roliklər də kanalın “PlayLİst” bölməsində kateqoriyaya uyğun olaraq yerləşdirilir.
    Məqsədimiz izləyicilərin rahatlığını düşünərək, onların yeni məlumatlar əldə etmək üçün bir çox xəbər saytlarında, sərf etdikləri saatlarla vaxt itgisinin qarşısını almaq, onlara maralı, faydalı və keyfiyyətli informasiyalar təqdim etməkdir.
    🌐 Siz də, ölkədə və dünyada baş verən ən vacib hadisələrdən, daha tez xəbər tutmaq istəyirsinizsə, kanala "Abunə" olun və bildiriş butonunu (🔔) aktivləşdirin.

Комментарии • 1

  • @natellanesirova8216
    @natellanesirova8216 4 года назад

    Bəs karantində yəni şənbə bazar çimərlik açıq olacaq??????