Daşkəsənin qızıl ehtiyatı: “Çovdar” nə vəd edir? - PREZİDENTİN İZİ İLƏ

Поделиться
HTML-код
  • Опубликовано: 25 июл 2021
  • Ötən həftə Prezident İlham Əliyev Daşkəsənə səfəri zamanı “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib.
    Bildirilib ki, “AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib.
    Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb. 5 il ərzində mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.
    Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Bundan başqa, metal ehtiyatları 24 dəfə artıb.
    2020-ci ildən “AzerGold”un fəaliyyət sahəsi genişləndirilib. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə edilməsi də Cəmiyyətə həvalə olunub.
    Dövlət başçısının müvafiq Sərəncamı ilə “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının istismara verilməsi və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala tələbin təmin edilməsidir.
    2017-ci ildə “Ağyoxuş-1” və “Ağyoxuş-2” qızıl yataqları, 2018-ci ildə isə “Mərəh” qızıl yatağı kəşf edilib. Bu ildən etibarən bir sıra yataqların istismara verilməsi planlaşdırılır.
    Bundan başqa, Daşkəsən rayonunun sosial problemlərinin həlli yönümündə də layihələr həyata keçirilir. Bunlardan biri də əhalinin rahatlığını təmin etmək üçün rayonda su kanalizasiya layihəsinin reallaşdırılmasıdır. Belə ki, Daşkəsənə 6 mənbədən, uzunluğu 20.3 kilometr olan magistral su xətti çəkilib. 4500 kub həcmində olan 4 anbar tikilib.
    Qurğunun gün ərzində 3 min 500 kub su təmizləmə gücünə malikdir. Qurğu tikilərkən 2035-2050-ci illərin əhali artımı nəzərə alınaraq inşa olunub.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
    #apatv #Çovdar #Daşkəsəninqızılehtiyatı #apaxeber #youtube #az #aze #baku #baki #баку #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #trend #sonxeberlerbugun2021

Комментарии • 7

  • @zauryeraz2082
    @zauryeraz2082 2 года назад +2

    Zengin ölmenin kasib milleti necesiz?

  • @qulp7111
    @qulp7111 Год назад

    Daşkəsən sakinləri adı ilə müsahibə aldığınız adamlar dövlət məmurlarıdı. Məsələn götürək elə 3:27-ci dəqiqədə danışan Cavanşir Qocayev. Özü Daşkəsən icra başçısının müavini olaraq prezidentə tərifdən başqa nə deməliydi? Daşkəsənin sadə camaatını danışdırın. Şou göstərməyin.

  • @cahidmirbabayev6839
    @cahidmirbabayev6839 2 года назад

    Ay Daşkəsəni xəritədə tanımıyanlar Baxın

  • @alimhmdov2086
    @alimhmdov2086 2 года назад

    Biz kasıblara nəsə çatır burdan?

  • @thezehra8841
    @thezehra8841 3 года назад

    ilk

  • @aidenpearce2583
    @aidenpearce2583 7 месяцев назад

    Yaltag milleti- cenab prezident bize sefer etdi bizi sevindirdi...
    Olun gedin